1. s tatistika elminin predmeti,metod və vəzifələri. Statistika müşahidəsi və statistika


S tatistikada kəmiyyət nəzəriyyələri



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix01.01.2022
ölçüsü0,79 Mb.
#50342
1   2   3   4   5
Statistika (Mühazirələr) (1)

3.S

tatistikada kəmiyyət nəzəriyyələri  

  PLAN: 

1.Mütləq və nisbi kəmiyyətlər nəzəriyyəsi. 

2.Orta kəmiyyətlər və onun növləri. 

3.Qruplaşdırma orta kəmiyyətlər metodu1. Mütləq kəmiyyətlər  

  

Məlumdur ki, ictimai-iqtisadi hadisələrin kəmiyyət tərəflərini və onların nisbətini öyrənmək 



statistikanın predmetini təşkil edir. Hadisə və proseslərin kəmiyyət tərəflərini və onların 

nisbətini statistika xüsusi ümumiləşdirici göstəricilərlə ölçür v ə ifadə edir. İctimai-iqtisadi 

hadisələrin kəmiyyət tərəfi mütləq kəmiyyətlərlə, miqdar nisbətləri isə nisbi kəmiyyətlərlə 

xarakterizə edilir. Statistika müşahidəsi vasitəsilə toplanmış məlumat və onların 

yekunlaşdırılması və qruplaşdırılması mütləq və nisbi kəmiyyətləri müəyyənləşdirməyə imkan 

verir. Statistika müşahidəsi nəticəsində statistika məcmusunun hər bir vahidini xarakterizə edən 

əlamətlər üzrə məlumatlar toplanır. Statistika məcmusunu bütövlükdə və ya onun ayrı-ayrı 

hissələrini xarakterizə etmək üçün toplanmış məlumatlar yekunlaşdırılır və nəticədə 

ümumiləşdirici göstəricilər alınır. Öyrənilən hadisənin kəmiyyət tərəfi bu göstərici vasitəsilə 

ifadə edilir. İlkin məlumatların bilavasitə cəml ənm əsi nəticəsində mütləq kəmiyyətlər  alınır. 

Statistikada ictimai-iqtisadi hadisələrinin konkret zaman və məkan daxilində həcmini, səviyyəsini 

ifadə edən göstəricilərə mütləq kəmiyyətlər deyilir. Məsələn, 1.01.2009-cu il tarixə Azərbaycan 

Respublikasında daimi əhalinin sayı ............  min nəfər, həmin ildə ümumi daxil məhsul (ÜDM) 

istehsalının həcmi isə ............ mlrd.manat olmuşdur. Birinci göstərici əhalinin konkret ana sayını 

göstərir və cari müşahidənin nəticələrinin yekunlaşdırılması  

 

 



  

 nəticəsində alınır. İkinci göstərici isə cari müşahidə nəticəsində toplanmış məlumatların 

yekunlaşdırılması nəticəsində alınır və hadisənin mü əyyən dövr ərzində həcmini ifadə edir. 

Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərinə bölünür. Fərdi mütləq kəmiyyətlər 

obyektin ayrı-ayrı vahidlərinin həcmini, səviyyəsini ifadə edir. Statistika müşahidələri, birinci 

növbədə, fərdi mütləq kəmiyyətləri aşkar etməyə imkan verir. Onlar hər bir elmi tədqiqat işinin 

aparılmasının əsasını təşkil edir. Fərdi mütləq kəmiyyətlərə misal olaraq ayrı-ayrı təsərrüfatların  

pambıq əkin sahəsini, traktorlarının sayını, aylıq əmək haqqının həcmini və s. göstərmək olar. 

Fərdi mütləq kəmiyyətlər yekun mütləq kəmiyyətlərini əldə etmək üçün əsasdır. Yekun mütləq 



kəmiyyətləri öyrənilən məcmunun bütün vahidlərinin, yaxud onun ayrı-ayrı qruplarının bu və ya 

digər əlamət üzrə kəmiyyətini ifadə edir. Onlar əsasən müşahidə zamanı toplanmış fərdi mütləq 

kəmiyyətləri cəml əmək yolu ilə əldə edilir. Əhalinin siyahıya alınması məlumatlarını əlamətlər 

üzrə yekunlaşdırdıqda, ayrı-ayrı kəndlər, qəsəbələr, şəhərlər, rayonlar və respublika üzrə 

bütövlükdə əhalinin sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı haqqında yekun 

mütləq kəmiyyəti alınır. Bəzən yekun mütləq kəmiyyətlər xüsusi hesablanmalar əsasında 

müəyyən edilir. Proqnozlaşdırmada əhalinin perspektiv sayının müəyyən edilməsinin mühüm 

əhəmiyyəti vardır. Bu işlə statistika orqanları məşğul olur. Bel ə hesablamalar nəticəsində yekun 

mütl əq kəmiyyəti alınır. Əhalinin həyətyanı sahələrində istehsal olunan məhsulun miqdarı da 

xüsusi hesablama əsasında mü əyyən edilir. Hesablama nəticəsində əldə edilmiş mütləq 

kəmiyyətlər ən çox proqnozlaşdırma işində istifadə edilir.  Mütləq kəmiyyətlər adlı 

kəmiyyətlərdir. Onlar həmişə müəyyən ölçü vahidi ilə ifadə olunur. Onlar natural, şərti - natural, 

kombinələşdirilmiş, dəyər (pul) və əmək ölçü vahidlərilə ifadə oluna bilər. İctimai hadisələrin 

təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə olunan ölçü vahidlərinə natural ölçü vahidləri deyilir. 

Natural ölçü vahidləri ictimai  

 

 



  

 hadisələrin fiziki xüsusiyyətlərini əks etdirir. Ölçü vahidi məhsulun istehlak xassəsinə uyğun 

gəldikdə natural ölçü vahidlərindən istifadə edilir. Məsələn, neft hasilatı tonla, parça istehsalı 

m2-ə, satışı isə m-ə, daşınmaz yükün miqdarı tonla, onun aparıldığı məsafə km-ə, ölkənin 

ərazisinin sahəsi km2 və s. ifadə olunur. Bütün bunlar natural ölçü vahidləri adlanır.

 

 



2. Nisbi kəmiyyətlər. 

Tədqiq olunan hadisələrin xüsusiyyətlərindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda 

ifadə olunur. Nisbi kəmiyyətin ən sadə ifadə forması bir kəmiyyətin digər kəmiyyətdən neçə 

dəfə çox və ya az olduğunu göstərən əmsal göstəricisidir. Bu ifadə formasından, adətən, 

müqayisə olunan göstərici müqayisənin əsasını təşkil edən göstəricidən bir neçə dəfə böyük 

olduqda istifadə edilir. Statistikada iki mütləq kəmiyyət göstəricisinin müqayisəsi nəticəsində 

əmələ gələn üçüncü bir göstəriciyə əmsal deyilir. Əmsal hesablanarkən müqayisə üçün əsas 

götürülmüş kəmiyyət vahidə bərabər tutulur. Müqayisə edilən ədədi müqayisə üçün əsas 

götürülmüş kəmiyyətə bölüb, 100-ə vurduqda nisbi kəmiyyət faizlə ifadə edilmiş olur. Burada 

müqayisə 

 

  

 olan kəmiyyət şərti olaraq 100-ə bərabər götürülür. Bu ifadə formasından, adətən, müqayisə 



olunan kəmiyyətlə müqayisənin əsasını təşkil edən kəmiyyət bir-birinə çox yaxın olduqda 


istifadə edilir. Bəzən nisbi kəmiyyətlər promille (ədədin mində biri) və prodesimille (ədədin on 

mində biri) ilə ifadə olunur. Promilledə müqayisənin əsası şərti olaraq 1000-ə, prodesimilledə 

isə 10000-ə bərabər götürülür. Bu ifadə formalarından müqayisə olunan kəmiyyət müqayisənin 

əsasını təşkil edən kəmiyyətdən çox kiçik olduqda, başqa sözlə, əmsal və faiz ifadə 

formalarından istifadə etmək səmərəsiz, ifadəsiz olduqda istifadə olunur. 0/00-promille,      

0/000-prodesimille. Promilledən əhali statistikasında, prodesimilledən isə səhiyyə 

statistikasında geniş istifadə edilir. Bəzi müxtəlif adlı kəmiyyətləri müqayisə etdikdə adlı nisbi 

kəmiyətlər alınır. Onların adları müqayisə edilən və bazis kəmiyyətinin adlarının kombinasiyası 

əsasında əmələ gəlir. Əhalinin sıxlığı (1 km2 sahəyə düşən əhalinin sayı) və 1 nəfərə düşən 

məhsul istehsalı bu nisbi kəmiyyətlərə misal ola bilər.  

3. Nisbi kəmiyyətlərin növləri . 

Məzmunundan, yəni hansı nisbəti ifadə etməsindən asılı olaraq nisbi kəmiyyətlərin aşağıdakı 

növlərini fərqləndirirlər: 1) Müqavilə öhdəliyinin yerinə yetirilməsi nisbi kəmiyyəti; 2) Müqavilə 

öhdəliyi nisbi kəmiyyəti; 3) Dinamika nisbi kəmiyyəti; 4) Quruluş nisbi kəmiyyəti; 5) İntensivlik 

nisbi kəmiyyəti; 6) Müqayisə nisbi kəmiyyəti; 7) Koordinasiya nisbi kəmiyyəti; 8) İqtisadi inkişaf 

səviyyəsi nisbi kəmiyyəti. 

 Orta kəmiyyətlər. 

  

Konkret məkan və zaman şəraitində ictimai-iqtisadi hadisələrin dəyişən əlamətlərinin tipik 



səviyyələrini xarakterizə edən göstərici orta kəmiyyət adlanır. Hadisələrin tiplərinin və ya 

proseslərin ümumi şərtlərinin, ümumi qanunauyğunluqlarının xarakteristikası orta 

kəmiyyətlərin köməyilə həll olunan mühüm ictimai-iqtisadi məsələdir. Bu ümumi vəzifə 

aşağıdakı konkret məsələlərə ayrıla bilər: 1. Hadisənin inkişaf səviyyəsinin ümumi 

xarakteristikası 2. İki və daha artıq səviyyələrin müqayisəsi 3. Hadisələrin səviyyəsinin vaxta görə 

dəyişməsinin xarakteristikası 4. Hadisələrin əlaqənin aşkar edilməsi xarakteristikası 5. 

Planlaşdırma, proyektləşdirmə və s. bağlı olaraq hesablamaların və qiymətləndirmələrin 

aparılması Yekun göstəricinin xarakterindən asılı olaraq orta kəmiyyətlər müxtəlif real 

əhəmiyyətə malikdir.  a) Yekun göstərici real kəmiyyəti ifadə edir. Bu  halda orta kəmiyyət ilk 

növbədə yığımın miqdar nisbətlərinin ümumi xarakteristikası kimi çıxış edir. b)  Yekun göstərici 

real kəmiyyəti ifadə etmir. Bu  halda orta kəmiyyət hadisənin tipik ölçüsünü xarakterizə edir.  

Statikada  istifadə edilən ümumiləşdirici göstəricilərin ən mühüm növlərindən biri orta 

kəmiyyətlərdir. Statistika məlumatların ümumiləşdirilməsi və işlənməsi prosesində orta 

kəmiyyətin müəyyən edilməsi zərurəti meydana çıxır. Sosial-iqtisadi hadisələrə xas olan 

qanunauyğunluqların öyrənilməsində, hadisə və proseslərin dərk edilməsində orta 

kəmiyyətlərin əhəmiyyəti çox böyükdür. Məlumdur ki, hər bir yekcins statistika məcmusu fərdi 

xüsusiyyətlərə malik olan və bir-birindən kəmiyyətcə fərqlənən ayrı-ayrı vahidlər yığımından 

ibarətdir. Məsələn, hər hansı bir müəssisədə eyni bir iş prosesini həyata keçirən fəhlələrin hər 




birinin aylıq əmək haqqı, məhsul vahidi istehsalına sərf etdikləri vaxt və s. müxtəlif səbəblərə 

görə bir-birindən fərqlənə bilər. Buna baxmayaraq həmin 

 əlamətlər üzrə orta kəmiyyətləri hesablamaqla, bütün fəhlələrin ümumi xarakteristikasını 

vermək olar. Belə ki, fəhlələrin hesablanmış orta əmək haqqı həmin fəhlələrin əmək haqqının 

səviyyəsini xarakterizə edə bilər. Orta əmək haqqını hesablamadan onun səviyyəsinin hansı 

müəssisədə yüksək olduğunu söyləmək mümkün deyil.

 

 

Qruplaşdırma ilə orta kəmiyyətlər metodunun qarşılıqlı əlaqesi 



Orta kəmiyyətin hesablanması qruplaşdırma ilə əlaqələndirilməlidir. Çünki qruplaşdırma 

lazımınca əsaslandırılmadan hesablanan orta kəmiyyəti aradan qaldırmağa imkan verir. Orta 

kəmiyyəti hesablayarkən qruplaşdırma üsulunun tətbiqi həmçinin qabaqcıl və geridə qalan 

sahələri aşkar etməyə imkan verir. Qruplaşdırma metodunun tətbiqi uydurma, həqiqi vəziyyəti 

xarakterizə etməyən orta kəmiyyətlərin hesablanmasına yol vermir. Sosial-iqtisadi hadisələrin 

tipik səviyyəsini xarakterizə etmək üçün ümumi orta kəmiyyətlərlə bərabər qrup orta 

kəmiyyətləri də hesablamaq lazımdır. Qrup orta kəmiyyətlərin hesablanması qabaqcıl və geridə 

qalan sahələri aşkar etməyə imkan verir. Ümumi orta kəmiyyət hadisənin ümumi səviyyəsini 

xarakterizə etdiyi halda, qrup orta kəmiyyətlər ayrı-ayrı qrupların səviyyəsini xarakterizə edir. 

Beləliklə, ümumi orta kəmiyyətlərlə bərabər qrup orta kəmiyyətlərin hesablanması orta 

kəmiyyətlərin düzgün tətbiqinin ikinci mühüm şərtidir. Ümumi orta kəmiyyətlər arxasında 

qabaqcıl və geridə qalan təsərrüfatlar görünmür, ona görə də ümumi orta kəmiyyətlərlə 

bərabər təbəqələri (qabaqcılları və geridə qalanları) xarakterizə edən orta kəmiyyətləri də 

hesablamaq lazımdır. Belə orta kəmiyyətlər ayrı-ayrı müəssisə və təşkilatların işlərini düzgün 

qiymətləndirməyə imkan verir. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin