2.3. Torpaq və bitki örtüyü.
Avropanın torpaq və bitki örtüyü coğrafi zonallıq qanununa uyğun olaraq cənubdan şimala doğru dəyişir. Coğrafi zonallıq özünü Şərqi Avropada daha aydın göstərir. Bunun əsas səbəbi Şərqi Avropanın düzənlik relyefə malik olmaqla böyük məsafədə şimaldan cənuba uzanması, Qərbi Avropanın orta hissələrində dağlar və çökəklərin geniş yer tutması, həm də Atlantik okeanından gələn rütubətli mülayim hava kütlələrinin Qərbi Avropanın böyük bir sahəsində təxminən eyni temperatur və rütubətlənmə rejiminə malik olan mülayim iqlim əmələ gətirməsidir.
Qərbi və Şərqi Avropa landşaft zonalarının müqayisəli səciyyəsi göstərir ki, onlar arasında coğrafi zonalar spektri xeyli fərqlidir. Qərbi Avropanın ərazisi demək olar ki, tamamilə iki landşaft zonasında yerləşir. Bunlardan Aralıq dənizi subtropik zonası 45º şm.e.-dən cənubdakı sahələri (üç böyük yarımadanı və Aralıq dənizində yerləşən adaları) tutur. Şərqi Avropada bu zonaların ekvivalenti yoxdur. Şərqi Avropanın cənub ucqar hissələri 45º şm.enindən cənuba keçmir.
Qərbi Avropada ikinci landşaft zonası daha geniş ərazi tutan enliyarpaqlı meşələr zonasıdır. Bu təxminən 43-45º şm.enindən 57-58º şm.eninə qədər (Skone yarımadası və Katteqat boğazının şimal sahilləri) Britaniya adaları da daxil olmaqla (Şotlandiyanın şimalından başqa) bütün Orta Avropanı əhatə edir.
Şərqi Avropada bu zonanın yerləşdiyi coğrafi enliklərdə cənubdan şimala aşağıdakı landşaft zonalarını ayırmaq olar.
1) Xəzər sahili ovalıqda səhra və yarımsəhra zonası;
2) Çöllər zonası;
3) Meşə-çöl zonası;
4) Şərqi Avropa enliyarpaqlı meşələr zonası;
5) Qarışıq meşələr zonası – Qərbdə Skandinaviyanın cənub düzənlik hissəsini də tutur. Şərqi Avropada isə qarışıq cənub sərhədi 53º şm.eninə qədər cənuba əyilir (Cənubi İsveçdə bu 58º şm.enindən keçir);
6) Avropa tayqası;
7) Meşə-tundra;
8) Tundra;
9) Arktika adalarının buzlaq landşaftları
Avropanın müasir landşaftları və bitki örtüyü əsasən III dövrün ikinci yarısı və IV dövrdə formalaşmışdır. Şimali, Orta və Şərqi Avropanın bitki örtüyü IV dövr buzlaşmaları vaxtında dəfələrlə ciddi dəyişikliyə uğramışdı. Orta Avropada və Rusiya düzənliyində çox cənuba hərəkət edən qalın buzlaq örtüyü landşaft zonalarının cənuba miqrasiya etməsinə səbəb olmuşdu.
Avropanın bitki örtüyünün dəyişməsində insan əməyinin rolu böyük olmuşdur.
Avropanın müasir bitki örtüyü Holarktika flora bitki vilayətinə daxildir. Burada Aralıq dənizi həmişəyaşıl quru subtropik yarımvilayəti, Avrasiyanın çöl yarımvilayəti, Avrasiyanın tayqa meşələri yarımvilayəti və Arktika, subarktika çəmən vilayətləri ayrılır.
Avropanın torpaq və bitki örtüyünün konkret səciyyəsi zonalar üzrə verilir.
Arktika səhraları zonası. Şimal Buzlu okeanın Avropa bölməsində yerləşən Şpitsbergen, Frans-İosif arxipelaqlarını və başqa kiçik adaları tutur.
Tundra torpaqları və bitkiləri. Qərbi Avropada az sahədə yayılmışdır. Şərqə doğru bu sahə xeyli genişlənir. Şimali Amerika və Asiyanın tundra zonasında istər temperatur, istərsə də yağıntıların miqdarına görə fərqlənir. Kəskin şaxtalar olmur. Atlantik okeanının mülayim və rütubətli havası təsiri altında qalır.
Avropada meşələr daha böyük ərazi tutmaqla müxtəlif xarakterli olub, iki əsas landşaft zonası əmələ gətirir:
1) İynəyarpaqlı meşələr (tayqa), bu Şərqi Avropada ən geniş landşaft zonası yaradır
2) Enliyarpaqlı meşələr zonası, başdan-başa Orta Avropanı tutur.
Tayqa meşələri zonası. (Avropa tayqası) Qərbi Avropada yalnız Skandinaviyada geniş ərazini əhatə edir. Şərqə doğru cənub sərhəddi xeyli cənuba çəkilir.
Qarışıq meşələrdin zonal torpaqları. Şərqi Avropada çimli-podzol torpaqlar, Cənubi Skandinaviyada isə çürüntülü-podzol, qonur-turş və illüvial qatı dəmirli torpaqlar səciyyəvidir. İntrazonal torpaqlardan bataqlıq-podzol (torflu və çimli-podzol-qleyli torpaqlar), çimli-qleyli, çimli-karbonatlı və s. torpaqlar yayılmışdır.
Enliyarpaqlı meşələr zonası. Qərbi Avropada Skandinaviya yarımadasının cənubundan başlamış Aralıq dənizi sahillərinədək, eni 1000-1400 km-ə çatan geniş bir zona əmələ gətirərək ovalıq və dağlıq sahələrdə yayılmışdır. Şərqi Avropada isə enliyarpaqlı meşələr eni 150-450 km arasında dəyişən ensiz zona əmələ
Qərbi Avropanın enliyarpaqlı meşələr zonasının ağac tərkibi daha zəngindir Ümumiyyətlə, Qərbi Avropa enliyarpaqlı meşələrini təşkil edən ən geniş yayılmış ağac növləri palıd, fıstıq və vələsdir
Qərbi Avropa enliyarpaqlı meşələr zonasında iynəyarpaqlılardan küknar və şamın Avropa növləri də yayılmışdır.
Qərbi Avropanın Aralıq dənizi sahilləri subtropik qurşaqda yerləşdiyinə görə burada quru subtropiklər üçün xarakterik olan seyrək meşələr, kolluqlar geniş yer tutur. Aralıq dənizi sahəsi bitki örtüyünün zənginliyinə xarakterinə görə başqa ərazilərdən kəskin fərqlənir.
Dostları ilə paylaş: |