1 Neft bazalarının ümumi xarakteristikası


Şaxta tipli neft qaz anbarları



Yüklə 8,16 Mb.
səhifə23/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#136521
1   ...   16   17   18   19   20   21   22   23   24
Əmtəə operatoru

Şaxta tipli neft qaz anbarları: Şaxta tipli yeraltı neft – qaz anbarı qazneftə keçirici olmayan möhkəm suxurlarda süni surətdə yaradılır (şəkil 1.) Bu növ anbarlar gil suxurlarında, qranitlərdə, təbaşir çöküntülərində və əhəngdaşlarında tikilir.
Şaxta növlü neft – qaz anbarının dərinliyi 135 – 150 m - ə qədər olur. Bu növ anbarların tikilməsi layihə dərinliyinə qədər diametri 3 – 4 m – 3 bərabər olan şaquli quyunun mövcud üsullarla qazılması ilə başlanır. Bəzən quyu ikipilləli (aşağı pillənin diametri 430 mm və yuxarı pillənin diametri isə 1300 mm balta ilə) qazılır. Belə quyuların sayını artırmaqla quyunun gövdəsinin diametrini 3 – 4m-ə çatdırılır. Qazıma zaman suxurlar gilli məhlul vasitəsilə yer səthinə çıxarılır. Qazıma sürəti köməkçi işləri nəzərə almaqla 0,3 m/saata çatır. Quyu qazılıb qurtardıqdan sonra divarın qalınlığı 15 – 18 mm və hər seksiyanın uzunluğu 6 – 12 m olan istismar kəməri layihə dərinliyinə qədər buraxılır. Kəmərin seksiyaları bir – birinə qaynaq vasitəsilə birləşdirilir. İstismar kəmərini buraxmazdan əvvəl qaz – neft anbarı layının qarşısında 10 m hündürlüklü qum qatı (yastıq) və üstündə 1,5 m qalınlıqda beton təbəqəsi əmələ gətirilir. Kəmərin arxasına diametri 38 – 50 mm olan boru kəməri qaynaq edilir ki, bu da istismar kəmərinin arxasına sement məhlulu vurmaq, güc kabelinin buraxmaq və anbarı tikərkən küləkləmək mümkündür.
Quyu sementləndikdən sonra beton qaz və qum qatı yuyulur, layihə horizontu açılır, quyunun dibində zumpf qazılır ki, bu da süzülən suların yığılması və yer səthinə nasosla qaldırılması üçündür.
Qaz – neft anbarının tikilməsi, hündürlüyü 1, 6 – 1, 8 m, eni 1,4 – 1, 6 m və uzunluğu 15 – 20 m olan, horizontal kamera qazmaqla başlanır. Sonra həmin kamera partlayış və digər üsullarla layihə ölçülərinə qədər genişləndirilir. Bu məqsədlə hesablanmış sayda, hərəsinin dərinliyi 1,8 – 2, 5 m olan , şpurlar qazılır, oraya partlayıcı maddə doldurulub partlatmaqla anbarın ölçüləri layihə qiymətlərinə çatdırılır.
Bir şpura tökülən partlayıcı maddənin miqdarı aşağıdakı düsturla təyin olunur:

Burada,  m3 suxura düşən partlayıcı maddənin xüsusi sərfi;
 şpurun en kəsiyinin sahəsi;
  – uzunluğu 1 olan şpurda suxurların kütləsi (m-0,7 – 1, 75 kq);
  - şpurun partlayıcı maddə ilə doldurulma əmsalı (  – 0,50 – 0,75).
Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin