3.Sabitdir, geriyə dönmə xüsusiyyətinə malik deyil
4. Hər hansı bir bilik sahəsinin öyrənilməsində şagirdin irəliləyiş dərəcəsi haqqında məlumat verir
4.Təlim proqramı üzrə qarşıda qoyulan məqsədlərə şagirdlərin nail ola bilmələri haqqında məlumat verir (öyrənmənin nəticələrini ümumiləşdirir)
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir.
Davamlı və qısamüddətli diaqnostik qiymətləndirmə: Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq iki formada keçirilir: davamlı və qısamüddətli;
Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və dərs ilinin əvvəlində, bir neçə dərsin müəyyən hissəsində aparılır; Davamlı diaqnostik qiymətləndirmənin məqsədi sinifdəki şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir. Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və bacarıqlarının daxil olduğu, inkişaf sahələrini öyrəndiyinə görə, daha çox müşahidə üsulundan və bu üsulu reallaşdıran vasitədən-müşahidə cədvəlindən istifadə edir. Şagird haqqında daha ətraflı məlumat toplamaq üçün valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulundan və sorğu vasitələrindən istifadə edilir.