13. Ekloji xarakterli FH və onların təsnifatı
Fövqəladə hadisə-insan tələfatına,insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına,əhəmiyyətli maddi itkilərə və insanın həyat fəaliyyətinin şəraitinin pozulmasına səbəb ola biləcək və ya olmuş hərbi əməliyyatlar,qəza,təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəlaqdə hadisələr nəticəsində yaranmış və müəyyən müddət davam edən əlverişsiz şərait Fövqəladə Hal adlanır. Fövqəladə halları 2 növə ayırmaq olar.
1.Münaqişəli
2.Münaqişəsiz
Münaqişəli FH-ə: hərbi toqquşmalar, sosial partayışlar,milli və dini zəmində olan münaqişələr,terrorizm, və s. aiddir.
Münaqişəsiz FH-ə: Təbii,texnogen,ekoloji xarakterli FH aid edilir.
Ekoloji xarakterli fövqəladə hallar
Ekoloji xarakterli fövqəladə hallara yerin qabığının vəziyyətinin,hava mühitinin,yəni atmosferin,hidrosferin,biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar olan hallar aiddir.
Dostları ilə paylaş: |