1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə15/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   11   12   13   14   15   16   17   18   ...   63
imtahan vavablari FC

3.1.2.3. Pireney yarımadası.

Pireney yarımadası (sahəsi 584.000 km2) coğrafi xüsusiyyətinə görə Cənubi Avropanın digər sahələrindən kəskin fərqlənən, Avropanın daha çox cənub-qərbə doğru uzanmış hissəsidir. Bu ərazini Cənubi Avropanın qonşu fiziki-coğrafi sahələrindən fərqləndirən əsas əlamətlərdən biri onun ərazisinin bütövlüyü, dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsi (yarımadanın orta hündürlüyü 660 m-dir), daxili hissələrin qədim hertsin massivlərindən, kənar yüksəkliklərin isə üçüncü dövrün alp qırışıqlarından ibarət olmasıdır.

Pireney yarımadasında iqlim və morfostruktur xüsusiyyətlərinə görə seçilən aşağıdakı fiziki-coğrafi vilayətlər vardır.

1. Qalisiya massivi. 2. Portuqaliya ovalığı. 3. Meseta yaylası. 4. Əndəlis ovalığı. 5. Əndəlis dağları və Rivyerası. 6. Kataloniya dağları. 7. İberiya dağları. 8. Araqon düzənliyi. 9. Pireney dağları. 10. Kantabriya dağları. 11. İspaniya Levantı. 12. Balear və Pitiuz adaları.





Orta Avropa.
Orta Avropa Qərbi Avropanın çox böyük hissəsini tutur. Şimaldan Baltik dənizi, Katteqat və Skaqerrak boğazları, Şimal dənizi, qərbdə Atlantik okeanı və Biskay körfəzi ilə əhatə olunur. Cənub sərhədi Pireney dağlarının şimal ətəkləri , Venesiya-Po ovalığı və Dunay çayının orta və aşağı axarı boyunca keçir.

Orta Avropanı Qərbi Avropanın digər təbii-coğrafi hissələrindən fərqləndirən cəhətlərdən biri də burada mülayim iqlimin hakim olmasıdır. Bu da onun mülayim qurşaqda yerləşməsi ilə əlaqədardır. Dəniz və okeanın iqlimə göstərdiyi təsirin onun ərazisində daha aydın hiss edilməsidir. Kompleks fiziki-coğrafi xüsusiyyətlərə əsasən Orta Avropa ərazisində aşağıdakı fiziki-coğrafi sahələr ayrılır: Britaniya adaları, Orta Avropanın şimal düzənliyi, Fransanın hertsin qırışıqlığı sahəsi, Mərkəzi Avropanın hertsin qırışıqlığı sahəsi, Alp dağları və Alpətrafı vilayətləri, Karpat dağları və Dunayboyu ovalıqlar.



Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin