Tərbiyə əsas pedaqoji kateqoriyalardandır. O digər
kateqoriyalarla əlaqəlidir, və kifayət qədər mürəkkəb
struktura malikdir. Tərbiyə prosesi prinsiplər üzərində
qurulduğundan pedaqoqun bu barədə ətraflı məlumata malik
olması və onlara riayət etməsi mütləqdir.Tərbiyənin
prinsipləri tərbiyə prosesinə verilən tələblərdir.Prinsiplər
zaman ötdükcə yenilənməli, cəmiyyətdə baş verən
dəyişiklikləri özündə əks etdirməlidir. Müasir dövr
pedaqogikada humanist ideyaların inkişafı mərhələsidir.
Pedaqogikada
humanist
ideyaların
təşəkkülü
C.Dyui,M.Montessori xüsusən K.Rocersin adı ilə bağlıdır.
Humanist pedaqogikanın əsas ideyası uşağa sevgi göstərmək,
dəstəkləmək, onu olduğu kimi qəbul etmək, özünəinam
formalaşdırmaqdan ibarətdir;
Dostları ilə paylaş: