32. Leksik normanın əsas tələbi hansıdır?
A) Sözün düzgün tələffüz edilməsi
B) Sözün düzgün yazılması
C) Sözün düzgün tələffüz edilməsi və düzgün yazılması
D) Sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək
E) Sözlər və cümlələr arasında əlaqələrin düzgün qurulması
33. “Müğənninin həzin səsi könlümü kövrəltdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) yalnız qrammatik B) yalnız fonetik C) yalnız leksik D) fonetik və qrammatik E) leksik və qrammatik
34. Məktəbliyə “şagird” əvəzinə “tələbə” deyilərsə, ədəbi dilin hansı norması pozular?
A) qrammatik və fonetik B) fonetik C) qrammatik D) leksik və fonetik E) leksik
35. “O, qanlı döyüşlərin birində vəfat etdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoqrafik B) qrammatik C) orfoqrafik, leksik D) leksik, qrammatik E) leksik
Dostları ilə paylaş: |