33-cü sual. Söz və şəkilşilərin deyilişində dialekt və şivə xarakterli nitq nöqsanlarının Islahı Dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından asılıdır. Aydın və təsirli nitq digər peşə sahiblərindən daha çox müəllimə lazımdır ki, şagirdləri cəlb edə bilsin. Şagirdlər müəllimin nitqindən bilik, fikir, ideya alırlar və bu onlar üçün bir növ nümunə olur.
Gözəl ünsiyyətə, nitq mədəniyyətinə nail olmaq üçün orfoepiyanı bilmək, onun qaydalarına əməl etmək lazımdır. Şifahi dilin fəaliyyət dairəsinin genişləndiyi indiki dövrdə orfoepiyanı, ədəbi tələffüz normalarını gözləmək, ona əməl etmək xüsusi əhəmiyyət kəsb edir.
Orfoepiya orfoepik normaları gözləməklə danışmağı, ayrı-ayrı sözlərin hətta nitq səslərinin tələffüzü qaydalarına əməl olunmasını tələb edir.
Orfoepik qaydaların heç kəs tərəfindən pozulmasına yol verilmir. Bu qaydalar hamı üçün vahid və məcburidir. Şagirdlərin öz nitqi üzərində müşahidə aparmaları müəllim tərəfindən təşkil olunmalıdır.
Alınma sözlərin dilimizin fonetik sisteminə uyğun gəlməyən bəzi spesifik cəhətləri (sözlərdə saitlərin və samitlərin yanaşı işlənməsi, çoxhecaliliq, heca vurğusunun qeyri-sabitliyi və s.) onların yazılış və tələffüzünü çətinləşdirir.
Bu səbəbdən nitqdə bir sıra orfoepik va orfoqrafik qüsurlara yol verilir. Həmin qüsurları aşağıdakı kimi qruplaşdırmaq olar.
1.Kitab tələffüzü ilə bağlı qüsurlar: orfoepiyasi orfoqrafiyasından fərqli olan sözlər yazıldığı kimi tələffüz edilir. Məsələn, morfologiya (martalogiya),poeziya (paeziya), postament (pastament), fonetika (fanetika). Odessa (Adessa),akkordeon (akardiyon), qrammatika (qramatika) və s.
2. Şözlər yerli dialektə və ya adi danışıq dilinə uyğun şəkildə yazılır və deyilir. Məsələn; oxtiyabr (oktyabr), Ukranya (Ukrayna), kartof (kartof), işkaf (skaf). qruppa (qrup), qosmos (kosmos), irezin (rezin), birqadir (briqadir) və s.
3. Bu qrupa aid edilən qüsurların digər qismi heca vurğusunun düzgün deyilməməsi ilə bağlıdır. Bu özünü iki şəkildə göstərir:
a) vurğunu sonraki hecadan əvvəlki heca üzərinə keçirilməsi. Məsələn, fonem, morfe m, reji'm, pedaq'qoq əvəzinə fo'nem, re jim, pedaqoq, mo`rfem deyilməsi;
b) əksinə, əvvəlki hecadakı vurğunun sonrakı heca üzərinə keçirilməsi. Məsələn: ka fedra, o`pera, o'rden, fi zika, fi'rma, li rika o'fis, meta fora, sintez avazinə kafe dra ope'ra, orde'n, fizika, firma, liri'ka, ofi's, metafora, sintez kimi tələffüz olunması.
Alınma sözlərin tələffüzündə (eləcə də yazılışında) qüsurlara yol verilməsi nitqǝ ümumi bir pozğunluq gətirir, onun məzmunu itir və ya çətin anlaşılır, təsir gücü azalır.
Qüsurlu tələffüz yazıya da öz mənfi təsirini göstərir. Yazılı işlərdə alınmaların nöqsanlı deyilişindən irəli gələn orfoqrafik səhvlərə tez-tez təsadüf etmək mümkündür.
Yazıdakı bu qüsurları aradan qaldırmaqdan ötrü, birinci növbədə alınma söz və terminlərin nitqdə düzgün deyilməsinə nail olmaq lazımdır. Bunun üçün yararlı sayılan vasitələrdən biri alınma sözlərin düzgün yazılış və tələffüz şək-lini göstərən sorğu kitabları, sözlüklər, lüğətlərdir. Bu cür vəsaitin olma-masi nəticəsidir ki, danışanlar çox zaman nə cür tələffüz etməyin düzgün oldu-ğuunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Eyni çətinlik alınma söz-lərin yazılışında da özünü göstərir.
Dilimizin orfoepiyası ilə bağlı ciddi tədqiqatlar aparılmalı, düzgün tələffüz normalarını əks etdirən monoqrafiyalar, populyar əsərlər, vəsaitlər, sözlüklər, lüğətlər, sorğu kitabçaları və s. nəşr olunub bu dildə danışanların istifadəsinə verilməlidir.