1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Riyaziyyat təliminin ənənəvi metodları



Yüklə 1,05 Mb.
səhifə35/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   31   32   33   34   35   36   37   38   ...   88
RTM KONSPEKT-1

8. Riyaziyyat təliminin ənənəvi metodları.


Metod-fəaliyyət zamanı necə hərəkət etmək lazım gəldiyini bildirən üsul olub, məqsədə necə nail olmağın yolunu göstərir. Ümumiyyətlə, metod dedikdə nəzəri tədqiqat üsulu, bu və ya digər fəaliyyətin praktik olaraq yerinə yetirilməsi üsulu, obyektiv varlığın dərk edilməsi və ona təsir etmə yolu başa düşülür.

Müəllimlə şagirdlərin fəaliyyəti arasındakı müxtəliflik baxımından təlim metodları iki qrupa bölmək olar:



1. Tədris metodları (müəllimin fəaliyyəti).

İnformasiya metodları və şagirdlərin axtarıcı fəaliyyətinin idarə olunması metodları bura aiddir. Riyaziyyatın tədris metodları dedikdə şagirdlərə riyazi bilik, bacarıq və vərdişlər sisteminin verilməsi üsulları başa düşülür. Tədris metodlarına müəllimin söhbəti, nəqli, izahı və mühazirəsi, məşq xarakterli müstəqil işlərinin idarə olunması, şagirdlərin tədris ədəbiyyatı üzərində işinə rəhbərlik və sair aid edilir. Riyaziyyatın tədris metodlarına şagirdlərin “nümunə” üzrə hərəkət etməyi öyrənməsi lazım gələn hallarda və ya tədris materialını onların müstəqil mənimsəyə bilmədiyi hallarda müraciət etmək lazımdır.



2. Öyrənmə metodları (şagirdlərin fəaliyyəti).

Riyaziyyatın öyrənilməsi metodları dedikdə şagirdlərin özlərinin riyazi xarakterli fəal və müstəqil idrak fəaliyyətlərinin reallaşdırılması üsulları başa düşülür. Riyaziyyatın öyrənilməsi metodları iki qrupa bölünür:

1) Riyaziyyatın öyrənilməsinin elmi metodları (şüurlu riyazi fəaliyyət üsulları): müşahidə və təcrübə, müqayisə, analiz və sintez və s. həmçinin elmi-tədqiqat metodları: induktiv, deduktiv, traduktiv ve intuitiv idrak.

2) Riyaziyyatın öyrənilməsinin tədris metodları, yəni riyaziyyatın təliminin səmərəsini reallaşdırmaq məqsədinə orta məktəbdə riyaziyyatın tədrisi metodikasında yaradılmışdır: evristik metod, fəal təlim metodu (model üzrə təlim) proqramlaşdırılmış təlim və s.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin