4.3. Fransanın Hertsin qırışıqlığı sahəsi(Hertsin Fransası).
Hertsin Fransası, Orta Avropanın hertsin qırışıqlığının geniş qərb hissəsini tutur. Şimalda Almaniya-Polşa ovalığı, Pa-de-Kale və La-Manş boğazları, qərbdə Biskay körfəzi , cənubda Pireney dağlarının şimal ətəkləri və Aralıq dənizi ilə əhatə olunur.
Hertsin Fransası ərazisində Atlantik okeanının təsiri altında olan mülayim-isti, bir qədər yumşaq iqlim hakimdir. Qərbdən şərqə okeanın təsiri tədricən zəifləyir və iqlimdə kontinentallıq əlamətləri artır.
Hertsin Fransası yaxşı inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayları əsasən yağış, qismən də qar sularından qidalanır. İl ərzində səviyyə dəyişkənliyi o qədər də böyük deyildir. Ən mühüm çayları Sena (780 km), Luara (1010 km), Rona və Haronnadır.
Fransanın Aralıq dənizi sahillərində qırmızı torpaqlar, qalan sahələrdə isə qonur meşə torpaqları yayılmışdır. Bir qədər rütubətli və sərin havası olan şimal-qərb sahillərdə zəif podzol torpaqlara rast gəlinir
Dostları ilə paylaş: |