İdarəetmədə rəhbərlik stili – rəhbərin öz tabeliyində olanlara təsir göstərmək, təşkilatın və şirkətin qarşısında duran məqsədə çatmaqda onları həvəsləndirmək məqsədilə onlara qarşı münasibətdə dayanıqlı davranış manerasıdır. Səlahiyyətlərin bölüşdürülməsi dərəcəsi, insan münasibətlərinə və vəzifələrin yerinə yetirilməsinə qayğı rəhbərlik stilini əks etdirir.
Avtoritar stil. Təcrübə göstərir ki, avtoritar stil eynitipli, gündəlik məsələlərin həlli zamanı effektiv ola bilər. Bu rəhbərlik stilinin tətbiq edilməsi rəhbərin və tabelikdə olanların təhsil və səriştəliliyində böyük fərqin olması zamanı, habelə onların müstəsna olaraq maddi motivasiya sisteminə və hər şeydən əvvəl pulla mükafatlandırılmaya oriyentasiyası zamanı məqsədəuyğundur. Avtoritar stilin effektiv olması üçün tabelikdə olanlar tərəfindən yeganə rəhbər kimi müdiri tanımaları və yalnız ona oriyentasiya etmələri vacibdir. Daha doğrusu, rəhbərin göstərişlərini düzgün qəbul edərək vaxtında yerinə yetirməlidirlər.
30. İnsan resurslarının idarə edilməsinin vəzifələri və funksiyaları
Təşkilatın idarə edilməsi istənilən konkret mühitdə vacib nəticələrə yönəldilir. İdarəetmə sisteminin köməyi ilə rəhbərlik bütün mərhələlərdə - planlaşdırma, icra və icraya nəzarət zamanı qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi prosesinə təsir göstərməyə çalışır.
İnsan resurslarının idarə edilməsinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
İşçilər dəyərli varlıqlardır. Onların müəssisə daxili işinin səmərəliliyini yüksəltmək lazımdır. İşçilər həm də bir sərmayə qoyuluşudur.
Strategiya və müəssisədaxili mədəni mühit çox əhəmiyyətlidir. Uzunmüddətli qabaqcıl olmaq üçün müəssisə daxili mədəni mühiti formalaşdırmaq və inkişaf etdirmək lazımdır.
İşçilərin müəssisəyə bağlılığını inkişaf etdirmək və s.
İnsan resurslarının idarəedilməsi funksiyaları aşağıdakılardır:
İş analizləri;
İnsan resurslarının planlaşdırılması;
İnsan resurslarının seçilməsi və yerləşdirilməsi;
İnsan resurslarının təhsili və ixtisqaslaşdırılması (treyninq);