1. Özünüz haqqında məlumat verin



Yüklə 15,63 Kb.
tarix29.12.2021
ölçüsü15,63 Kb.
#49027
New Microsoft Word Document (2)


1. Özünüz haqqında məlumat verin

Adətən, bu sualdan sonra insanlar öz həyatı haqqında danışmağa başlayırlar və beləliklə, ən vacib məqamları deməyi unudurlar.

Belə bir sual eşidəndə ağlımıza gələn ilk şey təhsilimiz, keçmiş iş yerimiz və digər məqamlar haqqında detallı danışmaq olur . Nəzərə almalısınız ki, müsahibə müəyyən zaman çərçivəsi ərzində olur və bu səbəbdən daha effektiv şəkildə zamanı idarə edə bilərsiniz.

Çatdırmaq istədiyiniz fikri yaxşı-yaxşı düşünün. Sizin cavabınız bu ideyanı izah etməlidir. Məsələn, siz belə deyə bilərsiniz: “ Mən ünsiyyətlə bağlı olan vəzifələrdə yaxşı nəticələr əldə etmiş insanam ” və ya “ Mənə, iş yerində məsuliyyətli biri kimi hər zaman etimad edirlər”. Unutmayın ki, çatdırmaq istədiyiniz fikir işə götürənin axtardığı ilə üst-üstə düşməlidir.

2. Niyə bu işlə maraqlanırsınız?

Bu, kifayət qədər çətin sualdır. Çünki siz bu iş ilə heç bir əlaqəsi olmayan bir cavab verə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, geyim mağazasına işə düzəlmək istəyiniz dəb dünyasına olanmarağınızla bağlı olub. Siz dizaynersiniz və reklam ilə məşğul olmaq istəyirsiniz və ya bu şirkəti sizə dostunuz məsləhət görüb deyə cavab verə bilərsiniz. Tipik cavablardan biri də budur: “Mən başa düşdüm ki, iş yerimi dəyişməliyəm”. Bütün bu cavablar həqiqətə uyğun gəlir, lakin işəgötürəndə heç bir təəssürat yaratmayacaq.

3. Sizdən nə gözləyirlər?

İşdə qarşılaşa biləcəyiniz çətinliklərdən xəbərdar olduğunuzu və nəyə görə bu vəzifəyə uyğun gəldiyinizi göstərin.

Sizin ən zəif tərəf və ya tərəfləriniz nədir?

Bu suala cavab vermək o qədər də asan deyil. Bəli, bizim hər birimizin zəif tərəfləri var. Əgər bu suala hazır deyilsinizsə, belə cavab verə bilərsiniz: “Mənim zəif tərəfim ondan ibarətdir ki, “deadline”lar olduğu zaman çox narahat oluram” və ya “komanda ruhunun olmaması məni məyus edir”.

İşəgötürənə yalan danışmayın. Yaxşı olar ki, “zəif tərəf” kimi ən güclü tərəfinizi deyəsiniz. Məsələn, belə demək olar: “Mən hər şeyin mükəmməl olmasını istəyirəm və hər zaman ideal nəticə əldə etməyə çalışıram”və ya “Komandam bütün var gücü ilə işləməlidir, buna görə mənimlə birlikdə işləyən insanlar da mənim kimi ambisiyalı olmalıdırlar”.

4. Niyə əvvəlki iş yerinizi tərk etmək istəyirsiniz?



Bu sualın həm düzgün, həm də yanlış cavabı var.

Neqativ nələrsə danışmaq düzgün olmaz. Əsas səbəb kimi əvvəlki iş yeriniz barəsində yalnız pis detallar söyləsəniz və ya köhnə iş yerinin sirrlərini açsanız bu qeyri professional fikir yarada bilər. “Əvvəlki iş yerim çox uzaqda idi” və ya “Səhər saatlarında işə çatmaq çətin idi” kimi cavablar da məqbul sayılmır.

Çalışın qarşı tərəfdə ambisiyalı, əvvəlki iş yerində maksimum göstəricilərə çatmış və irəli getməyə qərar vermiş bir işçi obrazını yaradasınız. Öz nailiyyətləriniz, yeni iş yerində nələr etməyi planladığınız və hansı bacarıqlardan istifadə edəcəyiniz haqqında danışın.

Eyni zamanda, əvvəlki iş yerinizi tərk etməli olduğunuzdan təəssüfləndiyinizi də ifadə edə bilərsiniz.

5. Planlarınızı bizimlə bölüşə bilərsinizmi?

Təxmini planlarınızdan danışın. Onları konkret insanlarla əlaqələndirməyin. İşəgötürən görəcək ki, karyera ilə bağlı müəyyən planlarınız var. Unutmayın ki, indiki vaxtda planlar tez-tez dəyişir və bunu da qeyd etməyiniz yerinə düşər. Özünüzə aid inkişaf planlarını deyə və hal-hazırda bunun üçün nələr etdiyinizi paylaşa bilərsiniz.

Namizədlər müsahibələrə gəldikdə stress keçirirlər. Onlara ünvanlanmış suallara cavab axtararkən isə vəziyyət daha da pisləşə bilər. Buna görə də, necə cavab verəcəyinizi əvvəlcədən düşünməlisiniz.
Yüklə 15,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin