Sel –adətən qəflətən başlayır. Güclü leysan yağışları, bəzən də qarın sürətlə ərinməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, qum, çınqıl, daş və hətta qaya parçaları gətirir, qarşısına çıxan hər şeyi dağıdır, əkin sahələrini, körpüləri, bir sıra hallarda sənaye və kənd təsərrüfatı tikililərini məhv edir.
Geofiziki təhlükəli fövqəaldə hadisələrdən biri zəlzələdir.
Zəlzələlər –yer qabığının və yerin dərin qatlarının birdən-birə tərpənməsi və yarılması nəticəsində, yaxud vulkanik və uçqun hadisələri nəticəsində baş verib, elastiki dalğalar şəklində uzaq məsafələrə örtülən seysmik hadisələrdir. Zəlzələ dalğalarının bilavasitə yarandığı yerə zəlzələnin ocağı (hiposentri) deyilir. Zəlzələ ocağının mərkəzindən yuxarıda –yer üzərindəki nöqtəyə zəlzələnin episentri deyilir.
Ölkəmizdə 12 bala bölünmüş (seysmik cədvəldən) şkaladan istifadə olunur. Bu cədvələ görə zəif zəlzələrin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlər 8 bal, viranedici zəlzələlər 9-10 bal, katastrofik zəlzələlər 11-12 bal sayılır.
Zəlzələ baş vermə səbəblərinə görə 3 növü mövcuddur.