Mühazirə 1 Torpaq ehtiyatlarının idarə edilməsi



Yüklə 34,32 Kb.
səhifə1/4
tarix30.04.2023
ölçüsü34,32 Kb.
#104983
növüMühazirə
  1   2   3   4
Mühazirə 1


Mühazirə 1
Torpaq ehtiyatlarının idarə edilməsi

Plan:
1. Torpaq ehtiyatlarının idarə edilməsi


2. Torpaq ehtiyatları idarəetmə obyekti kimi
3. Torpaqların meliorativ yaxşılaşdırılması
4. Torpaq eroziyası
5. Torpaqların çirklənməsi


Torpaq ehtiyatları idarəetmə obyekti kimi
Təbii eһtiyatlar məfһumu iqtisadi termin olub, xüsusi ədəbiyyatlarda o, belə açıqlanır: təbii eһtiyatlar insanların maddi və mənəvi tələbatını ödəmək məqsədilə cəmiyyət tərəfindən istifadə edilən və ya istifadə edilməsi mümkün olan təbiətin bir һissəsini özündə birləşdirir. Bütövlükdə, ölkəmizin təbii eһtiyatlarına onun inzibati sərһədləri daxilində olan mineral, torpaq, su eһtiyatları, bitki və һeyvanat aləmi, atmosfer һavası və günəş enerjisi aiddir. Respublikamızın qiymətləndirilmiş təbii eһtiyatları onun təbii-eһtiyat potensialını təşkil edir və bu potensial dövlətin milli sərvətinin müһüm tərkib һissəsidir. Ölkəmizin təbii eһtiyatları tükənməz və tükənən mənbələrə bölünür.
Tükənən təbii eһtiyatlar bərpa olunan və bərpa edilməyən eһtiyatlara bölünür. Bərpa edilməyən tükənən sərvətlərə-təbii yeraltı sərvətlər, bərpa edilən tükənən sərvətlərə-meşə və bitki örtüyü, torpaq münbitliyi, atmosfer һavası, һeyvanat aləmi aiddir. Əlbəttə, tükənən eһtiyatların bərpa edilməsi uzun müddət və böyük һəcmdə sərmayə qoyuluşu tələb edir. Ona görə də, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə problemi bütün bəşəriyyət qarşısında duran ümdə vəzifələrdəndir.
Torpaq eһtiyatları təbii sərvətlərin tərkib һissələrindən biri olub, cəmiyyətin ən qiymətli xəzinəsidir. Bu eһtiyatlar iqtisadiyyatımızın müxtəlif saһələrində ya istifadə edilir, ya da istifadə üçün nəzərdə tutulub.
Ölkəmizin torpaq eһtiyatları təbii-tarixi xüsusiyyətlərinə və istifadə xarakterinə görə, onların üzərində təsbit edilmiş mülkiyyət formalarına, һəmçinin təyinatına müvafiq olaraq ayrı-ayrı torpaq növlərinə, qruplara, kateqoriyalara bölünür.
Təbii-tarixi xüsusiyyətlərinə və istifadə xarakterinə görə fərqlənən torpaq eһtiyatlarına torpaq növləri deyilir. Bu təsnifata görə torpaq eһtiyatları 2 yerə bölünür: kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı torpaqları.
Kənd təsərrüfatı məһsullarının alınması üçün sistematik istifadə olunan torpaqlara kənd təsərrüfatı yerləri deyilir. Kənd təsərrüfatı yerlərinin tərkibinə əkin, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, biçənək və örüşlər aiddir.
Əkin-sistematik becərilən və kənd təsərrüfatı bitkilərinin səpini altında istifadə edilən kənd təsərrüfatı yerləridir. Səpin altında istifadə edilən cərgələrarası bağ saһələri, һabelə kökündən yaxşılaşdırma məqsədləri üçün şumlanmış və səpilmiş biçənək və örüş saһələri əkinə aid deyildir.
Dincə qoyulmuş torpaqlara-əvvəlcə əkin altında olmuş, amma payızdan başlayaraq 1 ildən artıq kənd təsərrüfatı bitkilərinin səpini üçün istifadə edilməyən və һerik üçün һazırlanmamış saһələr aiddir. Biçənək-sistematik olaraq ot biçini altında istifadə edilən kənd təsərrüfatı torpaqlarıdır. Örüş-əsas istifadəsi һeyvanların otarılması olan kənd təsərrüfatı torpaqlarıdır. Çoxillik əkmələrə bağ, üzümlük, çay plantasiyaları, giləmeyvəliklər altında olan torpaq saһələri aiddir. Qeyri-kənd təsərrüfatı torpaqlarına dərələr, qobular, yarğanlar, qumluqlar, bataqlıqlar, kolluqlar, habelə su, yol, tikinti, küçə, meydan altında olan torpaqlar, kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararsız olan digər sahələr aiddir.
AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən ölkəmizin torpaq ehtiyatlarından istifadənin və onların mühafizəsinin müasir vəziyyətini araşdıraq.
Azərbaycan Respublikasının vahid torpaq fondunun ümumi sahəsi 8,6 ha-dır. Bu sahənin 4,9 ha-ı dövlət, 2,1 hektarı bələdiyyə, 1,7 hektarı isə xüsusi mülkiyyətə aid olan torpaqlardır.
Vahid torpaq fondunun ümumi sahəsinin 1683824 hektarı əkin və dinc, 163.313 hektarı çoxillik əkmələr, 110573 hektarı biçənəklər, 224842 hektarı həyətyanı, 2,6 mln. hektarı örüş və otlaqlar afltında istifadə edilir. Qalan 1037770 hektar sahə meşə, 2,9 mln. ha sahə isə sair sahələrdən ibarətdir.
Respublikanın kənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 4,5 mln. ha-dır ki, bu da ölkəmizin ümumi ərazisinin 52,27%-ni təşkil edir. Kənd təsərrüfatına yararlı torpaqların ümumi sahədə belə böyük nisbi yükü ilk baxışdan torpaq sahələrinin aktiv kənd təsərrüfatına cəlb edilməsi kimi də dəyərləndirilə bilər. Lakin hərtərəfli təhlil heç də Azərbaycan Respublikasında torpaq ehtiyatlarımızın bolluğuna dəlalət etmir. Belə ki, ölkəmizin kənd təsərrüfatına yararlı torpaqlarının yarıdan çoxu az məhsuldarlı örüşlərdən ibarətdir. Ən dəyərli kənd təsərrüfatı torpaqları olan əkinin ümumi sahəsi isə cəmi 1,6 mln. ha təşkil edir ki, bu da kənd təsərrüfatına yararlı torpaqların 35,9%-ni təşkil edir. Yer səthinin relyefinin dağ xarakterli olması səbəbindən respublikamız torpaqları az mənimsənilən ölkələrdəndir. Belə ki, Azərbaycanda hər bir nəfərə orta hesabla 0,2 ha əkin sahəsi, 0,6 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür. Müqayisə üçün qeyd edək ki, Qazaxıstan Respublikasında bu göstəricilər müvafiq olaraq 1,65 ha və 14 ha təşkil edir. Azərbaycanın torpaq balansındakı gərginliyi göstərən göstəricilərdən biri də ölkənin hər m2-ə düşən əhalinin sayıdır. Bu göstərici Rusiya Federasiyasında cəmi 9 adam təşkil edirsə də, Azərbaycanda 1 km2-ə düşən adamların sayı 94 nəfər təşkil edir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə bir nəfərə düşən kənd təsərrüfatı torpaqlarının və əkinin sahəsi ilbəil azalır. Hər bir nəfərə düşən kənd təsərrüfatı torpaqlarının və əkinin sahələrinin azalmasının obyektiv səbəblərindən biri də qeyri-kənd təsərrüfatı məqsədləri üçün yararlı sahələrin ayrılmasıdır.
Qeyri-dövlət və ictimai məqsədlər üçün torpaqayırmaları prosesi ciddi dövlət nəzarətinə götürülməli, kənd təsərrüfatı təyinatlı torpaqdan istifadələrin prioritetliyi prinsipinə ciddi ruayət edilməli, imkan daxilində torpaqayırmalarının həcmi miqdarında və ya daha çox yeni kənd təsərrüfatı torpaqlarının mənimsənilməsinə nail olunmalı, az münbitli torpaq sahələri müxtəlif kompleks tədbirlər hesabına yaxşılaşdırılmalıdır.
AR-in torpaq ehtiyatları bu gün yüksək olmayan təbii münbitliyi, qeyri-qənaətbəxş mədəni-texniki vəziyyəti, qeyri-səmərəli təbii-texnoloji xüsusiyyətləri ilə xarakterizə olunurlar. Uzun müddət ərzində torpaqlarda gedən eroziya prosesi, qiymətli kənd təsərrüfatı torpaqlarının qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılması nəticəsində, bir çox hallarda kənd təsərrüfatı dövriyyəsinə yeni torpaq sahələrinin qatılmasına baxmayaraq kənd təsərrüfatı torpaqlarının və əkinin bir nəfərə düşən sahəsi bu gün də azalmaqda davam edir. Torpaq islaһatı şəraitində kənd təsərrüfatı məqsədləri üçün yeni torpaqlardan istifadə edilməsi, çoxdan becərilən torpaqların keyfiyyətcə yaxşılaşdırılması, һabelə əkinçilik mədəniyyətini yüksəltmək yolu ilə torpaq fondlarından səmərəli istifadə olunması respublikanın aqrar-ərzaq kompleksi qarşısında duran başlıca vəzifələrdəndir.
Azərbaycan mürəkkəb relyef və təbii-iqlim şəraitinə malik, qədim suvarma əkinçiliyi diyarıdır. Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda cəmləşmişdir. Respublikanın ümumi torpaq fondu 8,6 mln. hektar olsa da, coğrafi şərait bunun hamısından istifadə etməyə imkan vermir. Belə ki, ölkənin ümumi torpaq fondunun təqribən 55%-indən kənd təsərrüfatında istifadə edilir.
Ölkənin kənd təsərrüfatına yararlı torpaqları isti iqlimi və az yağıntıları ilə səciyyələnən düzənlik-arid zonada yerləşdiyindən və yayın isti, qış aylarının azyağmurlu keçməsi torpaqda kifayət qədər nəmlik ehtiyatının yaranmasına imkan vermir. Burada əkinçiliyin yalnız süni suvarmalar fonunda aparılması və bu məqsədlə müvafiq meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi tələb olunur. Hazırda respublikamızda 1,4 mln. hektar sahə suvarılır. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlarda istehsal olunur. Pambıq, tütün, tərəvəz və s. kimi gəlirli bitkilər tamamilə suvarılan torpaqlarda becərilir.
Suvarılan torpaqlar yüksək texniki və mühəndisi səviyyədə inşa edilmiş meliorasiya və irriqasiya fondları ilə təchiz olunmuşdur. Bu torpaqların 609000 hektarında kompleks meliorasiya işləri aparılmış, 288 min ha sahə açıq, 309000 hektar sahə örtülü, 13000 ha sahə şaquli drenaj şəbəkələri ilə təchiz edilmişdir. Suvarılan sahələrdə 51700 km suvarma kanalları, 29600 km kollektor-drenaj şəbəkələri çəkilmiş, onların üzərində 118000 hidrotexniki qurğu, 821 nasos stansiyası inşa edilmişdir.
Çaylarda axının qeyri-mütənasibliyinin qarşısını almaq və su ehtiyatlarından ölkə iqtisadiyyatında səmərəli istifadə etmək məqsədilə çaylar üzərində 135 su anbarı, 16 hidroqovşaq inşa edilmiş, yeraltı sulardan suvarma və məişət ehtiyaclarını ödəmək üçün 7119 subartezian quyusu qazılmışdır. Əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq məqsədilə 113 km daş-beton və beton, 1644 km torpaq bəndlər tikilmişdir.
1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində digər sahələrə olduğu kimi bu sahəyə də laqeyd münasibət göstərilməsi nəticəsində meliorasiya və su təsərrüfatı sahəsində aparılan tikinti işləri, demək olar ki, tamamilə dayandırılmışdı. Sistem və qurğuların saxlanması, istismarı və təmir-bərpasına ayrılan vəsaitin həcmi azaldıldığından onların istismarı xeyli çətinləşmişdi və bir sıra problemlərin yaranmasına səbəb olmuşdu.
Təhlil göstərir ki, son illərdə ölkənin meliorasiya kompleksinin inkişafı böyük çatışmazlıqlarla müşahidə olunur. Təmir-istismar tədbirlərinin, habelə suvarma sistemlərinin konstruksiyası üçün maliyyə vəsaitlərinin çatışmazlığı, ixtisaslaşmış meliorasiya texnikasının qiymətinin bahalaşması və s. səbəblərdən hidrotexniki qurğuların, suvarma şəbəkələrinin texniki vəziyyəti pisləşmişdir. Məsələn, 01.07.2001-ci il tarixinə olan məlumata görə, respublikada 2979 km təsərrüfatlararası suvarma kanalı, 12131 km təsərrüfatdaxili suvarma kanalı nasaz vəziyyətdə, 274 km təsərrüfatlararası suvarma kanalı, 4098 km təsərrüfatdaxili suvarma kanalı yararsız vəziyyətdə olmuşdur. Məhz bu səbəbdən də, Azərbaycanda suvarılan torpaqların su ilə təminatı son illərdə, o cümlədən 2001-ci ildə qənaətbəxş olmamışdır. Məsələn, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə respublikanın 858 min ha suvarılan torpaq sahəsinin 59,3%-i fasilələrlə suvarılmışdır. 223100 ha sahədə su təminatının vəziyyəti pis olmuşdur.
Təhlil göstərir ki, yalnız su və kənd təsərrüfatı orqanlarının birgə səyi ilə mövcud meliorativ fondun iş qabiliyyətini qorumaq və təmin etmək, suvarma sistemini qaydaya salmaq olar.
Ölkənin su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 milyard m3 təşkil edir və quraqlıq illərdə bu həcm 22,6 milyard m3-ə qədər azalır. Su ehtiyatlarının yalnız 10 milyard m3-i, yaxud 30%-i respublikanın öz ərazisində, qalan 70%-i isə qonşu ölkələrin ərazilərində formalaşır. Yeraltı su ehtiyatları 5,2 milyard m3 təşkil edir ki, bunun da təxminən üçdə biri hazırda istifadə olunur. Respublikada ildə orta hesabla 10-12 milyon m3 sudan istifadə olunur ki, bunun da 65-67%-i kənd təsərrüfatının, 20-25%-i sənayenin və qalan hissəsi məişət və içməli suya olan tələbatın ödənilməsinə sərf olunur.
Ölkəmizdə əsas suvarma mənbəyi yerüstü sular hesab olunur. Suvarılan sahələrin 91%-i yerüstü su mənbələrindən suvarılır. Yalnız 126 min hektar sahənin suvarılmasında və içməli-məişət məqsədləri üçün yeraltı sulardan istifadə olunur.
Azərbaycanda 8350 çay vardır. Ölkənin əsas su arteriyası Kür çayıdır. Yay aylarında, suvarmaya tələbatın artdığı dövrlərdə, çayların axımı onların su ehtiyatlarının 10%-inə qədər azalır, bir çox hallarda bəziləri tam quruyur. Bu da vegetasiya mövsümündə kənd təsərrüfatı əkinlərinin su təminatını çətinləşdirir. Respublikada orta illik su çatışmazlığı adi illərdə 3,7 milyard kubmetrə, azyağıntılı illərdə isə 4,75 milyard kubmetrə çatır. Su anbarlarında 21,5 milyard m3 su ehtiyatları toplamaq imkanı olsa da onun təxminən 11.7 milyard kubmetrindən istifadə olunur. Qalan 9,8 milyard kubmetri anbarların ölü həcminə aiddir.
İrihəcmli su anbarları kompleks məqsədlər üçün istifadə olunur. Ceyranbatan su anbarı isə suvarma ilə yanaşı, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli və texniki su təchizatı məqsədləri üçün istifadə edilir.
Son illər dünyada baş verən qlobal iqlim dəyişiklikləri ölkəmizə də təsirsiz ötüşməmişdir. 1999-2001-ci illərdə ölkəmiz kəskin quraqlıqla üzləşmiş, 2003-2004-cü illərdə isə güclü və aramsız yağan yağışlara, sel və daşqınlara məruz qalmışdır. Hər iki hadisə zamanı respublikanın su təsərrüfatına ciddi ziyan dəymişdir.
Azərbaycan dünyanın təbii fəlakətlərə ən çox məruz qalan regionlarından biridir. Burada 154 selgətirən çay vardır. Bunlardan 61-i ən təhlükəlidir. Sellər, daşqınlar, sürüşmələr, subasmaları hər il respublika iqtisadiyyatına xeyli zərər vurur. Hər il milyon yarımdan çox əhalinin məskunlaşdığı 30 inzibati rayonun 200-ə yaxın yaşayış məntəqəsi, 250000 ha əkin sahəsi, 500 km uzunluğunda dəmir və 1500 km uzunluğunda avtomobil yolları, 180 km uzunluğunda elektrik xətləri, 265 km uzunluğunda qaz boruları, yüzlərlə km suvarma kanalları, hidrotexniki qurğular dağ və dağətəyi çayların sel və daşqın sularının zərərli təsirinə məruz qalır. Sel və daşqın sularının qəzasız buraxılmasını təmin etmək üçün hər il ölkənin dağ çaylarında 7-8 mln. m3 həcmində tənzimləmə və məcratəmizləmə işləri görülür, 50-60 min m3 həcmində daş-beton, beton, şax-daş bəndlər quraşdırılır, Kür və Araz çaylarında mövcud bəndlərin hündürləşdirilməsi və bərkidilməsi işləri aparılır.
Meliorasiya və su təsərrüfatı sahəsinin respublika iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişafında, ölkənin ərzaq probleminin həll olunmasında və regionların sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətini və aparıcı rolunu nəzərə alaraq onun gələcək inkişafının təmin edilməsi və bu sahəyə investisiya qoyuluşunun gücləndirilməsi məqsədilə “Meliorasiya və su təsərrüfatının inkişafı üzrə Milli Proqram” hazırlanmışdır.
Proqramda meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi və yenidən qurulmasının iki mərhələdə aparılması nəzərdə tutulmuşdur. I mərhələdə tikintisinə əvvəllər başlanılmış, lakin yarımçıq qalmış vacib obyektlərin tikintisinin tamamlanması, habelə layihələri hazırlanmış, ancaq tikintisinə başlanılmamış obyektlərin tikintisinə başlanılması, II mərhələdə isə suvarılan sahələrin həcminin daha da genişləndirilməsi məqsədilə yeni layihələrin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur.
Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2007-2015-ci illərdə ümumi tutumu 772 mln. m3 olan 16 su anbarı, 825 km uzunluğunda suvarma kanalları tikiləcək, 43,4 min hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək, 21500 hektara yaxın suvarılan torpaqlarda kompleks yenidənqurma işləri aparılacaqdır. 385 min hektardan artıq suvarılan sahənin su təminatı və 256 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, 362 min hektar sahədə suvarma və kollektor-drenaj şəbəkələri yenidən qurulacaq, 118 min poqonmetr qoruyucu bənd, o cümlədən 68 min poqonmetr beton bənd tikiləcək, yaşayış məntəqələri və minlərlə hektar kənd təsərrüfatı əkinləri sel və daşqın sularından mühafizə ediləcəkdir.
Respublikamızın ekoloji problemləri içərisində düzən torpaqların şorlaşma və şorakətləşməsinin xüsusi yeri vardır. Şorlaşmış torpaqlar Azərbaycanda çox geniş yayılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarının məlumatlarına görə sahəsi 2,2 mln. hektar olan Kür-Araz ovalığı torpaqlarının təxminən 60%-i orta və şiddətli dərəcədə şorlaşmış torpaqlardan ibarətdir. Bundan əlavə şorlaşmış torpaqlar Azərbaycanın Siyəzən-Sumqayıt, Ceyrançöl massivlərində, Naxçıvan MR-də və başqa ərazilərində də yayılmışdır. Ümumiyyətlə, respublikamızın ərazisində orta və şiddətli dərəcədə şorlaşmış torpaqların ümumi sahəsi 1,3 mln. ha-dan çoxdur. Bu o deməkdir ki, respublika ərazisinin 15%-i bu ekoloji problemə düçar olmuşdur. Q.Z.Əzizovun tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, respublikamızda kənd təsərrüfatına yararlı hesab edilən 1,4 mln. ha suvarılan torpaqların da 565481 hektarı və ya 47,6%-i müxtəlif dərəcədə şorlaşmış, 508,3 min hektarı isə müxtəlif dərəcədə şorakətləşməyə məruz qalmışdır.
Şorlaşma və şorakətləşmə torpaqda gedən təbii proseslər olsa da, vaxtında lazımi tədbirlər görülməyəndə, o, arealını genişləndirərək, həm kənd təsərrüfatı məhsullarının istehsalına, həm də təbii biosenozlara, o cümlədən düzən ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və düzən meşələrinə mənfi təsir göstərir. Odur ki, belə torpaqlar həm meliorativ, həm də ekoloji cəhətdən əlverişsiz sahələr hesab edilir, onların mənfi dinamikasının xəbərdarlıq edilməsi, qarşısının alınması və onların yararlı hala salınması üçün müvafiq ekoloji tədbirlərin görülməsi zəruridir.
Suvarılan torpaqların meliorativ cəhətdən qiymətləndirilməsinin nəticəsi respublika ərazisində 385,1 min hektar sahənin qeyri-qənaətbəxş olduğunu göstərir, o cümlədən 103,4 min hektar sahədə qrunt sularının səviyyəsinin yerin səthinə çox yaxın olması, 115,1 min hektar sahədə torpağın yüksək dərəcədə şorlu olması, 166,6 min hektarda isə hər iki amilin birgə təsiri əsas səbəb kimi göstərilir. Bu kateqoriyadan olan torpaqlar əkinə tam əlverişsiz hesab olunur və onların meliorasiyası üçün kompleks tədbirlərin görülməsi tələb edilir. Respublikanın suvarılan torpaqlarının təxminən 670 min hektarı Kür-Araz düzənliyindədir. Burada suvarma çox qədim tarixə malikdir.

Yüklə 34,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin