20.Məktəbdə sosial pedaqoqun fəaliyyəti
Sosial pedaqoq məktəbdə uşaqların inkişafı və tərbiyəsi
istiqamətində ailə, məktəb və ictimaiyyət üçbucağının
qarşılıqlıəlaqəsini təşkil edir. Onun fəaliyyəti uşaqlarla
əlaqələrin qurulmasını, yaş və psixoloji xüsusiyyətlərin
öyrənilməsini, müxtəlif növ ictimai, faydalı fəaliyyət
istiqamətlərinin təşkilini nəzərdə tutur.
Müasir dövrdə uşaq və yeniyetmələrin yaş xüsusiyyətləri ilə
bağlı üzləşdikləri problemlərin öhdəsindən gəlməsində,
onların fəaliyyətinin səmərəli istiqamətə yönləndirilməsində
sosial pedaqoqların böyük rolu vardır. Bununla yanaşı, sosial
pedaqoq ailə və uşağın fəaliyyətini dəstəkləməli, davranış
problemləri olan şagirdlərə mənfi təsirlərin qarşısını almalı,
ehtiyac yarandıqda isə hüquqi yardım göstərməlidir. Sosial
pedaqoq təlim-tərbiyə işini fənn müəllimi kimi sinif otağında
deyil, dərsdənkənar fəaliyyətdə həyata keçirməlidir. Yalnız
məktəbdənkənar
mühitdə
şagirdlərin
davranış
xüsusiyyətlərinə (xüsusilə deviant davranışlı şagirdlərin)
daha yaxından bələd olmaq mümkündür. Beləliklə, sosial
pedaqoq xarici mühitdə adaptasiya problemləri olan
şagirdləri üzə çıxarır, onların xasiyyət və davranış
xüsusiyyətlərini
öyrənir,
onlara
kömək
yollarını
müəyyənləşdirir. Hazırda məktəblərdə bilik yarışına daha
çox üstünlük verildiyindən şagirdlərin imtahan, sınaq,
yoxlama işlərinə hazırlığı onlarda emosional gərginlik,
mənəvi çöküntü yaratmışdır. Belə vəziyyətlərdə məktəblərdə
sosial pedaqoqun fəaliyyətinə böyük ehtiyac duyulur.
Sosial pedaqoqun məktəbdə fəaliyyəti “risk qrupu”na aid,
valideyn, hüquq-muhafizə orqanları, sosial cəhətdən
müdafiəsiz, həssas ailələrin uşaqlarını və pedaqoji kollektivi
əhatə edir. O, şagirdlərin dərsə davamiyyət məsələlərini də
nəzarətdə saxlamalı, həmçinin məktəbin yerləşdiyi ərazinin
xüsusiyyətlərini, sosial cəhətdən uğursuz ailələrin siyahısını,
sağlamlıq problemləri, qanun pozuntularına meyilli olan
uşaqları üzə çıxarmalı, valideyn himayəsindən məhrum olan,
natamam ailələrdən çıxan, fiziki imkanları məhdud
şagirdlərin iştirakı ilə xeyriyyə tədbirləri təşkil etməlidir.
Sosial pedaqoqun vəzifələri aşağıdakılardan ibarətdir:
• Uşaq sosial mühitə uyğunlaşmaqda çətinlik çəkəndə,
dezadaptasiya vəziyyətlərində şagirdlərə dəstək və yardım
göstərir;
• Valideyn müxtəlif səbəblər üzündən öhdəliklərini yerinə
yetirmədikdə uşağı həyati risklərdən (sağlamlıq problemləri,
maddi durum və s.), ailə problemlərindən qoruyur, ona
müvafiq yardım göstərir;
• Şagirdlərlə sosial mühit (məktəb, ailə və s.) arasında
vasitəçi rolunda çıxış edir;
• Şagird, ailə, pedaqoji kollektiv, uşaq problemləri və
mühafizəsi ilə məşğul olan dövlət strukturları, qeyri-hökümət
təşkilatlarının nümayəndələri üçün məsləhət, görüş, seminar
və təlimlər təşkil edir;
• Sosial mühitdə humanist, mənəvi cəhətdən sağlam
münasibətlərin yaradılmasına təmin edir;
• Şagirdlər üçün psixoloji cəhətdən komfortlu və təhlükəsiz
mühitin təmin olunması, onların həyat və sağlamlığının
qorunmasına şərait yaradır;
• Himayəyə ehtiyacı olan, fiziki imkanları məhdud, deviant
davranış nümayiş edən, ekstremal vəziyyətlərə düşən
şagirdlərə kömək məqsədilə müəllim, valideyn, xüsusi
xidmət mütəxəssisləri, xeyriyyə cəmiyyətləri və s. İlə
əlaqələr qurur.