1 Neft bazalarının ümumi xarakteristikası


Şaquli silindrik çənlərin hesabı



Yüklə 8,16 Mb.
səhifə14/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#136521
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Əmtəə operatoru

31. Şaquli silindrik çənlərin hesabı
Şaquli silindrik çənin divarına təsir edən istismar yükü maye sütununun hidrostatiki təzyiqi aşağıdakı düsturla təyin edilir:

burada, ρ-mayenin sıxlığı;
g-sərbəstdüşmə təcili
H-çənin hündürlüyü
x-cari koordinat(başlanğıcı divarla döşəmənin birləşdiyi yerdədir).
Mayenin təzyiqindən yaranan yük çənin döşəməsində və divarın kənar səthində əyici moment yaradır.
Çənin örtüyünə isə örtüyün öz çəkisi, qar yükləri, qaz fəzasında əmələ gələn xarici təzyiq(vakuum), istilikqoruyucusunun və çənin avadanlıqlarının kütlələri təsir edir. Külək yükü örtüyün döşəməsində və onun kənar səthində əmələ gələn gərginliyi təyin edən zaman nəzərə alınır. Örtüyün, istilikqoruyucusunun və avadanlığın çəkiləri adətən layihədə verilir. Qar və külək yükləri isə tikinti rayonunun coğrafi yerləşməsindən asılı olaraq təyin edilir.
Örtüyün və divarın (qurşaqlar üzrə) çəkiləri, külək və vakuum təzyiqləri çənin dayanıqlığa yoxlanılması zamanı nəzərə alınır.
Şaquli silindrik çənlərə təsir edən bəzi yüklərin qiymətləri aşağıdakı kimidir:
Neftin sıxlığı, kq/m³-0.9;
Qar yükü, H/m²:-tikinti rayonunun coğrafi yerləşməsindən asılıdır.
Əalvə təzyiq, Pa-2000;
Vakuum, Pa-250;
Örtüyün çəkisindən əmələ gələn xüsusi yük, H/m²-700;
İstilikqoruyucusunun çəkisindən əmələ gələn yük, H/m²-450;
Konstruksiyanın təhlükəsizliyini təmin etmək üçün hesabat zamanı aşağıdakı yüklənmə əmsalları nəzərə alınır:
hidrostatiki təzyiq-n₁=1.1;
Əlavə və vakuum təzyiqləri n2=1.2;
Konstruksiyanın öz çəkisi-n₃=1.1;
Avadanlığın çəkisi-n4=1.2;
Qar yükləri-n5=1.5;
Külək yükləri-n6=1.2;
Şaquli silindrik çənin gövdəsinin hazırlanması.
Neft çəninin gövdəsinin hesabındaəsas məqsəd, onun gövdəsinin divarının qalınlığını təyin etməkdir. Çənin divarı əsasən dartılmaya işlədiyi üçün, hesabat düsturlarında əlavə yüklənmə(n) və iş şəraiti(m) əmsalları nəzərə alınmalıdır. Bu da materialın səmərəli istifadəsinə imkan verir.
Çənin gövdəsinə əmələ gələn gərginlik   olduqda divarn qalınlığı  
olur.
burada, r-çənin radiusu, p-çəndəki təzyiqdir.
Möhkəmlik şərtinə görə gövdədə əmələ gələn qüvvəsi(Np=pr) yolveriləbilən qüvvədən (Npr=σ δ) az olmalıdır, yəni

Əlavə yüklənmə əmsallarını nəzərə almaqla, çəndəki təzyiq(p) hidrostatiki və əlavə təzyiqlərin cəminə bərabərdir.
  ,
burada, Pəlavə-çənin qaz fəzasındakı əlavə təzyiqdir.
Çənin gövdəsində əmələ gələn qüvvə

Yolveriləbilən qüvvənin qiyməti isə

burada, çənin divarı üçün m=0.8 götürülür;
R-çənin gövdəsinin materialının müqaviməti;
δi-çənin qurşağının qalınlığı.
Qüvvələrin qiymətlərini Np Npr bərabərsizliyində yerinə yazsaq, alarıq:

və ya



Bu düsturda aşağıdan birinci qurşaq üçün x-in qiyməti 30sm, qalan qurşaqlar üçün isə onların hündürlüklərinə bərabər qəbul edilir.Misal üçün həcmi 10000 m3 olan neft çəninin divarının qalınlığını aşağıdakı verilənlərə görə hesablayaq: H=11920 mm; d=34200 mm; divarın materialı VMSt 3 sp 5; R=190 Mpa; m=0.8; gövdənin divarı 8 qurşaqdan ibarətdir; qurşağın hündürlüyü -1490 mm; ρ=0.0009 kq/sm3;
P əlavə=2000 Pa; x=30 sm və g=10 m/san2 qəbul edərək

və ya δ=13.2 mm alınır.
Bu düstur ilə qalan qurşaqların qalınlıqları hesablanmış və nəticələri aşağıda göstərilmişdir.
32. Neft çəninin örtüyünün hesabı
Neft çəninin örtüyünə özünün ağırlıq qüvvəsi, qar və vakuum yükləri təsir edir. Külək və əlavə təzyiq qüvvələri yuxarı istiqamətdə təsir etdikləri üçün bu qüvvələr əsasən divarla örtüyün birləşmə yerinin və ya yuxarı qurşağın dayanaqlığa hesablanmasında nəzərə alınır.
Konusvarı örtük çənin gövdəsinin divarına və mərkəzi dayağına dirənmiş ayrı-ayrı lövhələrdən ibarətdir. Örtüyün konusluğu 1:20 olduğu üçün hər bir lövhənin vəziyyətini horizontal qəbul etmək olar.

Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin