Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində, şəhərlərində və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri vəsanitar drujinaları, yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları).
Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən köçürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstəxanaları idarəsi, çeşidləmə- köçürmə qospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil edir.
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır.
Əhali və ətraf mühit üçün təhlükə törədən güclü istehsalat və nəqliyyat qəzaları və ya təbii fəlakətlər,onların nəticələrini aradan qaldırmaq üçün müəssisələrin öz qüvvələri, o cümlədən yanğınsöndürmə və meşə-yanğın komandaları, mədən xilasetmə komandaları və s. kifayət etmədikdə, fəlakətlərlə mübarizəyə təsərrüfat obyektlərinin fəhlə və qulluqçuları da cəlb edilir;bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr (xilasedici, qəza-bərpa və digər dəstələr, komandalar, qruplar və manqalar) yaradılır.Bəzi təhlükəli hallarda güclü qəzaların aradan qaldırılması və təbii fəlakətlərlə mübarizə işlərinə hərbi hissələr cəlb edilə bilər.
Kəşfiyyat – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi üçün MM qüvvələrinin ən başlıca təminat növüdür.
Təbii və texnogen xarakterli fövqəladə hadisələr və düşmənin müasir qırğın silahlarından istifadəsi nəticəsində yaranmış vəziyyət barədə məlumatların əldə edilməsi məqsədilə bütün təbəqəli komandirlərin, qərargahların, hərbiləşmiş və hərbiləşdirilməmiş MM qüvvələrinin həyata keçirdikləri tədbirləri kəşfiyyat özündə əks etdirir.Qarşıya çıxan tapşırığın xarakterinə görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat növlərinə bölünür.
Dostları ilə paylaş: |