25. Müasir kontrolinqdə erp sistemi


Heyətin seçilməsi prosesi və işə qəbulu prosesi



Yüklə 18,94 Kb.
səhifə3/3
tarix19.12.2022
ölçüsü18,94 Kb.
#76484
növüQaydalar
1   2   3
biznes cavab

31. Heyətin seçilməsi prosesi və işə qəbulu prosesi
Heyətin seçilməsi meyarlarına aid edilir:

  • Fiziki cəhətlər (yaş, sağlamlıq, xarici görünüş, ədəb qaydaları);

  • Təhsil və təcrübə (ixtisas və təhsil səviyyəsi, iş stajı, xüsusi biliklər);

  • İntellekt (problemin mahiyyətini tez tutmaq, öz fikirlərini sərbəst ifadə etmək qabiliyyəti, qulaq asmaq bacarığı və öyrənmək arzusu);

  • Şəxsi cəhətlər (əməksevərlik, təşəbbüs, inadkarlıq, şöhrətpərəstlik və həyata qarşı müsbət münasibət);

  • Dispozisiya (liderlik, məsuliyyət hissi, ünsiyyətçilik, insanlara qarşı yaxşı münasibət, mütəşəkkillik).

Bu meyarlar əsasında konkret vəzifə üçün tələblər kompleksi tərtib edilir ki, bu da namizədlərin seçilməsi prosesini sürətləndirir.
Kadrlar şöbəsi tərəfindən axtarılanlar şəxslərdən uyğun gələn namizədləri seçdikdən sonra vakansiya olan bölmələrin rəhbərləri ilə söhbətlər başlayır. Məhz bu mərhələdə insanın peşəkarlıq və şəxsi keyfiyyətləri, onun şirkətin problemlərini həll etmək qabiliyyəti üzrə yararlılıq dərəcəsi müəyyən edilir. Bölmə rəisi namizədin kollektivə uyğunlaşa və nəzərdə tutulan iş həcmini yerinə yetirə biləcəyini başa düşməlidir. Əgər göstərişləri sözsüz olaraq yerinə yetirən şəxs lazımdırsa, onda seçim tabeliyə meyilli olan insanlar, ümumi problemləri birgə səylərlə həll etməyə çalışan kollektivçilər üzərində dayanır.
32. İnsan resursları departamentinin təşkilati strukturu və onların funksiyaları
Biznes subyektinin təşkiiati strukturu dedikdə, idarə edən və idarə olunan sistemlər arasında qarşılıqlı əlaqəni ciddi tabeçilik əsasında təmin edən idarəetmə bölmələrinin məcmusu başa düşülür.
İnsan resursları departamentinin təşkilati strukturu:

  • İRB rəhbəri

  • İşəgötürmə və seçmə mütəxəssisi

  • Müavinət və mükafatlar effektivliyinin idarəedilməsi mütəxəssisi

  • Təlim və ixtisas artırma mütəxəssisi

  • İR idarəçiləri və İR köməkçiləri.

Biznesin idarə edilməsini həyata keçirmək üçün idarəetmə aparatını yaratmaq lazımdır. Bunun üçün isə təşkilati strukturun olması vacibdir. Biznesin idarə edilməsində təşkilati strukturun özü ayrılıqda bir sistemdir. Bu sistemin tərkibi biznesin ayrı-ayrı yarım- sistemləri, bölmələri, şöbələri, onlann tərkibi, nisbəti, yerləşdirilməsi, asılılığı və qarşılıqlı əlaqəsindən ibarətdir.
Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin