1. Multikulturalizmə giriş fənninin predmeti və obyekti


Multikulturalizmin digər elmlərlə qarşılıqlı əlaqəsi



Yüklə 35,16 Kb.
səhifə2/12
tarix30.12.2021
ölçüsü35,16 Kb.
#49276
1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 1

5. Multikulturalizmin digər elmlərlə qarşılıqlı əlaqəsi

“Multikulturalizmə giriş” fənni interdissiplinar bir fəndir. O, fəlsəfə, tarix, sosiologiya, kulturologiya, hüquq, politologiya kimi ictimai elmlərin müddəalarına əsaslanır. Bu müddəalar “Multikulturalizmə giriş” fənninin predmetinin əsaslı şəkildə dərk olunmasına kömək edir. Qeyd olunan ictimai elmlərin “Multikulturalizmə giriş” fənninə təsirini nəzərdən keçirək.

Fəlsəfə “Multikulturalizmə giriş” fənninin nəzəri-metodoloji əsasını təşkil edir. “Multikulturalizmə giriş” fənni fəlsəfənin bir neçə mühüm elminəzəri müddəalarına əsaslanır. Məsələn, müasir fəlsəfə elmində geniş yayılmış mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyası və bu ideyaya əsaslanan mədəni-sivilizasion yanaşma cəmiyyətdəki etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizmin digər siyasət modellərindən daha üstün və daha optimal siyasət modeli olmasını əsaslandırmağa kömək edir. Bundan başqa multikulturalizm bir nəzəri-ideoloji cərəyan kimi yeni dövrdən bəri dünya fəlsəfi fikrində olan bəzi nəzəriyyələrə əsaslanır. Müasir dövrdə isə multikulturalizmin nəzəri əsaslarından olan liberalism və kommunitarizm yanaşmaları öz mahiyyətinə görə fəlsəfi yanaşmadır. “Multikulturalizmə giriş” fənninin bir çox nəzəri müddəaları müxtəlif ölkələrdə baş verən hadisələrin ümumiləşdirilməsinın nəticəsində əldə edilmişdir.

Tarix elmi tərəfindən empirik material kimi təqdim olunan faktlar, xüsusilə də müxtəlif ölkələrdə etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsi təcrübəsi bu fənnin bir sıra mühüm müddəalarının əsaslandırılması üçün mühüm rol oynayır.

Sosiologiya ilə “Multikulturalizmə giriş” fənninin münasibətinə gəldikdə qeyd etmək lazımdır ki, sosiologiya elmi multikulturalizmə bir sosial hadisə kimi yanaşaraq onun mahiyyətinin müəyyən edilməsi istiqamətində mühüm rol oynayır. Bundan başqa sosiologiya multikulturalizmi bir sosial hadisə kimi sosioloji metod vasitəsilə tədqiq edərək onun digər ictimai hadisələrdən, ilk növbədə mövcud iqtisadi münasibətlərdən, dövlətin daxili və xarici siyasətindən, cəmiyyətin sosial strukturundan, hakim ideologiyadan, titul xalqın etnikmədəni dəyərlərindən asılılığını müəyyən edir. Başqa sözlə desək, sosioloji metod multikulturalizmin mahiyyətini, hərəkətverici qüvvələrini bu və ya digər cəmiyyətin inkişafı ilə əlaqələndirir.

Kulturologiya dünya xalqlarının mədəniyyətində, ədəbiyyatında, incəsənətində əks olunan etnik, dini və mədəni dəyərləri onların dünyagörüşlərinin və fəaliyyətlərinin mühüm bir istiqamətverici faktoru kimi təqdim edir. Bu, həm mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyasını, həm də multikulturalizmin cəmiyyətdəki etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsində əlverişli siyasət modeli olmasını təsdiqləyir.

Hüquq elmi etnik, irqi, dini və mədəni azlıqların hüquqlarının müdafiə olunması və onların etnik-mədəni dəyərlərinin qorunması sahəsində beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri təhlil etməklə multikulturalizmin, tolerantlığın beynəlxalq müstəvidə yayılmasına dair məlumat verir.

Politologiya elmi dünya ölkələrində multikulturalizmin meydana gəlməsi və inkişafını şərtləndirən amilləri müəyyən edərək etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsi təcrübəsi sahəsində ölkələr arasında olan fərqlərin səbəblərini açıqlayır. Bu, müasir dövrdə multikulturalizm siyasətinin müəyyən ölkələrdə uğurla həyata keçirilməsinin, digər ölkələrdə isə çətinliklərlə üzləşməsinin səbəblərinı anlamağa kömək edir. Bundan başqa multikulturalizm siyasətinin müasir dövr üçün ən aktual məsələlərindən biri olan- bu siyasətin meydana gəldiyi bir sıra Qərb ölkələrındə iflasa uğramasının səbəbləri göstərilir.




Yüklə 35,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin