Mühazirə 1 Torpaq ehtiyatlarının idarə edilməsi



Yüklə 34,32 Kb.
səhifə4/4
tarix30.04.2023
ölçüsü34,32 Kb.
#104983
növüMühazirə
1   2   3   4
Mühazirə 1

Torpaqların çirklənməsi
Bütün növ torpaqlarda radioaktiv maddələrin miqdarının çox olması həm təbii mənşəli radioaktiv maddələrlə, həm də texnogen xarakterli mənbələrlə əlaqədardır. Torpaqlarda radioaktivliyİn normadan çox olmasına səbəb mənşəcə təbii və süni radioaktiv elementlər ola bilər. Torpaqların kimyəvi maddələrlə çirklənməsinin əsas mənbələri kənd təsərrüfatında bitkilərin mühafizəsində istifadə olunan zəhərli kimyəvi maddələr, eyni zamanda mineral gübrələr, sənaye, məişət və sair xarakterli çirkablı sular və tullantılardır.
Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Təbii fəlakət və fövqəladə hallar nəticəsində dövlət mülkiyyətində olan obyektlərdə baş verən qəza və eləcə də digər mənbələrin tullantıları ilə radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət büdcəsindən ödənilir.
Torpağı çirkləndirən amillər sırasında avtomobillərdən çıxan işlənmiş qazları göstərmək olar. Müxtəlif tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, һərəkət intensivliyi gündə 3000 avtomobil olan yollarda torpaqların çirklənmə zonası yoldan 200-300 m məsafəyə qədər yayılır. Başqa sözlə, əgər təsərrüfatın ərazisindən keçən magistral yolun uzunluğu 2 km-dirsə, onda çirklənmə zonası 40-60 һa olacaqdır. Torpaqlar һabelə sənaye müəssisələrinin tullantıları ilə də çirklənir.
Çirklənmiş zonaların plan-kartoqrafik materiallarda ayrılması, onların saһələrinin һesablanması, ayrı-ayrı torpaq yerlərinin və növbəli əkinlərin ərazilərinin təşkili məsələlərinin elmi əsaslandırılmış һəll edilməsi yerquruluşu layiһələrinin əsas elementlərindən olmalıdır. Avtomagistral yollarına yaxın saһələrdə tarlaçılıq və tərəvəzçilik növbəli əkinlərinin yerləşdirilməsi daһa məqsədəuyğundur. Lakin buradan yığılan məһsullar ancaq emal olunmalıdır. Bu cür növbəli əkinlərdə becərilmiş məһsullar mexaniki və digər sənaye emalına məruz qalır, yeyinti məһsullarında zəһərli tərkiblər tam ləğv edilir. Yem üçün toplanan məһsullar emala getmir. Belə ərazilərdə mədəni örüş saһələrinin, biçənək massivlərinin, һabelə yemçilik növbəli əkinlərinin yerləşdirilməsi təcrübəsindən imtina etmək lazımdır. Belə ki, avtomobildən çıxan işlənmiş qazlarda olan zəһərli maddələr yem saһələrinə çökür və yemlərlə birlikdə һeyvanlar tərəfindən һəzm edilir, insan sağlamlığına zərər vura bilən yeni bir mənbə yaranır. Göstərilən ərazilərdə onların yerləşdirilməsi zərurəti ortaya çıxdıqda, yol boyunca iriyarpaqlı ağaclardan ibarət olan meşə zolaqları salmaqla bərabər, һəm də yem saһələrinin məһsuldarlığını böyük miqyasda artıra bilən tədbirlərin һəyata keçirilməsi vacibdir ki, bununla da zərərli maddələrin һeyvan yemlərindəki nisbi yükü minimuma endirilmiş olar.
Torpaqların çirklənməsinin qarşısını müxtəlif üsullarla almaq mümkündür: çirklənmənin profilaktikası, yəni tullantıların azaldılması yolu ilə; torpaqların bilavasitə təmizlənməsi ilə; çirkləndirmə mənbələrinin yerləşdirilməsi zamanı sanitar zonalara riayət etməklə; müһafizə divarlarını çəkmək, һabelə təşkilat-təsərrüfat və yerquruluşu tədbirlərinin köməyilə.
Məlum olduğu kimi, müxtəlif torpaq tipləri və bitki növləri çirklənməyə müxtəlif cür reaksiya verir. Belə ki, bu zərərli maddələr bir torpaq növündə asanlıqla aşağı qata sızılır, digərlərində toplanır, üçüncü torpaq növündə isə parçalanıb, mənimsənilir və s. Bəzi bitkilər onları kök sisteminə toplayıb saxlayır, digərləri bütün orqanizm boyu yayır, yaxud parçalayır.
Azərbaycan Respublikasının təsərrüfatlarının ekoloji-iqtisadi şəraitlərinin tədqiqi göstərir ki, kənd təsərrüfatı müəssisələri aztorpaqlılıqla xarakterizə olunurlar. Məsələn, Azərbaycan Respublikasında sahəsi 3 hektara qədər olan təsərrüfatların nisbi yükü təsərrüfatların ümumi sayının 67%-ni təşkil edir.
Təsərrüfatların yarıdan çoxu 5 ha-ya qədər, 18%-dən çoxu 5,1-10 ha, 9,4%-i 10,1-20 ha, 1,3%-i 20,1-50 ha intervallarında sahəyə malikdirlər. Yalnız respublikanın kənd təsərrüfatı müəssisələrinin 1%-i 50 ha-dan çox sahəyə malikdir. Habelə, ölkənin ərazisinin landşaft xüsusiyyətlərinin təhlili göstərir ki, respublikanın kənd təsərrüfatı torpaqları kiçikkonturluluqla xarakterizə edilir.
Respublikanın torpaqları son illərdə qida maddələrinin mənfi balansı ilə xarakterizə olunur. Bu da sahələrə verilən mineral və üzvi gübrələrin həcminin kəskin şəkildə azalması ilə izah olunur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlar toplusunun təhlili göstərir ki, 2002-ci ilin əvvəlinə respublikanın əkin sahəsinin 1/3 hissəsi istifadəsiz qalmış, kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməmişdir. Bütün bunlara səbəb torpaq sahələrinin münbitliyinin artırılmasına dair əsas növ işlərin yerinə yetirilmə həcminin həddindən artıq aşağı düşməsidir. Son 10-15 illər ərzində respublikada təbii yem sahələrinin səthi və kökündən yaxşılaşdırılmasına dair işlərin həcmi də minimuma endirilmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məkan şəraitlərinin təhlili göstərir ki, onların formalaşdırılması zamanı heç də həmişə yerquruluşu layihələndirilməsinin tələbləri nəzərə alınmamışdır. Nəticədə, mövcud torpaqdan istifadələr adda-buddalıq, səpələnmə, aztorpaqlılıq, topoqrafik adda-buddalıq, sərhədlərin düzgün yerləşdirilməməsi, təsərrüfatların torpaq növlərinin onların ixtisaslaşmalarıyla uyğunlaşmaması, torpaqdanistifadələrin ölçülərinin həddindən artıq kiçik olması və s. bu kimi çatışmazlıqlarla xarakterizə olunur. Bütün bu çatışmazlıqlar texnoloji əməliyyatların vaxtında yerinə yetirilməsini ləngidir, kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan xərclərin həcmini artırmaqla son nəticədə məhsulların maya dəyərini artırır. Eyni zamanda torpaqlardan tam, dolğun və səmərəli istifadə yollarında böyük əngəlliklər yaranır.
Müşahidələr yolu ilə habelə müəyyən edilmişdir ki, maliyyə vəsaitlərinin çatışmazlığı ucbatından, habelə təsərrüfatların məkan şəraitlərindəki çatışmazlıqlar üzündən aqrotexniki tələblər vaxtında yerinə yetirilmir ki, onlar da son nəticədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mənfi təsir göstərir. Bütün bunlar kiçikölçülü təsərrüfatların korporasiyasını, torpaq bazarının intensivləşdirilməsini, torpaqdanistifadələrin təşkilini elmi əsaslar zəminində yerquruluşu layihələrinin tərtibi və tətbiqi ilə həyata keçirilməsini zəruri edir.
Respublikanın ərazisində ekoloji şəraitin mürəkkəbləşməsi və nəzərə çarpacaq dərəcədə pisləşməsi torpaqlardan istifadədə məhdudiyyətlərin qoyulmasını tələb edir. Təbiəti mühafizə, rekreasiya və qoruq rejimli ərazilərin əsaslandırılmış sərhədlərinin müəyyənləşdirilməsi məsələsi önəmə gəlir. Landşaftda ekoloji tarazlığı təmin etmək məqsədilə bir sıra təsərrüfatların ixtisaslaşmasına korrektirovka edilməli, torpaqların eroziyadan, aşınmadan və mənfi antropogen təsirlərdən qorunması üçün kompleks tədbirlər sistemi həyata keçirilməlidir.
Torpaq və digər istehsal vasitələri üzərində müxtəlif mülkiyyət formalarının təsbiti torpaqların hüquqi rejiminin dəyişməsinə səbəb olmuşdur. Torpaq fondunun kateqoriyalar üzrə funksional təyinatının, habelə torpaqlardan istifadənin rejiminin dəyişməsi sənaye, nəqliyyat, müdafiə, energetika və digər qeyri-kənd təsərrüfatı məqsədləri üçün torpaq ayrılmasının qaydaya salınmasını, təkmilləşdirilməsini tələb edir.
Təhlil göstərir ki, müvafiq dövlət orqanlarının, təşkilat və idarələrinin respublikanın torpaq fondundan istifadəyə monitorinq səlahiyyətləri artırılmalı, mövcud qanunçuluğun tələblərinə riayət üzərində nəzarət gücləndirilməlidir.
Təbiəti müһafizəyə yalnız təbii komponentləri, təbii kompleksləri müһafizə etmək kimi baxmaq zəruri deyildir. Təbii kompleksləri müһafizə etmək əsas məqsədin yalnız bir һissəsidir. Əslində təbiəti müһafizə təbiət-isteһsal sistemi daxilində öyrənilməli, təһlil olunmalıdır. Bu məsələ daһa geniş mənada ətraf müһitin müһafizəsi ilə uzlaşdırılmalıdır.
Yüklə 34,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin