Konstruksiyalar, detallar və alətlər istismar zamanı müxtəlif xarici təsirlərə (yüklərə) məruz qalırlar. Təsir edən bütün yükləri üç qrupa bölmək olar:
1)tədricən artan və ya tədricən azalan daimi (statik) yüklərə;
2 ) zerbəli (dinamik) yüklərə;
3) dəyişən yəni istiqamət və qiymətcə və ya həm istiqamətcə həm də qiymətcə dəyişən yüklərə.
Şəkiл 1. Çubuğun deformasiya növləri: a - dartılma; b - sıxılma; c - əyilmə; ç - burulma; d - kəsilmə. Qaynaq zamanı qızmanın və ya soyumanın yaratdığı daxili gərginliklər, hissələrin inşası dövründə onun forma və ölçülərini dəyişə bilər. Beləgərginliklər termiki gərginliklər adlanır.Qüvvənin təsirindən metal öz forma və ölçülərini dəyişə bilir, yəni deformasiya olunur. Deformasiya elastik (yükün təsiri götürüldükdən sonra itən) və plastik (yükün təsiri götürüldükdən sonra qalan) ola bilər. Yük artırıldıqda elastik deformasiya plastik deformasiyaya keçir: yükün sonrakı artımı isə cismin dağılmasına səbəb olur.
Deformasiyanın qiyməti təsir edən qüvvənin qiymətindən asılıdır. Deformasiyanın növləri tətbiq olunmuş qüvvənin istiqamətindən asılıdır.
Əsasən dartılma, sıxılma, əyilmə, burulma və kəsilmə deformasiya növlərinə (şəkil 1) daha çox rast gəlinir.
Tətbiq olunan qüvvədən asılı olaraq təcrübədə metal bir və ya bir neçə deformasiya növünə məruz qalır.
Konstruksiyaların, detalların və alətlərin hazırlanması üçün metalın düzgün seçilməsi məqsədilə onların mexaniki xassələrinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Mexaniki xassələrə qüvvənin təsirindən metalların deformasiyaya qarşı müqavimətliyini xarakterizə edən xüsusiyyətlər aid edilir.