Freydə görə onun təsvir etdiyi psixi amil həm insanın cismani həyatı həm də sosial həyat
üçün müəyyən rol oynayır. Freyd iddia edir ki,cəmiyyət,etnik birliklərin tarixi,
mədəniyyət instinkt arzuların təcəssümündən başqa bir şey deyil.Tarixi proses
qeyrişüuridən izah edilməlidir.
Freydin davamçılarından olan amerikan alimi Lassuel siyasi psixologiya elminə böyük
töhfə verdi. Amerika siyasətçilərinin şəxsiyyətini analiz etmək üçün o, material kimi
onların tibbi vərəqlərindən istifadə etdi. Lassuel hər şeydən əvvəl siyasi liderlərin
davranışının gizli motivlərini axtarırdı və onları uşaqlıq dövrünün konfliktlərində tapdı.
Bu konfliktlər gələcək siyasətçilərin qəlbində zədələr yaradır. Hakimiyyət həmin
zədələrin sağalması üçün, kompensasiya etmək üçün bir vasitədir. Bu istiqamətdə
Lassuelin “Psixopatologiya və siyasət” əsəri çap olunmuşdur.
Dostları ilə paylaş: