Qrup: 4dk-23 (2-ci növbə) Layihə adı: Fərqlilik eynilikdir



Yüklə 21,49 Kb.
tarix26.04.2023
ölçüsü21,49 Kb.
#102798
növüDərs
İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir


Qrup: 4DK-23 (2-ci növbə)
Layihə adı: Fərqlilik eynilikdir
GİRİŞ
İnklüziv təhsildə xüsusi qayğıya ehtiyacı olan və yaxud əlilliyi olan şagirdlərin ənənəvi təhsil prosesinə daxil edilməsi baş tutur. İnklüziv təhsildə bütün şagirdlərin birlikdə öyrənməsi vacibdir və hər bir şagirdin dərslərdə, dərsdən kənar fəaliyyətlərdə iştirakı tələb olunur. Müəllimlər təkcə normal inkişaf edən və ya xüsusi qayğıya ehtiyacı olan şagirdləri nəzərə almaqla deyil, bütün növ fəaliyyətləri təşkil edirlər; bütün şagirdləri nəzərə alaraq planlar qurur və onların ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq üçün digər ekspertlər və təşkilatlarla əməkdaşlıq edərək fəaliyyəti genişləndirirlər. Bu çərçivədə inklüziv təhsil təkcə əlillər üçün deyil, bütün imkansız və xüsusi qayğıya ehtiyacı olan, həmçinin ana dili fərqli olan müxtəlif sosial-mədəni mənşəli şagirdləri əhatə etmək məqsədi daşıyır.
Beynəlxalq təcrübə
İnklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. İnsan Hüquqları Konvensiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsilalma hüququ hər bir uşağa şamil edilsin. Azərbaycan Respublikası İnsan Hüquqları Konvensiyasını 1992-ci ildə imzalayıb və respublikamızda yaşayan hər bir uşağın təhsil alma hüququnu qorumağı öz üzərinə götürmüşdür.
Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqlar digər yaşıdları ilə birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər.
FİNLANDİYAda inklüziv təhsil qanunvericilik səviyyədə öz əksini tapıb. Milli tədris proqramına edilmiş xüsusi dəyişikliklərə əsasən, belə məhdudiyyəti olan uşaqlar da digərləri kimi kütləvi məktəblərdə təhsil ala bilərlər.
Ölkədə inklüziv təhsilin reallaşması üçün pedaqoq hazırlığı ilə dövlət məşğuldur. Məsələn, Laplandiya Unversitetində “Məllimlərin tədrisi” adlı proqram fəaliyyət göstərir. “Elm və təhsilin müasir problemləri” elektron elmi jurnalının verdiyi məlumata görə, bu proqramdan müəllim olmaq istəyən hər bir mütəxəssis yararlana bilər. Bələdiyyələr səviyyəsində isə iş bu formada təşkil olunub: bir sinifdə iki qrup formalaşdırılır - adi uşaqlar və fiziki məhdudiyyəti olan uşaqlar üçün. Dərsi iki müxtəlif müəllim aparır. Ehtiyacdan irəli gələrək bu müəllimlərə xüsusi pedaqoq və köməkçi də qoşula bilər. Belə siniflərdə uşaqların sayı təqribən 25 nəfərdən ibarət olur. Adətən uşaqların valideynləri yaşadıqları ünvan üzrə məktəblərə müraciət edirlər. Məktəbdə direktordan tutmuş, müəllim, xüsusi pedaqoq, onun köməkçisi və tibb bacılarınadək hər kəs uşağın təhsili ilə yaxından məşğul olur. Bu qrup mütəmadi olaraq toplaşıb hər bir uşağın durumu ilə bağlı məsləhətləşmələr aparır. Əgər daha ciddi problem yaranarsa, psixoloqa müraciət edilir.
İSVEÇdə də sağlamlığında məhdudiyyət olan uşaqların kütləvi məktəblərdə təhsil alma hüquqları qanunla təsbit edilir. Bu məktəblərin maliyyə və sosial dəstəyini dövlət göstərir. Müəllim hazırlayan universitetlərin hamısında xüsus tədrisə dair kurslar mövcuddur. İnklüziv düşüncə tərzinin əsaslarını öyrənmək hər bir fənn müəllimi üçün mütləqdir. Yerli idarəetmə orqanları səviyyəsindəki təcrübəyə əsasən, qüsurlu uşaqlar da adi məktəblərdə təhsil alırlar. Ancaq həftədə bir neçə saat onlara xüsusi pedaqoq tərəfindən ayrıca sinifdə dərs keçilir. Xüsusi pedaqoqların qarşısında duran məqsəd məhdudiyyəti olan uşağı adi uşaqların təhsil aldıqları siniflərdə oxumağa hazırlamaqdır. Uşağın məktəbdə hər hansı problemi yaranarsa, Pedaqoji Şura toplaşır və qərar verir. Verilən qərar vəziyyətin müxtəlifliyindən asılı olur. Ola bilər ki, uşaq hətta məktəbdən birbaşa xəstəxanaya da göndərilsin.
NORVEÇdə xüsusi təhsil ehtiyacları olan şəxslərin təhsil alma hüquqlarına dair qanun fəaliyyət göstərir. Paralel olaraq fərqli kateqoriyalı məhdudiyyətli uşaqlara yardım mərkəzləri də mövcuddur. Məsələn, erkən autizm, görmə və eşitmə qabiliyyəti zəif olan uşaqlar belə mərkəzlərdə hər növ yardım görürlər. İnklüziv təhsilin həyata keçirilməsi üçün lazım olan pedaqoqlar isə universitetlərdə hazırlanır. Gələcək pedaqoqların keçdikləri xüsusi pedaqoji kurs var ki, burada inklüziv təhsilə geniş yer ayrılır. Pedaqoji təhsil alan tələbələr eyni zamanda, Avropa Birliyi ölkələrində bu istiqamətdə müxtəlif təcrübələr keçmək imkanına da malikdirlər.
Daha bir Skandinav ölkəsi olan DANİMARKAda inklüziv təhsil hüququ nəinki qanuniləşdirilib, paralel olaraq inklüziv təhsilin reallaşdırılması üçün milli strategiya da hazırlanıb. Milli Resurs Mərkəzi bu prosesə nəzarət edir. İnklüziv təhsil sahəsində araşdırmalar aparan universitetlərin əməkdaşları tərəfindən formalaşdırılmış xüsusi qrup isə bələdiyyələrin bu sahədəki fəaliyyəti ilə maraqlanır və hesabatlar hazırlayır.
Pedaqoqların hazırlanması bakalavr və magistr sistemi ilə həyata keçirilir. İnklüziv təhsil sahəsində işləyəcək gənc pedaqoqları hazırlayarkən onların konkret pedaqoji situasiyaya necə reaksiya verəcəklərinə ağırlıq salınır, bu istiqamətdə müxtəlif pedaqoji məsləhətlər işlənib hazırlanır. Tədris proqramına əsasən, tələbələrin hamısı xüsusi kurs keçməlidirlər. Əgər onlardan hər hansı biliklərini daha da dərinləşdirmək istəyirsə, inklüziv təhsil sahəsində əlavə ixtisaslaşmaya nail olur.
Danimarkada valideyn uşağını istədiyi təhsil müəssisəsinə yollaya bilər. Həmin məktəb isə uşağa təhsil verməyə borcludur. Xüsusi qrup psixoloqlar, loqopedlər və pedaqoqlar var ki, onlar konkret məktəbə, konkret uşağa, yaxud uşaqlar qrupuna yardım etmək üçün ezam olunurlar. İnklüziv təhsildə “diferensiallaşmış yanaşma” tətbiq olunur, yəni məhdudiyyəti olan uşaqlar da digərləri ilə yanaşı adi kütləvi məktəblərdə təhsil ala bilərlər.
Yüklə 21,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin