kimi meydana çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri
və s. kimi amillərin də təsiri altında olur.
•
İctimai şüur- cəmiyyətdə
formalaşan təsəvvürlər, baxışlar, ideyalar
sistemidir. İctimai şüur müxtəlif formalarda-fəlsəfə, əxlaq, incəsənət,
din və s. formalarda meydana çıxır. İctimai varlığı əks etdirib, ona fəal
təsir göstərən bu formalardan hər birinin öz inikas formaları vardır və
hər biri insanlara özünəməxsus şəkildə təsir göstərir.
Fərdi şüurla ictimai şüur daim bir-birinə qarşılıqlı təsir göstərir,
qarşılıqlı surətdə bir-birini zənginləşdirir. Hər bir insan bütün həyatı
boyu başqa insanlarla münasibətləri vasitəsilə, təlim, tərbiyə yolu ilə
ictimai şüur normalarını mənimsəyir.
11.Fəaliyyətin psixoloji səciyyəsi
Fəaliyyət-
insanla təbiət arasında məqsədə yönəldilmiş qarşılıqlı
təsir prosesidir. Həmin prosesdə insan təbiəti dəyişir, onu özünə tabe
edir, qanunları aşkara çıxarıb onlardan istifadə edir. Fəaliyyət əvvəlcə
praktik fəaliyyət kimi formalaşmışdır və onun əsasında tədricən
nəzəri fəaliyyət təşəkkül etmişdir. Fəaliyyət olmadan insan həyatı da
mümkün deyil. Fəaliyyət insanın özünü, onun iradəsini, xarakterini,
qabiliyyətini dəyişdirir. İnsan fəaliyyəti bəzən kifayət qədər mürəkkəb
olsa belə heyvanların davranışından fərqlənir.
Bu fərq
aşağıdakılardan ibarətdir:
1.İnsan fəaliyyəti şüurludur. İnsan niyə, nəyin naminə fəallıq
göstərdiyini bilir, qarşıya məqsəd qoyur, onun həyata keçirilməsi
yollarını təhlil edir, nəticəni əvvəlcədən görür.
Dostları ilə paylaş: