904. Aşagıdakılardan hansı tökmə ştiftli dişin hazırlanmasına göstərişdir?
a) Diş tacının 1/3 və daha çox hissəsinin olmaması
b) Dişin depulpasiya olunmasından 3 il müddətin keçməsi
c) Dişlərin patoloji sürtülməsi
d) Dişlərdə flüorozun olması
e) Dişin depulpasiya olunmasından 1 il müddətin keçməsi
Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
Şərhlər (0)
905. Düz üsulla taxmanın mum modeli harda hazırlanır?
a) Bilavasitə ağız boşluğunda
b) Yığılma modelin üzərində
c) Kombinəedilmiş modelin üzərində
d) Gümüş amalqamadan hazırlanmış modelin üzərində
e) Supergipsdən hazırlanmış modelin üzərində
Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическаястоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008