Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci
Fənn:Audit
Şöbə:İqtisadiyyat
İxtisas:Bank işi
Mövzu: Auditin məqsəd və vəzifələri
Qrup:390
Kurs:2
Tələbə:Həsənov Kənan
Müəllim:Orucova Kifayət
Sərbəst iş:1
BAKI:2023 Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçməsi sahibkarlığın sürətli inkişafı, müəssisələrin yeni taşkilati-hüquqi formalarının və müxtəlif mülkiyyət növlərinin yaranması, ölkənin dünya birliyinə inteqrasiyası idarəetmədə əsaslı dəyişikliklər aparılmasını, nəzarətin təşkili metodologiyası və həyata keçirilməsi sisteminin yenidən qurulmasını tələb edirdi.
Bazar iqtisadiyyatına keçid şəraitində yeni bir defisit növü yaranmış və özünü getdikcə daha artıq hiss etdirməyə başlamışdır. Bu və ya başqa konkret müəssisənin işgüzar nüfuzu haqqında mötəbər informasiya yox idi: müəssisənin yen kommersiya banklarının, birjaların və digər bazar strukturlarının təsisçisi olmaq istəməsi qanuna uyğundurmu; müəssisə şok vəziyyətindən özünə gəlibmi və hissə-hissə oğurlamaqla artır müəssisənin axırına çıxmayıblarki; nəhayət o yaşamağa qabildirmi.
Başqa sözlə, təsisçilər və səhmdarlar, müvafiq emitetlərin; qiymətli kağızlarının sahibləri və kreditorlar təşkilatların maliyyə vəziyyəti və ödəmə qabiliyyəti barədə düzgün məlumat, cari və perspektiv dövlət üçün əsaslandırılmış rəylər almaqla maraqlı idilər. Məhz bu şəraitdə dövlət nəzarətinə alternativ olan bir qurumu – bazar iqtisadiyyatı infrasturukturunun ayrılmaz ünsürlərindən biri kimi, müstəqil auditin inkişaf etdirilməsinə çox böyük zərurət yarandı.
Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.
Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onon maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür.
Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfondən müstəqil öyrənilməsi deməkdir.”
Qanuna əsasən ABŞ-da səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar camiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir.
Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir:
Audit (auditing) elə bir prosesfir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini meəyyənləşdirmək və bunu öz rəyinfə ifadə etmək üşün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir.
Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisafi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informəsiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəailyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs təeəfinfən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür.
Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir. Auditin meydana gəlməsi bilavasitə şirkətləri idarə edənlərin (müdiriyyət, menecer) və onların fəaliyyətlərinə pul qoyanların (mülkiyyətçilər, səhmdarlar, investorlar) mənafelərinin ayrılması ilə bağlıdır. Sonuncular yalnız təşkilatlarının rəhbərlərinin və onların tabeliyindəki mühasiblərin təqdim etdikləri maliyyə informasiyasına etibar edə bilməzlər və etibar etmək istəmirlər. Müxtəlif şirkətlərin tez – tez müflisləşməsi, müdriyyət tərəfindən aldadılma halları maliyyə qoyuluşları riskini xeyli artırır.
Səhmdarlar əmin olmaq istərdilər ki, onları aldatmırlar, müdriyyətin təqdim etdiyi hesabat şirkətin həqiqi maliyyə vəziyyətini tam əks etdirir. Maliyyə informasiyasının düzgünlüyünü yoxlamaq və maliyyə hesabatını təsdiq etmək üçün auditorlar dəvət olunur, səhmdarların fikirincə, onlara etibar etmək olar.
Müəssisənin, təşkilatın hesabatının düzgünlüyünü, qüvvədə olan qanunvericiliyə əməl edilməsinin yoxlanılması və bu məsələ üzrə auditor rəyinin tərtib edilməsi sərbəst auditor tərəfindən yerinə yetirilir.
Sərbəst auditorlar fəaliyyətinə dair aşağıdakı qaydalar mövcuddir:
- təsərrüfat subyektinin auditoru (auditor təşkilatını) sərbəst seçməsi;
- auditor (auditor təşkilatı) ilə sifarişçi arasında müqavilə münasibətləri; bu münasibətlər auditora öz sifarişçisini özünün seçməsinə və hər hansı dövlət orqanının göstərişlərindən asılı olmağa imkan yardır;
- sifarişçi ilə auditor fəaliyyəti barədə müqavilə münasibətlərini aşan qohumluq və ya işgüzar əlaqələr olduqda auditor yoxlaması aparılmasının qeyri – mümkünlüyü;
- audit, məsləhət xidmətləri və qanunvericiklə icazə verilmiş digər xidmətlər göstərilməsi ilə əlaqədar olmayan təsərrüfat, kommersiya və maliyyə fəaliyyəti ilə maşqul olmağın auditorlara və auditor firmalarına qadağan edilməsi.
