1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə1/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
  1   2   3   4   5   6   7   8   9   ...   63
imtahan vavablari FC


1.1. Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti.o
Qərbi Avropa ən böyük materik olan Avrasiyanın qərb kənarını təşkil edir. Tarixən iki qitədən ibarət olan (Asiya və Avropa) bu materikin ümumi sahəsi 54 mln km²-ə yaxındır. Bundan 10,5 mln km² Avropanın, 43,448 mln km² isə Asiyanın payına düşür.

Avropa şimaldan, cənubdan və qərbdən okean və dənizlərlə əhatə olunmuşdur. Şərqdə isə geniş bir sahədə Asiya ilə quru sərhədə malikdir. Bu sərhəd Ural dağlarının nisbətən dik şərq yamacı üzrə, Emba çayı, cb-şq-də Xəzər dənizi, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizindən keçir.

Avropanın quruda ucqar nöqtələri şm-da Nordkin (71º08´ şm. e.), cb-da Marroki (35º50´ şm. e.), qb-də Roka (9º34´ q. u.) burunlarıdır. Ucqar şərq nöqtəsi Qütb Uralında 67º ş. u.-da yerləşir. Beləliklə, qərbdən şərqə 76º, şimaldan cənuba 35º uzanır. Avropa sərhədlərinin və sahil xəttinin müasir şəkildə formalaşması III dövrün sonu və IV dövrdə başa çatmışdır. Yaxın geoloji keçmişdə Balkan yarımadası, Kiçik Asiya yarımadası ilə, Appenin yarımadası və Siciliya adası Tunislə, Pireney yarımadası isə Atlas dağlıq ölkəsi ilə bitişik olmuşdur. Hazırda Pireney yarımadasını rif Atlasından çox ensiz (14 km) və dayaz Cəbəlüttariq boğazı ayırır.

Avropanın sahil xəttiçox parçalanmışdır (Skandinaviya, Yutlandiya, Pireney, Apennin, Balkan yarımadası vəs.).

Orta və mütləq hündürlüyünə görə (320m və 4810m) Avropa Avstraliyadan başqa bütün qitələrdən geridə qalır. Qitə ərazisinin təxminən 60%-ni 200m-dən aşağı, 24%-i 200-500m, 10%-i 500-1000m araasında, yalnız 6%-i 1000m-dən yüksəkdə yerləşir.Avropa dünyanın ən sıx əhali yaşayan qitəsidir.

Avropa təbii-coğrafi xüsusiyyətlərinə görə bi-birindən kəskin fərqlənən iki böyük hissəyə ayrılır:

1) Qərbi Avropa

2) Şərqi Avropa

Bu fərq Özünü hər iki hissənin bütün təbii-coğrafi komponentlərində aydın göstərir. Məsələn, Şərqi Avropa qədim platforma sahəsi olduğu üçün relyefində əsasən ovalıq, düzənlik və alçaq yüksəkliklər hakim mövqe tutur. Bunun əksinə, Qərbi Avropa cavan platforma və geosinklinal orogen sahələrdə yerləşdiyindən onun səthi istər üfüqi, istərsə də şaquli istiqamətdə çox parçalanmışdır.
Qərbi Avropa ilə Şərqi Avropa arasındakı fərq enlik-landşaft zonalarında özünü daha aydın göstərir. Bu zonallıq Şərqi Avropanın cənub-şərqində səhra və yarımsəhra ilə, Qərbi Avropanın cənubunda isə Aralıq dənizi quru subtropik landşaft zonası ilə başlayır. Şərqi Avropada yarımsəhra zonası ilə enliyarpaqlı meşələr zonası arasında geniş bir ərazidə çöl və meşə-çöl zonaları yerləşdiyi halda, Qərbi Avropada Aralıq dənizi quru subtropiklər landşaftı zonasından şimalda birbaşa Qərbi Avropa tipli enliyarpaqlı meşələr zonası gəlir və bu zona demək olar ki, Skandinaviya və başqa kiçik ərazilər nəzərə alınmazsa, bütün Qərbi Avropa ərazisini tutur. Çöl landşaftı isə Qərbi Avropanın cənub-şərqində ləkələr şəklində Dunayboyu düzənliklərində yayılmışdır. Şərqi Avropada olduqca geniş bir sahə təşkil edən Avropa tayqası qərbə tərəf ensizləşir və Qərbi Avropa ərazisində yalnız Finlandiya və Skandinaviyada (qismən Polşada) geniş yer tutur.

Qərbi və Şərqi Avropa arasındakı fərqlər özünü təbii landşaftın digər komponentlərində də aydın göstərir.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin