Təlim metodları dedikdə təlim prosesində müəllim və şagirdlərin müvafiq məqsədlərə doğru istiqamətlənmiş qarşılıqlı fəaliyyət üsulları başa düşülür.Şagirdlərin idraki müstəqillik səviyyəsinə və bilik mənbələrinə görə Azərbaycan tarixinin təlim metodları bir-birindən fərqləndirilir.Lakin bütün təlim metodları dərk olunmuş məqsədlərə fəaliyyət sisteminə və gözlənilən müvafiq nəticələrə xidmət edir.1
Təlimdə əyanilik dedikdə, hər şeydən, əvvəl şagirdlərdə anlayış və təsəvvürlərin, hadisə və proseslərin əyani vasitələrlə təsvirlər vasitəsilə formalaşdırılması başa düşülür.Azərbaycan tarixinin tədrisində əyani təlim metodundan istifadənin böyük əhəmiyyəti vardır.Məlumdur ki, tarixi hadisələr təkrar olunmur şagirdlər keçmiş hadisələri canlı şəkildə görə bilmirlər.Ona görə də ,müxtəlif əyani vasitələr Azərbaycan tarixi üzrə bilik mənbəyi kimi çıxış edir.Təcrübə göstərir ki ,əyani təlim təkcə şagirdlərin hislərinə deyil ,eyni zamanda təfəkkürünə güclü təsir göstərir və müxtəlif funksiyaları yerinə yetirir.
Təlim prosesində əyani vasitələrin köməyilə şagirdlərdə tarixi keçmişin gözlə görünən obrazları yaradılır.Bundan başqa, əyani vasitələr Azərbaycan tarixi üzrə faktların konkretləşdirilməsinə şagirdlərin təsəvvüründə keçmişin aydın mənzərəsinin yaradılmasına kömək edir.Məsələn, erməni vəhşilikləri azərbaycanlıların soyqırımı məsələlərini izah edərkən ayrı- ayrı əyani vəsaitlərə şəkillərə müraciət olunması şagirdlərin problemlə bağlı təsəvvürlərini xeyli dərinləşdirir, onlar tarixi fakt və hadisələrin mahiyyətini daha aydın dərk edirlər.
Əyani təlim şagirdlərin müşahidəçilik qabiliyyətini, qavrayışını, yaddaşını nitqini inkişaf etdirir, şagirdlərdə Azərbaycanın tarixi keçmişinə maraq oyadır.Təcrübə göstərir ki ,əyani təlim metodlarını 3 qrupa bölmək olar:
1.Predmet əyaniliyi;2.təsviri əyanilik;3.şərti-qrafik əyaniliyi.
Predmet əyaniliyi vasitəsilə şagirdlər keçmiş hadisələri və ya onların izlərini bilavasitə təsəvvürlərində canlandırırlar.Buraya Azərbaycan ərazisində yerləşən möhtəşəm tarixi abidələr, eyni zamanda maddi mədəniyyət nümunələri aiddir.Təsviri əyanilik metodu isə predmet əyaniliyindən fərqli olaraq abidələrin əmək və məişət əşyalarının, müxtəlif maddi mədəniyyət nümunələrinin surəti, maket və modellərdən istifadəni nəzərdə tutur.Buraya müvafiq hadisə və təzahürlərin şahidi olan –müasirlərin şəkilləri, sənədli fotoqrafiyalar, kinofilmlər və.s daxildir.Şərti-qrafik əyanilik tarixi təzahürlərin mahiyyətini ,onların qarşılıqlı əlaqəsini dinamikasını şərti işarələrin dili ilə əks etdirir.Buraya xəritələr, sxemlər ,qrafiklər, diaqramlar daxildir.
