Nitq etiketləri
Ünsiyyət zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. formalarına (ifadələrinə) nitq etiketləri, yaxud nitq yarlıqları deyilir. Nitq etiketləri xalqın milli mədəniyyətinə, təfəkkürünə, etnoqrafiyasına uyğun olur və nitq mədəniyyətinin mühüm göstəricisi hesab edilir. Nitq etiketlərinin aşağıdakı növləri var:
1. Müraciət etiketləri: Həmsöhbət yaşca böyük olduqda və ya qarşı tərəfdən tanınmadığı halda ona “siz”, deyə müraciət olunur. “Divani lüğatit-türk”də göstərilir ki, türklər özlərindən böyüklərə “siz”, kiçiklərə isə “sən “ deyə müraciət edirlər.
Həmin qayda bütün müraciət formalarında gözlənilir: bağışlayın, buyurun, xahiş edirəm, zəhmət olmazsa, lütfən və s. Qardaş! Bacı!
Dostları ilə paylaş: |