25. Vurğudan asılı olaraq mənası dəyişə bilən sözü müəyyənləşdirin
A) məhkəmə B) barama C) xurma D) qovurma E) tirmə
26. “Camaat meydana axışırdılar” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur ?
A) leksik B) fonetik C) qrammatik D) leksik və fonetik E) orfoqrafik və orfoepik
27. Nitq mədəniyyətinin ən mühüm və hamıdan tələb olunan şərti hansıdır?
A) Nitqin elmiliyinə diqqət yetirmək
B) Nitqin bədiiliyinə diqqət yetirmək
C) Ədəbi dilin normalarına əməl etmək
D) Dialektizmlərdən istifadə etmək
E) Nitqin əhatəli olmasına əməl etmək
28. “Örüşdə at sürüsü otlayırdı” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik B) qrammatik C) fonetik D) leksik və qrammatik E) heç biri
29. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlənərsə, bu halda ədəbi dilin hansı norması pozulur?
A) leksik B) qrammatik C) fonetik D) orfoqrafik E) orfoepik və orfoqrafik
Dostları ilə paylaş: |