1 Qərbi Avropa


Orta Avropanın şimal düzənliyi



Yüklə 101,8 Kb.
səhifə17/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   13   14   15   16   17   18   19   20   ...   63
imtahan vavablari FC

4.2. Orta Avropanın şimal düzənliyi.

Orta Avropanın şimalında Reyn çayının aşağı axarından başlayaraq, şərqdə SSRİ sərhədinə qədər uzanır. Uzunluğu 1200 km, eni qərbdə 200 km, şərqdə isə təxminən 400-500 km-ə qədərdir. Hollandiya, Almaniya və Polşanın şimal düzənlik hissələri, Yutlandiya yarımadası, Şimal və Baltik dənizlərinin sahillərində yerləşən bir çox xırda adalar buraya daxildir.

Almaniya-Polşa ovalığında iqlimin qərbdən şərqə və şimaldan cənuba dəyişilməsi müşahidə edilir. Ovalığın qərb hissəsi qışda Atlantik okeanından hərəkət edən mülayim və rütubətli küləklərin təsiri altında qalır.

Almaniya-Polşa ovalığında podzol və qonur meşə torpaqları yayılmışdır. Ovalığın cənubunda lyoss çöküntüləri üzərində inkişaf etmiş, xüsusiyyətinə görə qara torpaqlara oxşayan məhsuldar tünd torpaqlara rast gəlinir. Vəhşi heyvan növlərinə demək olar ki, hazırda ovalıqda rast gəlmək mümkün deyildir. Bunlar ancaq dövlət qoruqlarında mühafizə edilir. Əsasən çöl və meşə heyvanları çox yayılmışdır. Burada ən mühüm heyvan və bitki növlərini qoruyub saxlayan Belovejsk meşəsi – qoruğu vardır.

Almaniya-Polşa ovalığının morfostruktur və iqlim xüsusiyyətini nəzərə alaraq, onu bir neçə fiziki-coğrafi vilayətə ayırmaq olar. Bunlara: 1) Almaniya-Polşa ovalığının qərb vilayəti; 2) əsasən baltik dənizi sahillərinin və Polşa ərazisini əhatə edən şərq bilayəti və 3) Yutlandiya yarımadası və sahil adalarını birləşdirən şimal vilayəti daxildir.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin