25. Müasir kontrolinqdə ERP sistemi Sənaye inqilabından qabaq ardıcıl şəkildə və bugünkü günün qaydaları əsasında ticarətlə məşğul olan şirkətlərin sayı olduqca az idi . Bu şirkətlər çox kiçik idi və əksər hallarda bir nəfər bütün idarəetmə işlərini öz öhdəsinə götürürdü. Qəbul olunan qərarlar şirkətin mövcud mənbələri və ümumi məqsədləri əsasında zehində formalaşırdı. Getdikcə bazarın tələbatı və şirkətlərin istehsal və xidmət fəaliyyətləri artır və buna görə də fəaliyyət və əməliyyatların bir nəfər tərəfindən idarə olunması qeyri-mümkün olurdu. Təşkilatların müxtəlif sahələri arasında yaxşı əlaqə yaratmaq və informasiyanın təmin edilməsini yüngülləşdirmək üçün lazımı sistemlərin yaradılmasına çox ehtiyac vardır. Bu sistemlər (Enterprise Sistems “ES”) adı ilə tanınır. Bu sistem imkan verir ki, rəhbərlik vacib məlumatlardan hər yerdə və hər zaman müxtəlif qərarların qəbulunda istifadə etsinlər. ERP (Enterprise Resource Planning) sistemləri 90-cı illərdə informasiya texnologiyasının inkişafının mühüm amili kimi qiymətləndirilə bilər. ERP sistemlərinə bü cür diqqət, bu sistemin bugünkü təşkilatların informasiya və ticarət sahələrinin inkişafındakı əhəmiyyətinin göstəricisidir . Təşkilatların indiki güclü rəqabət dünyasında rəqibləri, müştəriləri və şərikləri tərəfindən çoxsaylı problemləri və təzyiqləri şəraitində ERP sistemi faydalı bir sistem kimi və bu təzyiqlər qarşısında davamlı bir sistem kimi mühüm rol oynayır.
26. Kontrolinq xidməti və onun təşkili formaları Müasir anlayışlardan olan monitorinq və kontrolinq terminləri biznesdə xüsusi əhəmiyyətli nəzarət fenomenləri kimi istifadə olunur. Monitorinqdə daha çox müxtəlif müşahidə üsullarından istifadə edilir.. Kontrolinqidə isə monitorinq prosesi permament xarakterli hesab edilir, yəni biznes subyektlərinin özünütənzimlənməsi, idarəedilməsi və nəzarəti daimi xarakter daşıyır. İl boyu davam edən prosesin neqativ və pozitiv təsirləri məhz kontrolinqin necə tətbiq edilməsini şərtləndirir. Ona görə kontrolinqin biznesdə əhəmiyyətli bir istiqamət kimi öyrənilməsinə ehtiyac yarandı. Kontroler-müəssisədə kontrolinq funksiya və vəzifələrini reallaşdıran mütəxəssisdir. Konrtoleri heç cürə nəzarətçi ilə eyni funksiyanı görəcəyini və o cür də adlandırılmasını qarışdırmaq olmaz. Lakin bununla belə kontroler eyni zamanda funksiyalarına nəzarət mexanizmlərinidə həyata keçirən şəxs olaraq xarakterizə oluna bilər.
27. Menecerlərin peşəkarlıq meyarları, Menecerlər qrupunun formalaşması xüsusiyyətləri Menecerlər öz çətin və məsuliyyətli funksiyalarını yerinə yetirmək üçün xüsusi biliklərə yiyələnməli və müəssisənin idarə edilməsi üzrə gündəlik işlərdə ondan istifadə etmək qabiliyyətinə malik olmalıdırlar. Menecerlərin peşəkarlığına qarşı irəli sürülən tələbləri iki qrupa ayırmaq olar. Birinci qrup tələb menecer idarəetmə sahəsində işin peşəkarcasına yerinə yetirilməsini bilməli və bacarmalıdır. Bura aşağıdakılar daxil edilir:
yüksək dinamiklik və qeyri-müəyyənlik xas olan situasiyalarda qərarları əsaslandırmaq və qəbul etmək bacarığı;
başqa firmalarda və sahələrdə menecerlərin təcrübəsi ilə tanış olmaq;
müasir informasiya texnologiyalarından, kommunikasiya və rabitə vasitələrindən istifadə etmək bacarığı.
Menecerlərin peşəkarlıq səviyyəsinə qarşı irəli sürülən ikinci qrup tələb onların insanlarla işləmək və özlərini idarə etmək qabiliyyətləri ilə bağlıdır. Buraya aşağıdakı keyfiyyətlər daxildir:
yüksək dərəcədə borcluluq hissinin və işə sədaqətin olması;
öz fikirlərini dəqiq ifadə etmək və inandırmaq bacarığının olması;
öz fiziki və mənəvi gücünü tez bir zamanda bərpa etmək və öz fəaliyyətini obyektiv qiymətləndirmək qabiliyyəti.
Menecer qrupunun formalaşması mürəkkəb prosesdir. Çünki qrup üzvlərinin maraq və məqsədləri müxtəlif və ziddiyyətlidir (tez-tez şəxsi maraq və məqsədlər təşkilatın məqsədləri ilə ziddiyyət təşkil edir). Buna görə də fərdi məqsəd və münasibətlərin vahidliyindən asılı olaraq qrupun kollektivliyi və ya sosial yetişkənliyi haqqında danışmaq olar.
Birinci mərhələdə qrup yenicə yaradılır, onun üzvlərinin qarşılıqlı şəkildə tanışlığı baş verir. Rəhbər işçiləri müşahidə etməli və onların arasından ən nüfuzlu və avtoritetli olanını seçməli, onları öz tərəfinə keçirməli və qrupda düzgün yerləşdirməlidir.
İkinci mərhələdə qrup üzvlərinin qarşılıqlı tanışlığı və öyrənilməsi başa çatır. İnsanların maraq və meyillərinə uyğun olaraq bir-birilərilə dostcasına yaxınlaşması baş verir. Ümumi şəkildə qrupun qeyri-rəsmi strukturu formalaşır, aktiv yaranır, passiv də əmələ gələ bilər.
Üçüncü mərhələdə işçilərin qavrama qabiliyyəti və fəallığı eyni yüksək səviyyəyə çatır, tabelikdə olanlar öz rəhbərlərini yaxşı başa düşürlər və inzibati təzyiq olmadan öz öhdəliklərini yerinə yetirirlər.
28. Menecerlərə qarşı irəli sürülən tələblər, Rəhbərin şəxsi keyfiyyətləri Menecerlərə qarşı irəli sürülən tələblər aşağıdakılardır:
Rəhbərin zəruri keyfiyyətlərindən biri onun şəxsi xüsusiyyətləridir. Müxtəlif tədqiqatlarda ən tez-tez xatırladılan şəxsi xüsusiyyətlərə aşağıdakıları aid etmək olar: dominantlıq, özünə inam, emosional tarazlıq, stressə dayanıqlılıq, yaradıcılıq, nailiyyətə can atma, təşəbbüskarlıq, məsuliyyətlilik, tapşırığın yerinə yetirilməsində etibarlılıq, müstəqillik və ünsiyyətçilik.