Verilənlər bazası – bir yerdə saxlanan, mərkəzləşdirilmiş idarə olunan, bir-biri ilə qarşılıqlı əlaqəli və müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlərlə istifadə edilən fayllar toplusudur.
Verilənlər bazası elə təşkil olunur ki:
a) orada verilənlərin izafiliyi minimum olur;
b) verilənlər, onları emal edən proqramlardan asılı olmur;
c) verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün ümumi idarəetmə üsullarından və vasitələrindən istifadə olunur;
d) VB-nin tətbiq sahəsini genişləndirmək mümkün olur.
Verilənlər bazası konsepsiyası aşağıdakı prinsiplərə əsaslanır:
1.Verilənlərin daxili strukturunun saxlanması.
2.Verilənlərin izafiliyinin minimuma endirilməsi.
3.Verilənlərdə ziddiyyətlərin aradan qaldırılması.
4.Verilənlərin mərkəzləşdirilmiş idarə olunması.
5.Verilənlərin tamlığının qorunması.
6.Verilənlərlə tətbiqi proqramlar arasında asılılığın aradan qaldırılması.
7.Verilənlərdən çoxməqsədli və birgə istifadə edilməsi.
8.Verilənlərin təhlükəsizliyinin qorunması.
9.Axtarış imkanları.
10.Məhsuldarlıq.
11.Xərclərin azalması.
Verilənlər bazası ilə iş prosesinin təşkili
İstifadəçilər verilənlər bazası ilə işləyərkən VB üzərində aşağıdakı əməliyyatları yerinə yetirirlər: verilənlərin seçilməsi, əlavə edilməsi, dəyişdirilməsi və kənarlaşdırılması.
Verilənlərin modeli onların necə və hansı qaydalarla strukturlaşmasını təyin edir. Lakin struktkur xassələri verilənlərin semantikasını və onlardan istifadə üsullarını tam açmağa imkan vermir. Bunun üçün verilənlər üzərindəki əməliyyatlar da müəyyən olunmalıdır və həmin əməliyyatlar verilənlərin strukturları ilə uyğunlaşdırılmalıdır.Hər bir model real obyektlərin statik və dinamik xassələrini əks etdirməlidir. Statik xassələrə vaxta görə invariant olan xassələr aiddir. Onlar həmişə və ya müəyyən vaxt intervalında doğru və dəyişməz olur. Dinamik xassələr isə obyektlərin məruz qaldıqları əməliyyatlar nəticəsində vəziyyətlərinin dəyişilmələrini əks etdirirlər.
Verilənlərin struktur modelləşdirilməsi üçün klassik və onların əsasında yaradılmış yeni modellərdən istifadə olunur. Klassik modellərə aşağıdakılar aiddir: iyerarxik, şəbəkə və relyasiya modelləri.
Son illərdə yaranan və praktikada aktiv tətbiq olunan yeni modellərə aşağıdakıları aid etmək olar: postrelyasiya, çoxölçülü və obyekt-yönlü modellər.
Mahiyyətl
əlaqələr
İyerarxik model verilənlərin nizamlı qraf (və ya ağac) şəklində təsvirinə əsaslanır. Qraf diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir. İyerarxik modelin əsas məhdudluqları bunlardır:
Şəbəkə modelində verilənlər ixtiyari qraf şəklində təsvir olunur. İyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində 1:1, 1:M, M:1 funksional əlaqələrlə yanaşı M:N tipli əlaqələr də qurmaq mümkündür.Şəbəkə modelində M:N tipli əlaqənin reallaşdırılması onun k sayda (1k M) 1:N əlaqəsinə çevrilməsi ilə əldə edilir. Bu isə həm məntiqi, həm də fiziki səviyyədə mürəkkəblik yaradır. Şəbəkə modelli VBIS-in mürəkkəb olması və çox baha başa gəlməsi də bununla əlaqədardır.
Münasibət (ingiliscə-relation)-kortej adlanan elementlər çoxluğundan ibarətdir. Münasibətin təsvirinin əyani forması bizim üçün adi olan ikiölçülü cədvəldir. Bildiyimiz kimi, cədvəl sətirlərdən və sütunlardan ibarət formadır. Cədvəlin hər bir sətri eyni struktura malik olan sahələrdən ibarətdir. Münasibət baxımından cədvəlin sətrinə kortej, sütununa isə domen deyilir. Adlandırılmış domenə isə atribut deyilir. Relyasiya modelinin çatışmayan cəhətlərinə aşağıdakıları aid etmək olar:
a)kortejlərin (yazıların) təyin edilməsi üçün standart vasitələr yoxdur;
b) münasibətlərin normallaşdırılması tələb olunur.
Relyasiya modeli nəzəriyyəsində xarici açar anlayışı da var. Fərz edək ki, R1 münasibətində açar olmayan A atributu var və həmin atribut R2 münasibətində əsas açar rolunda çıxış edir. Onda R1 münasibətinin A atributuna xarici açar deyilir. Xarici açarlar vasitəsilə münasibətlər arasında əlaqələr yaradılır. Münasibətin cədvələ uyğun gəlməsi üçün cədvəl aşağıdakı şərtlərə cavab verməlidir:
- cədvəlin hər bir sətri unikal olmalıdır, yəni təkrarlanan sətirlərə icazə verilmir;
- sütunların adları müxtəlif, qiymətləri isə sadə (bölünməz) olmalıdır, yəni eyni sətrin eyni sütununda yalnız bir qiymət ola bilər;
- cədvəlin bütün sətirləri sütunların adlarına və tipinə uyğun gələn eyni struktura malik olmalıdırlar;
- cədvəldə sətirlər ixtiyari ardıcıllıqla yerləşdirilə bilərlər.
İzlədiyiniz üçün təşəkkürlər
Dostları ilə paylaş: |