Azərbaycan tarixi dərslərində bədii şəkillərdən və xüsusi tədris xəritələrindən istifadə olunur.Bədii şəkillər dərsdə tarixi fakt rolunda çıxış edir və bu şəkil konkret bir rəssamın sənət əsəri kimi konkret bir dövrü əks etdirir.Bu zaman şəkillərdən daha çox mədəniyyət məsələlərinin öyrənilməsi zamanı istifadə olunur.Bədii şəkillər bilik mənbəyi olmaqla şagirdlərin dünyagörüşünü inkişaf etdirir ,onlarda müvafiq məsələ ilə bağlı bilik və bacarıqları dərinləşdirir.Azərbaycan tarixi dərslərində tədris şəkillərinin yeri aşağıdakı şəkildə müəyyənləşdirilir:
1.Şəkil Azərbaycan tarixi üzrə bilik mənbəyi kimi çıxış edir;2.şəkil müəllimin şərhini əyaniləşdirir illüstrasiyarolunda çıxış edir;3.şəkil müəllimin şərhini möhkəmləndirir.Ümumiyyətlə şəkil mühüm əyani vəsait kimi tədris materialının mənimsənilməsi prosesində fəallaşdırıcı və konkretləşdirici vaistə rolunda özünü göstərir.Azərbaycan tarixi mövzular üzrə rəssamlar tərəfindən xüsusi hazırlanmış əyani vasitələr tədris şəkilləri hesab edilir.Bu şəkillər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun hazırlanır keçmiş hadisə və təzahürləri əks etdirir.Süjetli şəkillər üzərində iş aparılarkən aşağıdakılara diqqət yetirilir:
1.Şəklin ümumi məzmununun müəyyənləşdirilməsi;2.şəkildə təsvir olunan hadisə və faktın fəaliyyətin yeri və vaxtının müəyyənləşdirilməsi;3.şəklin məzmununda başlıca və ikinci dərəcəli olanları səciyyələndirməli;ümumi nəticəni göstərməli.
Müasir şəraitdə Azərbaycan tarixinin tədrisində audio, video vasitələrin ,kinofilmlərin, televiziya verilişlərinin rolu getdikcə artır.Kinofilmlər, televiziya verilişləri qısa vaxt ərzində müəyyən tarixi fakt və hadisə haqqında geniş ətraflı informasiya əldə etməyə imkan verir.Azərbaycan tarixi müəllimi müvafiq filmin və ya televiziya verilişinin məzmunu haqqında ətraflı məlumata malik olmalıdır.Əks halda keçilən mövzu ilə onları lazımi səviyyədə əlaqələndirmək mümkün olmayacaq.Müəllim bilməlidir ki ,həmin film və ya televiziya verilişi Azərbaycan tarixi proqramı materiallarına nə dərəcədə uyğundur dərslik materialları ilə onlar arasında mütənasiblik hansı səviyyədədir.2
Qabaqcıl təcrübə sübut etmişdir ki, şagird ancaq gördüklərini yaxını dərk edə bilir.Böyük rus pedaqoqu K.D.Uşinski demişdir:”Əgər siz uşağın müəyyən şeyi mənimsəməsini istəyirsinizsə bu mənimsəmədə:
1.Xəritə və ya şəkil göstərməklə görmə qabiliyyətini iştirak etməyə məcbur edin:lakin görmə vaxtında da təsvirlərin rəngsiz cizgilər ilə gözün yalnız əzələlərini deyil, həm də rəngli şəkildəki boyaların təsiri ilə və ya qara taxta üzərində ağ tabaşirlə sözləri aydın yazmaqla göz şəbəkəsini də iştirak etməyə məcbur edin.
2.Uşağın öyrəndiyini ucadan və aydın tələffüz etməyə öyrənilən şeyi şəkil və ya xəritə üzrə nəql etməyə və.s məcbur etməklə eşitmə qabiliyyətini iştirak etməyə məcbur edin
. Tarixi şəkillərə baxmaq əsasən 3 mərhələdə həyata keçirilməlidir:
1.Şəklin hələ lazımınca aydın olmadığı mərhələ.Buraya şəkli göstərməyə hazırlıq və şəkli nümayiş etdirməsi məsələsi daxildir.Bu vaxt müəllim şagirdlərə mövzu ilə əlaqədar olaraq şərhini şəkil üzərində qurur və şəklin hissələrini açır.
2.Qarışıq qavrayışdan şəklin ayrı- ayrı hissələrinə diqqətlə baxış mərhələsi.Bu mərhələyə hadisənin baş verdiyi şəraitin təhlili əsas hadisənin izahı hissələrin təhlili daxildir.
Bu vaxt şəkildə nə varsa hamısını şagirdlərə açıb söyləmək lazımdır.Şəklə baxmaq müəyyən plan üzrə olmalıdır.Şəklin məzmunu və onun hər bir hissəsi ayrıca olaraq ətraflı izah edilməlidir.
3.Sonuncu mərhələ.Buraya şəklin ümumiləşdirilməsi və yekunlaşdırılması məsələləri daxildir.Yəni axırda .Şəklə bir daha bütövlükdə baxılmalıdır.Şəkildəki materialları yekunlaşdırmaq üçün bu dəfə şəklin bütün məzmunu şagirdlər üçün aydın olmalıdır.Tarix dərslərində reproduksiya edilmiş şəkillərdən də istifadə edilməlidir.Lakin bütün reproduksiyalardan tarix dərslərində istifadə etmək olmaz.Reproduksiya şagirdlərin qavrayışı üçün əlverişli olmalıdır.
Şəkil üzərində iş müəllimin şərhi ilə birlikdə olmalıdır.Ya da müsahibə üsulu ilə şəklin hissələri şagirdlərin özlərinə açdırılmalıdır.Şəklə baxarkən onlardakı gözəlliyi duyma yolu ilə şagirdlərdə estetik görüş inkişaf etdirilməlidir.Şəkil üzərində məzmunu danışmaq və onun əsasında hekayə tərtib etmək olar.Şəklin məzmunu dərsin müəyyən hissəsinin əsaslaandırılmasına genişləndirilməsinə xidmət etməlidir.
Şəklin ötəri göstərilməsi isə heç bir xeyir verməz.Ev tapşırığını yoxlayarkən şəkil üzərində müsahibə təşkil edilməlidir.Şəkil üzərində lazımi iş aparılmasa , növbəti dərsdə şagirdlər ondan işin xeyri üçün istifadə edə bilməzlər.Şəkildən istifadə edərkən əsasən lazımlı hissələrinə fikir verilməlidir.Mövzunun öyrənilməsinə kömək edən şəkildən istifadə edilməlidir.
Göstərilən şəkillər uşaqların nəzərini cəlb etməlidir və həcmcə münasib olmalıdır.İstifadə edilən şəkil elə seçilməlidir ki şagirdlər ona baxdıqda müəllimin köməyi ilə bəzi tarixi nəticələr çıxara bilsinlər.Şəkillər tarixi obrazların şagirdlərin gözü qarşısında canlandırılmasına xidmət etməlidir.Şəkil mözuya uyğun seçilməlidir.Müəllim şəkli seçərkən onun təlim işinə yararlığına fikir verməlidir.Məşğələyə hazırlaşarkən şəkildən dərsin hansı mərhələsində istifadə edilməsi həmin şəkil ilə mövzunun hansı cəhətinin aydınlaşdırılacağı əvvəlcədən planlaşdırılmalıdır.Deməli şəklin əhəmiyyəti və tutduğu yer dəqiq müəyyənləşdirilməlidir.
Yan Amos Komenski demişkən”Tamdan hissələrə və yenə də tama doğru getmək lazımdır”.
Müəllimin izahı zamanı şəklin məzmunu aydınlaşdırılmalı və onu dərs prosesində öyrənilən mövzu ilə əlaqələndirilməlidir.
Tədrisə aid şəkillərdən istifadə etmək üçün əvvəlcə hazırlıq işləri aparılmalıdır.Şəkillər üzərində iş dərsin müəyyən yerində olmalıdır.
1.Şəkil sinifdə dərsdən əvvəl və ya eyni dərsin lap başlanğıcında asılmalıdır.
2.Şəkli asdıqdan sonra bir qədər ara vermək lazımdır.
3.Şəkillərin göstərilməsi və izahat verilməsi ardıcıl və məntiqi olmalıdır.
4.Tarixi mənzərə və memarlıq abidələrinin təsviri ilə işləyərkən göstəricidən istifadə edilməlidir.Buna görə əvvəlcə şəklin məzmunu müəllim üçün aydın olmalıdır.
