4. Vurğudan asılı olaraq mənası dəyişə bilən sözləri müəyyənləşdirin
A) yəni, nüvə B) adət, namus C) çarə, izlə D) güldür, bəzən E) azad, sanki
5. “Nigar şəkərburanın üstünə naxış çəkirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik B) fonetik və qrammatik C) fonetik D) leksik və qrammatik E) leksik
6. Üz əzələlərinin mənalı hərəkətləri hansı terminlə ifadə olunur?
A) jest B) mimika C) etiket D) nitq E) ritorika
7. Hansı ifadə görüşmə etiketlərinə aid deyil?
A) xoş gördük B) xoş gəlmisiniz C) görüşənə qədər D) sabahınız xeyir E) axşamınız xeyir
8. “Ömrün uzun olsun”, “canın sağ olsun”, “bəxtin ağ olsun” nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) müraciət B) təbrik C) görüşmə D) alqış E) ayrılma
9. “Onun yüksək hafizəsi vardır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) fonetik B) orfoepik C) leksik D) qrammatik E) orfoqrafik
10. Hansı norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün və yerində işlətməyi tələb edir
A) orfoepik B) leksik C) orfoqrafik D) morfoloji E) sintaktik
11. Hansı bəhs filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən praktik sahəsidir?
A) leksikologiya B) qrammatika C) fonetika D) nitq mədəniyyəti E) üslubiyyat
12. “Xəstənin böyük qızdırması var” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) fonetik B) leksik C) qrammatik D) orfoqrafik E) orfoepik
13. “Bu iki kitabları müəllimə çatdırın” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik B) qrammatik C) orfoepik D) orfoqrafik E) Orfoqrafik və qrammatik
Dostları ilə paylaş: |