36.İŞLƏNMİŞ, TÜKƏNMİŞ NEFT - QAZ YATAQLARINDA QAZ ANBARLARI. Neft - qaz yataqlarının enerjisi tükənmiş laylarda yeraltı qaz anbarının yaradılması digər qaz anbarlarına nisbətən iqtisadi - nöqteyi nəzərdən daha sərfəlidir və etibarlıdır. Çünki həmin yatağın işlənilməsi və istismarı zamanı layın əsas parametrləri: layın qaz hissəsinin minimal və maksimal təzyiq və həcmləri məlumdur. Maksimum və minimum həcmlərin fərqi aktiv həcm adlanır, yəni qaz anbarından alına bilən qazın miqdarıdır. Layın məsaməliyindən və keçiriciliyindən asılı olaraq qaz anbarının aktiv həcminin tam həcminə nisbəti 0, 4 - 0, 7 arasında dəyişir.
Qaz anbarının və ya işlənmiş - tükənmiş layın əsas parametrləri aşağıdakılardır:
- layın qaz həcminin Pmax, Pmintəzyiqləri;
- qaz anbarında qazın Qmax, Qmin həcmi.
Burada Qmin anbarda həmişə qalan qazın həcmi olub, (anbarda təzyiqi saxlamaq üçün) qaz anbarının bufer həcmi adlanır.
(Qmax- Qmin) - qaz anbarından götürülən qazın həcmi olub anbarın aktiv həcmi adlanır.
Birinci qazın qaz anbarına vurulması 118 sutka davam edir (12 iyundan - 7 oktyabra qədər). Qaz anbarına 47% - a qədər aktiv qaz vurulur. Bu halda anbarda təzyiq 3, 5 - dən 5, 27 MPa - a qədər yüksəlir. 48 gündən sonra (neytral dövr), yəni 28 noyabrdan (hansı quyulara vurulan qaz) həmin quyulardan qazın götürülməsi başlanır və 114 sutka 16 aprelə kimi davam edir. Göstərilən vaxt ərzində qaz anbarına vurulan 18% - i götürülür və lay təzyiqi 3, 64 MPa - a qədər düşür. Göstərilən qiymətlərə görə qazgötürmə dövründə quyunun orta debiti (məhsuldarlığı) 26 min m3/sutka təşkil edir. (şəkil 1).Qaz sisteminə vurmaq üçün qaz anbarının yalnız aktiv həcmindən istifadə edilir. Layda qaz anbarını tikərkən həmin layda qazılmış quyulardan istifadə olunur və bu məqsədlə həmin quyular bərpa edilir. Adətən işlənmiş yataqların müxtəlif horizontallarından istifadə edərək qaz anbarları qrupu yaradılır ki, bu da onların bütün mövsümü ərzində qaz anbarlarının növbə ilə istismarında onların təzyiqindən və kompressor stansiyasının gücündən daha səmərəli istifadə etməyə imkan verir.
Yeraltı qaz anbarında qazın təzyiqi layın geoloji parametrlərindən və yatağın dərinliyindən asılı olaraq 15 - 20 MPa çatır. Qaz anbarında təzyiqin artması quyuların sayını, kompressor stansiyasının gücünü azaldır, qaz təchizatı sisteminin texniki - iqtisadi göstəricilərini yaxşılaşdırır. Lakin təzyiqin həddindən çox artması layın strukturunun və qaz anbarının hermetikliyinin pozulmasına, qaz itkilərinə səbəb olur. Kompressor stansiyası qazı həm qaz anbarına, həm də qaz anbarından işlədicilərə vurmaq üçün istifadə edilir. Qaz anbarından qazı işlədiciyə verməmişdən əvvəl onu təmizləmək və qurutmaq üçün müvafiq qurğular yerləşdirilmişdir. Bu növ qaz anbarları Azərbaycanda, Fransada, Rusiyada, Almaniyada və Amerikada yayılmışdır.