Şəkillərdən dərsin aşağıdakı yerlərində istifadə edilməlidir:
1.Şəkil dərsin başlanğıc nöqtəsi ola bilər şagirdlərin yeni materialla tanış olması şəklə baxmaqdan başlayır.
3
2.Şəkil yeni materialın öyrənilməsi prosesində dərsin gedişinə daxil ola bilər.
3.Şəkil dərs şərh edildikdən sonra dərs materiallarının öyrənilməsinin son mərhələsində dərsi hafizədə möhkəmləndirmək üçün alınmış bilikləri tətbiq etmək üçün ya da dərsin mənimsənilməsini yoxlama gedişində nəhayət emosinal sonluq kimi cəlb edilə bilər.
Tarix dərslərində karikaturalardan və plakatlardan istifadə etmək mənimsəməyə əsaslı kömək edir.Əşya əyaniliyi monumental abidələr və əlamətdar yerlər memarlıq abidələri təsərrüfat və başqa qurğuar əmək alətləri,silah məişət şeyləri və arxeoloji qazıntılar nəticəsində tapılmış maddi əşyalar-maddi nümunələr muzey eksponatları və ekskurisya obyektləri daxildir.Müəllim dərsdə muzey eksponatlarından yeni dərsin izahı prosesində istifadə edə bilər.Əgər maddi mədəniyyət nümunələrini dərsdə göstərmək mümkün deyildirsə ekskursiyalar təşkil edilməlidir.Muzey məktəbdə və məktəbə yaxın olduqda tarix dərsini orada keçmək lazımdır.Muzey-dərs və ya ekskursiya-dərs adlanan belə dərs tipindən istifadə edilməsi vacibdir.Əşya əyaniliyindən istifadə edilməsi nəticəsində dövrün yaşayış tərzini keçmişini adət və ənənələrini bəzək şeylərini və maddi mədəniyyət abidələrini ətraflı öyrənmək olur.
Metodiki ədəbiyyatda çox vaxt şərti əyani vəsait simvolik və qrafik əyani vəsait adlanır.Bunlar əsil əyani vəsait olmasa da keçmiş hadisələri müzakirə və təhlil etdikdə şagirdlər tərəfindən materialın yaxşı qavranılmasına əhəmiyyətli kömək edir.
Şərti-simvolik-qrafik əyani vəsaitin vəzifəsi fikrə kömək etmək və hadisələrə aydınlıq verməkdən ibarətdir.Sxem, cədvəl ,diaqram və.s əyani vəsait kimi sinifdə nümayiş etdirilməli və həm də, şagirdlər onları tarix dəftərlərinə yazmalıdırlar.Sinifdə nümayiş etdirilən belə əyani vasitələri dərsin sonunda divardan asıb şagirdlərin baxması üçün növbəti dərsə qədər saxlamaq lazımdır.Tarix dərslərinin tədrisində istifadə olunan əyani vəsait içərisində yazı taxtası və təbaşir mühüm yer tutur.
Model və maketlər isə “həcmli”əyani vəsait hesab olunur.Bunların istifadə qaydası şərti-qrafik və simvolik əyani vasitələrin istifadə olunması qaydasına yaxındır.Ancaq modellər və maketlər sökülüb yığılmalı olsa daha yaxşı olar.Ona görə ki, dərsin izahı zamanı modeli və maketi göstərərkən onun hissələrini aydın etmək üçün söküb quraşdırmaqla haqqında dəqiq məlumat vermək məzmununu göstərmək imkanı olar.
Tarixi hadisə zaman və məkanda baş verir.Hadisənin baş vermə tarixi öyrənildiyi kimi bu hadisənin harada baş verdiyi də aydın edilməlidir.Tarixi yerlər haqqında danışdığımız kimi xəritədə də onların yerini göstərmək faydalıdır.Ona görə də müəllim xəritəni öz fənni kimi bilməlidir.Tarixi xəritələri 3 növə bölünür:ümumi xəritələr-burada bir və ya bir neçə ölkənin tarixi hadisələri öz əksini tapır.2.icmal xəritələr-bu xəritədə öyrənilən dövr ardıcıl verilir.3.tematik xəritələr-müəyyən bir mövzuyla əlaqədar olan.
Şagirdlərlə lazımi iş aparmaq onları xəritədən istifadə etməyə alışdırmaq müəllimin başlıca vəzifəsi olmalıdır.Bunun üçün ilk növbədə xəritədən istifadə qaydaları öyrənilməlidir.Bu işə 5.sinifdən başlanılmalıdır.Əvvəlcə xəritənin şərti işarələri öyrənilməlidir.
Ümumiyyətlə təlimdə əyanilikdən istifadə Yan Amos Komenski(1592-1670) tərəfindən irəli sürülmüşdür.Komenski təlimdə əyaniliyə böyük qiymət vermişdir:”Tədris edilən hər şey dəlillərlə elə əsaslandırılmalıdır ki nə şübhəyə, nə unutqanlığa heç bir yer qalmasın.Təlimdə əyaniliyin bir əhəmiyyəti ondan ibarətdir ki əyanilik şagirdləri müəllimin izahatını diqqətlə dinləməyə vadar edir.Əyani vəsaitin köməkliyiylə öyrənilmiş biliklər hafizədə daha yaxşı yadda saxlanılır.Əyanilik eyni zamanda biliklərin dərinləşdirilməsinə və möhkəmləndirilməsinə kömək edir.Əyanilik emosional təsirin artmasına böyük kömək edir.
Təlimdə şagirdlərin fəallıq və müstəqilliyini-təlimin səmərə və keyfiyyətini artırmağın vacib şərtidir.Dərsdə şagirdlərin təfəkkürünə, düşünmə bacarığına əhəmiyyət verməyən müəllimlər materialı şagirdlərə asan”çeynənmiş”şəkildə təqdim edirlər.Şagirdlər isə hər şeyi asan əldə etməyə çalışır, özləri material üzərində kifayət qədər düşünmürlər.Nəticədə təlimin səmərə və keyfiyyəti aşağı düşür.
Əyanilik nəinki uşaq təfəkkürünün xarakterinə eləcə də, orta yaşlı adamların və böyüklərin də təfəkkürünə uyğundur.Əyanilik bu və ya başqa hadisə haqqında daha dərin təsir oyadır və həmin hadisə uzun müddət yadda qalır.Qeyd etdik ki ,əyanilik emosional təsirin artmasına böyük kömək edir.Məsələn ,yuxarı sinif şagirdləri və ya ali məktəb tələbələri görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin”Yeddi gözəl”əsərini bir və ya bir neçə dəfə oxumuşlar.Lakin Nizaminin bu poeması əsasında SSRİ xalq artisti Q.Qarayev tərəfindən yazılmış”Yeddi gözəl”baletinə tamaşa etdikdən 45sonra və ya həmin poema əsasında çəkilmiş şəkillərə baxdıqdan sonra böyük şairin”Yeddi gözəl”poemasını uzun müddət daha yaxşı yadda saxlamaq mümkündür.
Azərbaycan tarixinin tədrisində istər, tarix istərsə də, coğrafiya xəritələrindən geniş istifadə olunmalıdır.Dərsdə xəritədən müntəzəm istifadə etdikdə müəllimin izah etdiyi tarixi yerlər haqqında şagirdlərdə aydın və konkret təsəvvür yaradır onlar tarixi hadisələrin baş verdiyi şəraiti əsasən daha yaxşı öyrənə bilirlər.
Başqa kombinə edilmiş əyani vasitələr də vardır:foto-montaj, albom buna misal ola bilər.Foto-montaj və albomlar qəzet və jurnallardan kəsilib yapışdırlmış tablo kino şəkilləri dövrün abidələrinin incəsənət əsərlərinin yazıçı və şairlərin fikirləri yazıla bilər.Kombinə edilmiş əyani vəsait müxtəlif material verdiyindən öyrənilən mövzu haqqında hərtərəfli izahat vermək imkanı yaradır.Məsələn ,“Azərbaycan xalqının formalaşması IX-XII əsrlərdə Azərbaycan mədəniyyəti” mövzusunda dərsi tədris edərkən”IX-XII əsr Azərbaycan mədəniyyəti” foto-montajından istifadə etmək lazımdır.
Tarix təlimində tarix şəkilləri haqqında metodist Gitts onların tədrisdə yeri və mövqeyi haqqında fikirlərini belə ifadə etmişdir:
1.Müəllim öz hekayəsinin gedişində öz təsvirləri üçün müşahidə əsası yaratmaq istədikdə təsvirdən istifadə edir.
2.Şəkil müəllimin hekayəsindən sonra onun dediyi materialı möhkəmləndirmək üçün cəlb edilə bilər.
3.Tarix şəkli şagirdlər üçün yeni tarix mənbəyi ola bilər.
Metodist Andreyevskaya tarixi şəkillər və onların iş metodikası haqqında fikirlərini ifadə edir.Ona görə tarix şəkillərimüəllimin şərhini illüstrasiya edir.Obraz vasitəsilə nitq əlaqələndirilir.Şəkil müəllimin nəqletməsindən sonra tətbiq edilir və onun şərhini möhkəmləndirir.
Metodikada tarixi şəkillərin 4 əsas növü qeyd edilir:
1.tarixi hadisələrin təsvirini verən şəkillər-mühüm tarixi hadisələr hərbi keçmiş içtimai həyatın təkrarolunmaz faktları öz əksini tapır.
2.Tipik şəkillər-öyrənilən hər hansı bir dövr üçün səciyyəvi olan şəkillərə deyilir.
3.Xüsusi qrup şəkillər-buraya memarlıq abidələrinin qədim şəhərlərin tikililərin komplekslərin şəkilləri daxildir.
4.Tarixi portretlər-müəyyən bir dövrün içtimai-siyasi həyatında rol oynamış mühüm şəxsiyyətlərin portreti o dövrün mənzərəsini təbii boyalarla özündə əks etdirən şəkillər
Uşinski qeyd edirdi ki,uşaq rənglərlə formalarla surətlərlə fikirləşir.Ona görə də əyaniliyin köməkliyi ilə hər bir şey daha mükəmməl mənimsənilir.Uşinski əlavə edir ki əyanilik metodunda təlim mücərrəd sözlər və təsəvvürlər üzərində deyil şifahi şərhdəki kimi bilavasitə qavranılan konkret obrazlar üzərində qurulmuş olur.Müəllim şagirdin qəlbində hazır obraz tapır və özünün təlimini bu obraz üzərində qurur.Bu fikir Azərbaycanda Xudu Məmmədov tərəfindən qəbul edilmişdir.
Əyaniliyin idrak yükü həm də çoxmənalıdır:
1.İlk öncə əyani surətlərdə əyani vasitələrdə tarixi hadisələrin müxtəlifliyi əks olunur.
2.Əyanilik dərketmə fəaliyyətini asanlaşdırır və onu təchiz edir.
Əyanilik həm də, canlı gerşəkliyin qavranılmasını tarixi hadisələrin və tarixi izlərin izlənilməsi müşahidə edilməsi üçün obyekt rolunu oynayır.Əyaniliyin yaratdığı obrazlar uzun müddət yaddaşda qalır.Əyanilik mənimsəmənin keyfiyyətini yüksəldir aydın və şüurlu dərketməni təmin edir.
Dövrün içtimai-siyasi mənzərəsini canlandırmaq eləcə də xalqın millətin demokratik mübarizəsini dövlət quruculuğu məsələlərini aydınlaşdırarkən bəzən görkəmli tarixi şəxsiyyətlərin portretlərindən istifadə olunur.Bu zaman müəllim tarixi şəxsiyyətin portretini şagirdlərə göstərərək onun-şəxsiyyətin xarakteristikasını verir və hekayə söhbət metoduna daha çox yer verir.Məsələn müəllim Azərbaycanda demokratik dövlət quruculuğundan danışarkən şagirdlərə ümummilli lider Heydər Əliyevin portretini nümayiş etdirir və bu böyük şəxsiyyətin xarakteristikasını verərək onun özünün özü haqqında eləcə də digər insanların xatirələrindən bəhs edir.
Qabaqcıl tarix müəllimləri ilin sonunda əl ilə düzəldilmiş əyani vəsaitlərin sərgisini təşkil edirlər.Toplanmış əyani vəsait məktəbin tarix kabinəsində saxlanılmalıdır.Tarixi xronologiyanı şagirdlərə əyani öyrətmək üçün əldə hazırlanmış əyani vasitədən istifadə edilməlidir.6
Qabaqcıl təcrübəyə əsaslanaraq demək olar ki V-VIII siniflərdə xronologiyanı aşağıdakı əldə hazırlanmış əyani vasitədən istifadə etməklə şagirdlərə şüurlu öyrətmək olar:
1.Xronoloji loto
2.Tarixi vaxt ölçüləri ilə tanışlıq
3.”Xronoloji kassa”
4.”Tap görüm”
5.Xronoloji tapmaca
Müəllim şagirdlərin köməyi ilə tarix dərslərində istifadə etmək üçün əyani vasitə hazırlanmasına ciddi fikir verməlidir.Bunun üçün ayrı-ayrı siniflərdə əyani vəsait hazırlayan qrup yaradılmalıdır.Tarix müəlimlərinin yaratdıqları bu qrup ayrı-ayrı siniflərdən siniflərdən seçilmiş tarix dərnəyinin üzvü ola bilər.Bunun üçün hökmən dərnək üzvünün olması da lazım deyildir.Belə qrupa sinfin əl qabiliyyəti yaxşı olan şagirdləri cəlb etmək faydalıdır.
Qrupun vəzifəsi hər bir dərs üçün əyani vəsait hazırlamaq, o cümlədən əyani vəsaiti sahmana salmaq onu təmir etmək tarix kabinəsini nizama salmaqdan ibarət olmalıdır.Bu iş dərsdənkənar vaxtda aparılmalıdır.Əyani vəsait hazırlayan qrupun üzvləri şübhəsiz müəllimin tapşırığı ilə lazımi əyani vəsaiti dərsdən bir neçə dəqiqə əvvəl sinfə gətirib hazır vəziyyətdə saxlamalıdır.
Tarixi vaxt ölçüləri ilə şagirdlərin tanış edilməsində əyanilikdən istifadə edilməsi səmərəli nəticə verir.Aydındır ki, xronoloji tarixləri yaxşı öyrətmək üçün şagirdlərdə ilk növbədə zaman haqqında düzgün təsəvvür yaradılmalıdır.Bunun üçün şagirdlər əsr və onun hissələrini bilməlidirlər.
Tarix dərslərində karikaturalardan və plaktlardan da istifadə etmək mənimsəməyə əsaslı kömək edir.Karikaturalardn siyasi nəticə çıxarılmalıdır.Karikaturalar şagirdləri güldürməli düşündürməlidir.Xarakteristika karikaturası isə siyasi hadisənin mahiyyətini açıb göstərməli ifşa etməli və obrazları ümumiləşdirməlidir.Bəzi karikaturalar böyük həcmdə çap edilmir.Ona görə də, müəllim çalışmalıdır ki ,bunları şagirdlər özləri ağ kağızda böyütsünlər.Əgər bu mümkün deyilsə o zaman tənəffüsdə şagirdlərin görməsi üçün həmin karikaturaları sinfin divarından asmaq lazımdır ki şagirdlər ona lazımınca baxa bilsinlər.
Karikaturaları plakatları nümayiş etdirərkən müəllimin dəqiq və məzmunlu izahat verməsi vacibdir.Çünki belə qrafik əsərlərdə dövrün tipləri öz əksini tapmışdır.Azərbaycan tarixinin sovet dövründən danışarkən imperializmi ifşa edən plakatlardan xüsusilə S.Bəhlulzadənin Q.Xalıqovun N.Nəcəfqulunun və başqa rəssamların satirik rəsmlərindən istifadə etmək lazımdır.
Tədris məqsədilə buraxılmış digər şəkillərdən kitab şəkillərindən memarlıq və incəsənətə aid reproduksiyalardan istifadə edərkən bunların hər birinin özünəməxsus iş metodunun olduğunu nəzərə almaq lazımdır.7
Dostları ilə paylaş: |