1. Psixologiyanın mövzusu və vəzifələri



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix06.11.2022
ölçüsü344,91 Kb.
#67616
1   2   3   4   5   6   7   8   9   ...   17
1-15

2.Eksperiment metodu- müşahidədən fərqli olaraq nisbətən qısa 
müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. 
Eksperiment metodu qüsurları aradan qaldırmaq məqsədilə istifadə 
olunur. Belə ki, qarşıya qoyulmuş məqsədə müvafiq olaraq istənilən 
psixi proses bilərəkdən, müəyyən məqsəd əsasında yaradılıb öyrənilir. 
Eksperiment metodu laborator və təbii olmaqla iki növdə aparılır
Laborator eksperiment adətən laboratoriyada və ya xüsusi otaqlarda 
aparılır. Təbii eksperiment isə adi şəraitdə, məktəbdə, oyun və ya 
fəaliyyət prosesində aparılır. 
3.Müsahibə metodu- uşaqların yaşayışını, dünyagörüşünü, əqidəsini, 
maraq və meyllərini, keçdiyi həyat yolunu və gələcək həyata baxışıni 
və s. aşkara çıxarmaqda tətbiq edilir. Hər bir müsahibənin planı 
olmalıdır və sorğu-sual səmimi, təbii şəkildə aparılmalıdır. Toplanmış 
material vaxtında təhlil edilməlidir ki, uşaq haqqında düzgün 
mühakimə yürütmək mümkün olsun. 
4.Test metodu- müəyyən sahəyə dair uşağın malik olduğu bilik və 
bacarığın yoxlanılmasında istifadə olunur. Uşağın hər hansı bir işi icra 
etməyə nə dərəcədə yararlı və hazır olub-olmadığı müəyyən edilir. 


Testlərin köməyi ilə müəyyən qabiliyyətləri, vərdişləri, bacarıqları 
aşkar etməyə çalışırlar. 
5.Sosiometrik metodu- bu və ya digər qrupda (kollektivdə) insanlar 
arasında qarşılıqlı münasibətləri öyrənmək məqsədilə istifadə olunur. 
Bu metodun köməyi ilə kollektivin istiqaməti, kollektivdə 
şəxsiyyətlərarası münasibətlər müəyyənləşdirilir. 
6.Anket metodu- kütləvi psixoloji tədqiqat metodudur. Bu metod 
tədqiqata daha çox şagirdi cəlb etmək imkanı verir. Anketdə 
tədqiqatın məqsədinə müvafiq olaraq suallar qoyulur, şagirdlər həmin 
suallara cavab yazır. Həmin anket materillarını təhlil etməklə 
şagirdlərin psixoloji xüsusiyyətləri haqqında fikir yürütmək mümkün 
olur. 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin