Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının



Yüklə 26,39 Kb.
tarix15.03.2023
ölçüsü26,39 Kb.
#88011
Məmmədov Samir-transmilli cinayət hüququ


Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının
Hüquq fakültəsinin IV kurs dinləyicisi

Məmmədov Samir Məhəmməd oğlunun
Transmilli cinayət hüququ” fənnindən
Sərbəst işi

İnsan alverinin qarşısının alınması üzrə hüquqi mexanizmlər”


BAKI – 2022

MÜNDƏRİCAT




GİRİŞ
İnsan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, bu maddədə göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir);
İnsan alveri qurbanlarına yardım mərkəzləri (bundan sonra – yardım mərkəzləri) insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək məqsədilə yaradılır.
İnsan alverinin qarşısının alınması üzrə hüquqi mexanizmlər
Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verilir.
Yardım mərkəzlərində davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq, özünü insan alverinin qurbanı kimi təqdim edən hər hansı şəxsə onun xahişi ilə yardım göstərilir.
Yardım mərkəzlərində şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, bu Qanunun 13-cü maddəsinə uyğun olaraq həmin şəxsin sığınacaqda yerləşdirilməsi üçün tədbirlər görülür.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmur.
İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə, yaxud valideynlərinə qaytarılmasına yalnız uşağın yenidən insan alverinin qurbanı olması ehtimalı istisna edildikdə yol verilir. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə, yaxud valideynlərinə qaytarılması məsələsi həll olunarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.
İnsan alverinin qurbanı Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olduqda, onun müvafiq sənədlərlə təmin edilməsinə, nəqliyyat və digər zəruri xərclərin ödənilməsinə köməklik göstərilir, qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azaldılmasına dair tövsiyələr verilir, habelə bu mümkün olduğu halda qəbul edən ölkədə ona yardım edə biləcək hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin və sosial təminat qurumlarının əlaqə məlumatları təqdim edilir.
İnsan alverinin qurbanı olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən insan alveri qurbanlarının repatriasiya qaydaları qəbul edilir. Bu qaydalar, həmçinin insan alverindən zərərçəkmiş uşaqların təhsil hüququndan faydalanma imkanlarının və onlara zəruri qayğının göstərilməsinin təmin olunması, ailələr və ya müvafiq qayğı göstərən qurumlar tərəfindən onların qəbul olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alverinə qarşı mübarizəni insan alveri ilə bağlı cinayətlərin, habelə insan alveri üzrə mütəşəkkil cinayətkarlığın qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq yolu ilə həyata keçirir.
İnsan alverinin qurbanı olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası hüdudlarından kənarda olduqları təqdirdə, onların hüquq və mənafelərinin müdafiəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinə qarşı mübarizəni həyata keçirən orqanlara hərtərəfli yardım edirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alverinə qarşı mübarizəni transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrini müəyyən etmək, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısını almaq, onu aşkar etmək və aradan qaldırmaq yolu ilə həyata keçirir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları insan alverinə qarşı mübarizəni insan alverçilərinin Azərbaycan Respublikasının dövlət və gömrük sərhədlərini keçməsini, habelə insan alveri qurbanlarının Azərbaycan Respublikasının dövlət və gömrük sərhədlərindən keçirilməsini aşkar etmək və aradan qaldırmaq, bu cür əməllərin qarşısını almaq yolu ilə həyata keçirirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə təkliflər hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarına tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə proqramlar və kompleks tədbirlər planları hazırlayır və həyata keçirir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təhsil müəssisələrinin tədris planlarında insan alverinin profilaktikasına və qarşısının alınmasına yönəldilmiş kurslar nəzərdə tutur, insan alveri ilə mübarizə aparan mütəxəssislərin hazırlanması üçün tədris proqramları hazırlayır.
Dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyrihökumət təşkilatları ilə əməkdaşlıq edirlər.
İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulan məqsədlər üçün zəruri ehtiyacları Milli Koordinatorla birlikdə müəyyən edərək qrantlar verə bilər.
İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün bütün tədbirlər görülməlidir.
Sığınacaqlar və yardım mərkəzləri insan alverinin qurbanı olmuş uşaq barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verirlər.
Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya uşağın hüquq və mənafelərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunması üçün tədbirlər görür.
Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.


NƏTİCƏ
Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər.
Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.

ƏDƏBİYYAT SİYAHISI
1. İbrahimov İbrahim. Transmilli cinayət törətmiş şəxslərin axtarışı. Bakı-2019
2. BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası
Yüklə 26,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin