1. Siyasi psixologiyanın mövzusu 2. Tədqiqat metodları
Adından göründüyü kimi siyasi psixologiya iki elmin inteqrasiyasından yaranmışdır. Cəmiyyətdə baş
verən hadisələri elmi baxımdan şərh etmək üçün bir sıra hallarda elmlərin inteqrasiyasına
ehtiyac
duyulur. siyasi psixologiyanın obyektini və predmetini müəyyən etmək üçün bir sıra meyarlar
mövcuddur. Siyasi psixologiyanın obyektini müəyyən etməyə çalışarkən nəzərə almaq
lazımdır ki, siyasi-psixoloji problematika yalnız bu elm çərçivəsində deyil, həm də
sosial
psixologiya, şəxsiyyət psixologiyası, etnopsixologiya, politologiya, siyasətin fəlsəfəsi,
siyasi tarix,
siyasi sosiologiya və s. elmlər üzrə əsərlərdə də özünü göstərir. Sadaladığımız elmlər sistemi ilə siyasi
psixologiyanın qarşılıqlı əlaqəsində bu elmin obyektini və predmetini müəyyənləşdirmək mümkündür.
Siyasi psixologiyanın əsas diqqət mərkəzində olan obyektlərinə daxildir:daxili siyasətin psixologiyası,xarici
siyasət və beynəlxalq münasibətlərin psixologiyası,hərbi psixologiya.
D.V. Olşanski siyasi psixologiya haqqında müstəqil elm kimi danışır. Onun fikrincə, siyasi psixologiya –
politologiya çərçivəsində olan subelmdir, buna görə də bu elm yalnız siyasətin psixologiyasını
öyrənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, siyasət öz-özlüyündə mövcud deyil, onu reallaşdıran
şəxsiyyətlər və ya insanlardır. Bu baxından siyasi psixologiya siyasi davranışın, siyasi liderin də
psixologiyasını öyrənə bilər. Bu məsələ üzrə diskusiyalar o qədər genişdir ki, onun hardan başlanıb
harada qurtardığını söyləmək olmur.
Siyasi psixologiyanın predmeti də müasir ictimai və humanitar elmlər sistemində diskusiya
mövzusu
olaraq qalmaqdadır. A.L.Andreyevin fikrincə, “siyasi psixologiya- insanların bu və ya digər siyasi hadisəni
necə qiymətləndirmə- ləri ilə, onların nəyə diqqət yetirmələri ilə, nəyə əhəmiyyət vermələri və ya rədd
etdikləri ilə, siyasi yönəlişliklərin və onların subyektiv istiqamətlərinin qüvvəsini nəyin müəyyən etməsi
ilə, bizim qəlbimizdə siyasi ehtirasın necə yaranması ilə və ya əksinə bizim nə üçün bəzən
tamamilə ciddi
olan siyasi hadisələrə qarşı biganə qalmağımızla maraqlanır”. Buna görə də müəllif hesab edir ki, siyasi
psixologiyanın predmeti “siyasi prosesə qoşulmuş insanın fikir və hissləridir”.
Daxili siyasətin psixologiyası çərçivəsində şəxsiyyətin psixologiyası tədqiq edilir.1-ci aspektdə liderin
şəxsiyyəti təhlil edilir.Bu istiqamətin banilərindən biri Ziqmund Freyd olmuşdur.O,ilk
dəfə olaraq Amerika
prezidenti Vilsonun psixoloji portretini yaratmışdır. siyasət və beynəlxalq münasibətlərin psixologiysı
çərçivəsində ayrı-ayrı dövlətlərin siyasi elitası,böyük sosial qruplar,etnik qruplar öyrənilir. Hərbi
psixologiya çərçivəsində əks tərəflə mübarizə,ordu,terror,psixoloji müharibə və s.tədqiq edilir. Siyasi
psixologiyanın aşağıdakı prinsipləri var:elmi obyektivizim prinsipi,aşkarlıq və kütləvilik prinsipi,sosial-
siyasi konteksin nəzərə alınması prinsipi,yekün nəticəyə diqqət prinsipi,bitərəflilik prinsipi.
Siyasi psixologiyada istifadə olunan çoxsaylı metodlar müxtəlif əsaslarla təsnif edilə bilərlər. Belə ki,
təsnifatın əsasında tədqiqatın obyekti, tədqiqatın kəmiyyət və keyfiyyət xarakteri, tədqiqatın məqsədi və
s. dura bilər. Obyektlərə ilk növbədə, siyasi davranışın kütləvi formaları, siyasi
təfəkkür, şüur və şəxsiyyət
fenomenləri aiddir.
Bu baxımdan siyasi psixologiyanın tədqiqat metodlarını aşağıdakı kimi təsnif edirlər: Diaqnostik
metodlar: obyektiv və subyektiv metodlar.Obyektiv metodlara testlər və eksperiment daxildir.Subyektiv
metodlara isə müşahidə və sorğular daxildir.Proqnostik metodlara modelləşdirmə,məsləhət,ehtimali
proqnozlaşdirma daxildir.Korreksion metodlara daxildir: inkişaf metodları,psixoloji
treninq,psixoanaliz,psixoterapiya.
Siyasi psixologiyanın tədqiqat arsenalında daimi yerlərdən biri də eksperiment metoduna məxsusdur.
Siyasi psixologiyada həm təbii, həm də laborator eksperimentdən istifadə olunur. Belə ki,
eksperimental
yoxlamalar nəticəsində siyasətdə insanın daranışının qanunuyğunluqları haqqında mühüm nəzəri
müddəalar öz təsdiqlərini tapmışlar. Qeyd etmək lazımdır ki, tədqiqat proseduru ilə yanaşı, siyasi
psixologiyada şəxsiyyətin siyasi davranışına, şüur və şüuraltı strukturlarına olan geniş korreksion təsir
metodlarından da istifadə olunur.