26. Oddan qoruyucu + 27
Nəfəsalma klapanının altında yerləşir və odun və qığılcımın neft çəninin içərisinə keçməsinin qarşısını alır. Oddan qoruyucunun 100 Mpa təzyiqdə buraxma qabiliyyəti cədvəl 8.6-da göstərilmişdir.
Oddan qoruyucuların buraxma qabiliyyətləri
Diametri,mm
|
50
|
100
|
150
|
200
|
250
|
350
|
400
|
500
|
Buraxma qabiliyyəti,m³/saat
|
25
|
100
|
215
|
380
|
600
|
900
|
1200
|
2000
|
Oddan qoruyucu-aliminium falqasından hazırlanmış büzməli yaydan və yastı lentdən ibarət dairəvi kassetdən ibarətdir. Büzməli yay ilə yastı aliminium lenti arasında əmələ gələn paralel kanallarda hidravliki müqavimətlər çox azdır. Oddan qoruyucunun konstruksiyası sökülüb-yığıla bilən olduğu üçün vaxtaşırı kassetalar çıxarılır, yoxlanılır və vəziyyətinə nəzarət edilir.
Şəkil3.17. Oddan qoruyucu:
1 – fləns; 2 sıxıcı bolt; 3– gövdə; 4 – bərkidici bolt; 5 – kaset; 6 – örtük;
7 – kilpəşdirici altlıq
27. Giriş, işıq və ölçü qapaqları.
Giriş qapağı-diametri 500 mm-dən az olmayaraq neft çəninin aşağı qurşağında 700 mm hündürlükdə qoyulur və çənin daxilinə baxış, təmir və çöküntülərdən təmizləmək üçündür.
İşıq qapağı neft çəninin qapağında qoyulur və çənin içərisini küləkləndirmək və işıqlandırmaq, həmçinin şaqqıldağın qapağını qaldırmaq üçündür.
Ölçü qapağı neft çənindəki mayenin səviyyəsini ölçmək və nümunə götürmək üçündür. Hazırda çəndəki neftin səviyyəsini kənardan daha dəqiq ölçmək və nümunə götürmək üçün UDU tipli səviyyəölçəndən və PSR tipli nümunə-götürənlərdən geniş istifadə olunur.
Dostları ilə paylaş: |