Auditin mahiyyətinin, əhəmiyyətinin və vəzifələrinin təhlili göstərir ki, bu “yeni inqilabın” əlində sadəcə olaraq “cəza qılıncı” deyil, xüsusilə mürəkkəb, sosial cəhətdən neytral iqtisadi alətdir. Müassir auditin coşğun inkişafa başlamasının obyektiv səbəbləri onunla izah edilir ki, yeni şəraitdə mülkiyyətlə onun idarə olunması münasibətləri sistemi mühüm, əsaslı dəyişikliklərə məruz qalmışdır.
– Yəni əhlinin əmlakına görə differensasiyası, habelə saxta kapitalın inkişaf investorların tərkibində prinsipal irəliləyişə səbəb olmuşdur;
– qeyri-obyektiv informasiyaya əsaslanan təsərrüfat qərarlarının qəbul edilməsi çox zaman mənfi iqtisadi nəticələrə və hətta bəzi təsərrüfat subyektlərinin müflisləşməsinə gətirib çıxarmışdır.
– hesabatların düzgünlüyü haqqında peşakar mühakimə yürtməsi qabiliyyəti olan adamlar üçün xüsusi biliklər tələb olunmuşdr;
– mülkiyyətçilərinin sayının xeyli artması ilə əlaqədar müəssisələrin müdriyyətinin (icraşı müdriyyətin) bilavasitə mülkiyyətçilərindən ciddi surətdə aralanması baş vermişdir;
– kapitalın hərəkətinin müasir forması kimi, fond bazarının təşəkkül və inkişafı başlanmışdır.
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə auditin və auditor xidmətinin konkret təsfiri verilmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 2 – ci maddəsində qeyd edilmişdir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və düzgün aparımlasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Həmin Qanunun 3 – cü maddəsində auditor xidməti təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə - təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparılması və yazılı rəy verilməsi, mühasibat uçotunun qurulması, hüsabat göstəricilərinin dürüstlüyünün təsdiq edilməsi, auditorun peşə fəaliyyətinə (auditor təşkilatlarının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə təsərrüfat münasibətləri sahəsində digər xidmətlər göstərilməsi kimi müəyyənləşdirilmişdir.
Auditor fəaliyyətinin əsas məqsədi təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyöunluğunu müəyyən etmək deməkdir.
Deməli, auditin təyin edilməsi aşağıdakı məqsədlə maliyyə hesabatlarının yoxlanması deməkdir:
– hüsabatlarının düzgünlüyünün təsdiqi və ya onların qeyri
– düzgün olmasının müəyyən edilməsi;
– yoxlanılan dövürdə məsrəflərin, gəlirlərin və müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda dolğun, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması;
– uçot aparılması və hesabatların tərtibi qaydalarının tənzimləyən qanunvericiliyə və normativ sənədlərə, aktivlərin öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi metodologiyasına əməl olunmasınanəzarət;
–əsas və xüsusi dövriyyə vəsaitlərindən, maliyyə ehtiyatlarından və borc mənbələrindən daha yaxşı istifadə imkanlarının üzə çıxarılması.
Auditin əsas məqsədinə sifarişçi ilə müqavilə əsasında şərtləşdirilmiş vəzifələr
– maliyyə ehtiyatlarından daha yaxşı istifadə edilməsi imkanlarının üzə çıxarılması, vergilərin düzgün hesablanmasının təhlili, müəssisələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq, məsrəfləri və fəaliyyətin nəticələrini, gəlirləri və xərcləri optimallaşdırmaq üçün tədbirlər hazırlanması vəzifələri əlavə oluna bilər.
Auditor yoxlanmasında balansın, mənfəət və zərər haqqında hesabatın tərtib olunmasının düzgünlüyünü, izahat məktubundakı məlumatların doğruluğu müəyyən olunur. Auditor mənfəət və zərər haqqında hesabatı balans mənfəətinin və vergi tutulan mənfəətin hesablanmasının düzgünlüyünü müəyyən etmək üçün yoxlayır.