1 Qərbi Avropa


Alp dağları və Alpətrafı ərazilər



Yüklə 101,8 Kb.
səhifə20/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   16   17   18   19   20   21   22   23   ...   63
imtahan vavablari FC

4.5. Alp dağları və Alpətrafı ərazilər.

Alp dağları qərbdə Liquriya danizi sahilindən başlayaraq şərqdə Vyana çökəkliyinə qədər 1200 km məsafədə uzanır. Cənubda Venesiya-Po ovalığı, şimalda isə Yura dağları, İsveçrə və Bavariya yaylaları Alpqabağı vilayətlərə daxildir. Alp dağları fiziki-coğrafi xüsusiyyəti və mövqeyinə görə Avropa qitəsinin digər təbii sahələrindən kəskin fərqlənən fiziki-coğrafi sahədir. Bu ərazinin əsas xüsusiyyətlərindən biri onun çox yüksək olması, cavan qırışıq dağlar sistemində yerləməsi və Cənubi Avropa ilə Orta Avropa arasında təbii sərhər təşkil etməklə, onların hər ikisindən kəskin surətdə seçilməsidir.


İnzibati cəhətdən Alp dağları bir çox dövlətlərin: Fransanın, İtaliyanın, İsveçrənin, Avrtriyanın, Almaniya Federativ Respublikasının, Macarıstanın və Yuqoslaviyanın ərazisində yerləşmişdir. Buna görə bəzən ədəbiyyatda Fransa, İtaliya, İsveçrə və s. Alpları məhfumlarına rast gəlirik.

Alp dağlarının iqliminə xas olan cəhətlərdən biri də burada iqlim qurşaqlarının yerləşməsində şaquli zonallığın aydın müşahidə edilməsidir.

Alp dağlarının iqlimində yerli küləklərin rolu böyükdür. Burada dağ-dərə və xüsusilə fyon küləkləri hakimdir.
Alp dağlarını və Alp ətrafı vilayəti morfoloji xüsusiyyəti və iqliminə görə fərqlənən bir neçə fiziki-coğrafi vilayətə ayırmaq olar. Bunlara: 1) Fransa Alpları; 2) İsveçrə Alpları; 3) İtaliya Alpları; 4) Avstriya Alpları; 5) Yura dağları; 6) İsveçrə yaylası; 7) Bavariya yaylası; 8) Venetsiya-Po ovalığı və nəhayət 9) Avstriya Alplarının şərq ön dağ hissəsi daxildir.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin