29. Fonetikanın tədrisində orfoepik vərdişlərin formalaşdırılması
Fonetikanın tədrisi zamanı düzgün yazı və tələffüz arasında assosiasiya yaratmaq vacib şərt kimi dəyərləndirilir. Fonetikanın tədrisində orfocpiya ilə bağlı olan nəzəri-praktik biliklari şagirdlərə dərindən mənimsətmədən fonetikanın dərindən mənimsənildiyini söyləmək olmaz. İbtidai siniflərdə fonetikaya aid müəyyən nəzəri biliklərə yiyələnən şagirdlər səs va hərflər üzərində kifayət qədər iş aparır, düzgün tələffüz və yazı qaydalarına yiyələnirlər. İbtidai siniflərdə müəllimlər səs və hərflərin fərqini izah edərkən göstərməlidirlər ki, Azərbaycan dilində 32 horf vardır, lakin səslərin sayı çoxdur. Dərslikdə 34 səs haqqında məlumat verilmişdir. Müəllim əgər bu səslərin hamısını şagirdlərə əyani şəkildə mənimsətməsə, nəinki səs və harf, hətta fonetikaya aid digər bilikləri öyrədə bilməz. Əgər sait səslərin (a, i, o, u, e, a, i, ö, й) yaranma vəziyyətinə görə növləri (qalın-inca, açıq-qapalı, dodaqlanan, dodaqlanmayan) nümunələr əsasında şagirdlərə öyrədilməsə, çalışmalar vasitəsilə vərdişə çevrilməsə, şagirdlar heca, vurğu, ahəng qanunu, şəkilçilərin 2 va ya 4 cür yazılmasını və s. başa düşməyəcəklər.
Fonetik prinsipə görə söz necə deyilirsə elə də yazılır. İbtidai siniflərdə fonetikanın orfoqrafiya ilə əlaqəli tədrisi həmçinin orfoepiya ilə əlaqəni də tələb edir. Bu iki anlayış orfoqrafiya va orfocpiya heç də bir-birindən təcrid edilmir, biri digərini tamamlayır, düzgünlüyünü təmin edir. Çalışmalar üzrə işin təşkili zamanı bu işin qarşılıqlı təşkili səmərəli olur.
30. Sait və samitlərin tədrisində orfoepiyaya aid qaydaların öyrədilməsi
Tələffüz mənalı səslənmə prosesidir.Dil səslərinin iki əsas növü-saitlər və samitlər mənalı səslənmə üçün, yəni tələffüz üçün əsas vasitələrdir.
. Saitlər: sait səslər orfoepik normalarının müəyyənləşdirilməsi əsas şərtlərdəndir. Buna görə də eyni saitin müxtəlif samitlə birləşməsindən və ya müxtəlif saitin eyni samitlə birləşməsindən fərqli mənaları ifadə edən sözlərin, qrammatik vahidlərin tələffüzü də əsasən saitlərin köməyi ilə formalaşır. Məsələn: al, ol, el, ad, od, öd, ud, on, un, ön, en, ün, dan, din, dön, dən və s. Saitlərlə bağlı olan bir sıra qanunların, o cümlədən saitlər ahəngi və saitlərlə samitlər ahəngi qanunlarının məna və ahəngdarlıq baxımından, xüsusən şəkilçilərin həm yazılışında, həm də tələffüzündə mühüm rolu vardır. Bu qanun bir sıra şəkilçilərdə, nəinki saitlərin, hətta samitlərin müxtəlifləşməsinə və şəkilçilərin bir neçə variantlı olmasına, eləcə də bir sıra sözlərdə bu və ya digər samitin hansı çalarlıqda tələffüz olunmasına istiqamətverici təsir göstərir. Ayrı-ayrı ifadələrin və cümlələrin tələffüzündə vurğu və intonasiya ilə əlaqədar olaraq, saitlər vurğulu, vurğusuz, ucadan, alçaqdan, uzadılaraq, qısaldılaraq tələffüz olunur. Bu cəhətlər göstərir ki, ədəbi təlffüzdə saitlərin xüsusi olaraq nəzərə alınması zəruridir. Samitlər: Orfoepik normalar baxımından samitlərin tələffüzünün dəqiqləşdirilməsi də çox vacibdir. Samitlər dilin maddi əsasını təşkil edən ünsürlərdir. Buna görə də samitlərin dəyişməsi dilin əsas vahidləri hesab olunan sözlərin dəyişməsinə, bu isə sözlərlə ifadə olunan mənaların dəyişməsinə səbəb olur; at, ad, al, az, as, aç, vəs. Qeyd etmək lazımdır ki,samitlərin hamısı sözlərdə və morfoloji vahidlərdə eyni məqamda, eyni şəraitdə və eyni dərəcədə işlənilmir. Azərbaycan dilində ğ samiti şəkilçilərin əvvəlində (-ğın,-ğun,-ğı,-ğu) işləndiyi halda, sözün əvvəlində işlənmir. Əsl Azərbaycan sözlərində k, g samitləri əsasən incə saitlərlə, q, x, ğ samitləri isə əsasən qalın saitlərlə yanaşı ola bilir. Xüsusən söz başında və söz sonunda samitlərin yanaşı gəlməsi Azərbaycan dilinin təbiətinə uyğun deyildir.
Dostları ilə paylaş: |