1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Ədəbi tələffüzlə bağlı şagirdlərə verilə biləcək bilik və bacarıqların həcmi



Yüklə 108,01 Kb.
səhifə5/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   52
orfoqrafiya və orfoepiya-1

6. Ədəbi tələffüzlə bağlı şagirdlərə verilə biləcək bilik və bacarıqların həcmi
Ədəbi tələffüzün daha çox bağlı olduğu sahələrdən biri orfoqrafiyadır.Orfoqrafiya ilə orfoepiyanın əlaqəli öyrədilməsində əsas istiqamətlərdən biri müəyyən sözlərin yazılışı ilə deyilişinin fərqlənmədiyini aydınlaşdırmaqdır. Orfoqrafiya ilə orfoepiyanın əlaqəli təlimində digər istiqamət sözlərin yazılışı və tələffüzü arasındakı fərqli cəhətləri izah etmək və bu yolla orfoepik qaydaların şüurlu mənimsədilməsinə nail olmaqdır. Yazılışla tələffüzün əlaqəsi baxımından söz və şəkilçiləri iki qismə ayırmaq olar: 1) yazılışı tələffüzdən fərqli olan, həm də düzgün tələffüz edilən sözlər (məs. dəftər, usta, kəskin, bulud, kitab, məftil, hətta) 2) tələffüzü yazılışından əsaslı surətdə fərqlənən sözlər
Orfoqrafiya ilə orfoepiyanın əlaqəli öyrədilməsində müxtəlif iş formalarından istifadə olunur. Bunlardan biri orfoepik diktə adlanır. Bu diktə sözlərin yazılışı ilə tələffüzünün fərqli cəhətləri haqda verilmiş nəzəri biliklərin təcrübədə tətbiqi və bu yolla yazı və düzgün tələffüz vərdişlərini dah da möhkəmləndirmək baxımından faydalıdır.
Orfoqrafik səhvlərin təshihi zamanı ədəbi tələffüz üzrə iş. Orfoepiyanın orfoqrafiya ilə bağlı tədrisinin əlverişli məqamlarından biri də yazıda buraxılmış səhvlərin düzəlişi üzərində aparılan işlərdir. Ədəbi tələffüzlə yazının əlaqəsi baxımından yazıdakı qüsurları iki yerə ayırmaq olar: 1) Düzgün tələffüzün təsiri ilə baş verən orfoqrafik səhvlər. 2) Qüsurlu tələffüzdən irəli gələn orfoepik səhvlər.
Orfoqrafik-orfoepik lüğət üzrə iş. Yazı və düzgün tələffüz təlimində bir mənbə kimi orfoqrafiya və orfoepiya lüğətindən–sözlüyündən istifadə zəruridir. Bu lüğətlərdən istifadə etməklə sözlərin orfoqrafiya və orfoepiyasına aid bacarıqların inkişafına nail olmaq mümkündür
Azərbaycan dili və ədəbiyyat dərslərinin əlaqəli şəkildə tədrisi nitq inkişafı, xüsusən ədəbi tələffüz və ifadəli oxu vərdişlərinin formalaşdırılması baxımından ciddi əhəmiyyətə malikdir.Vahid nitq rejimi şəraitində ədəbi tələffüz vərdişlərinin inkişafı. Ədəbi tələffüzə yiyələnməyin başlıca yollarından biri də danışıq və oxusunda orfoepik normalara riayət edən adamları şagirdlərin bilavasitə təqlid etməsidir. İmitativ yol adlanan bu yol orfoepik vərdişlərin və ifadəli oxu bacarığının aşılanmasında xüsusi əhəmiyyət kəsb edir. Mühitin danışıq tərzi hər bir fərdin nitqinə daim özünün müsbət və mənfi təsirini göstərir. Ümumiyyətlə, uşaq nitqinin formalaşmasında və ədəbi tələffüz vərdişlərinin yaradılmasında mühitin təsiri həlledici faktordur.



Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin