Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri. Mülki müdafiənin kəşfiyyatının təşkili



Yüklə 141,93 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü141,93 Kb.
#34877
  1   2   3   4   5
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri




Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri.Mülki müdafiənin kəşfiyyatının təşkili.

Mülki müdafiənin bilavasitə vəzifələrini, yaranmış fövqəladə hallarda tədbirlərini görmək üçün mülki müdafiə qüvvələri hazırlanır və bu qüvvələr mülki müdafiənin qoşun hissələrində qəza-xilasetmə dəstələrindən, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.

Mülki müdafiə qüvvələri FH-ın nəticələrini aradan qaldırarkən X və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür.Mülki müdafiənin qüvvələrinin əsasını hərbiləşdirilməmiş dəstələr təşkil edir.Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.

Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşdirilməmiş, ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərən mülki müdafiə qüvvələri ərazi-istehsalat prinsipi ilə təşkil olunur.

Mülki müdafiə dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarında, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.

Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır.Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalarla uyğun olaraq təchiz olunurlar.

Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər.Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:

Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə

bölünürlər.

Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) – ümumi məqsədli dəstələr yaradılır. Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır.Hazırlıq dərəcəsinə görə hərbiləşdirilməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat),qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).




Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin