ümumi konkret məqsədlər; d) əhəmiyyətlilik dərəcəsinə görə:
əsas və əlavə
məqsədlər; c) müddətinə görə:
uzaq, orta və yaxın məqsədlər və s.
Təhsil məqsədlərinə şagirdlərdə bilik və bacarıqların formalaşdırılması,
onların fəallıq və müstəqilliyinin artırılması, ümumtəhsil bacarıq və vərdişlərinin
aşılanması (“öyrənməyi öyrətmək”), biliklərin müxtəlif sahələrə tətbiqi və s.
məqsədlər daxildir.
Tərbiyə məqsədlərinə şagirdlərdə dünyagörüşün, mənəvi – estetik,
vətəndaşlıq,
məsuliyyət, xeyirxahlıq və s. kimi keyfiyyətlərin formalaşdırılması
daxildir.
Şəxsiyyətin inkişafı məqsədlərinə mənəvi tələbatların, intellektin, idarə və
qabiliyyətlərin, habelə digər keyfiyyətlərin inkişaf etdirilməsi aid edilə bilər.
Ümumi məqsədlər kimi cəmiyyətin məktəb qarşısında qoyduğu sosial
məqsədləri, müəyyən dövr üçün aktual məqsədləri göstərmək olar.
Konkret məqsədlər dedikdə, ümumi məqsədlərdən irəli gələn və ona xidmət
edən məqsədlər başa düşülür. Məsələn, təlimdə hər hansı fənnin məqsədi ilə
yanaşı, bölmələrin və mövzuların da məqsədləri müəyyənləşdirilir.
Əhəmiyyətlilik dərəcəsinə görə əsas və əlavə (müşayiətedici)
məqsədlər
fərqləndirilir. Məktəbin
əsas məqsədi ahəngdar inkişaf etmiş, milli və bəşəri
dəyərlərə
yiyələnmiş, müstəqil və yaradıcı düşünən şəxsiyyət – vətəndaş
yetişdirməkdir. Bu əsas məqsədə uyğun olaraq təlim və tərbiyə ilə bağlı
əlavə -
müşayiətedici məqsədlər də qoyulur. Sonuncu növ məqsədlər əsas məqsədlərə görə
seçilməli və ona xidmət etməlidir.
Müddətinə görə məqsədlərə A.S.Makarenkonun tətbiq etdiyi
yaxın, orta və
uzaq perspektiv xətlər sistemini misal göstərmək olar. İnsanı yaşadan onun sabahkı
fərəhli günüdür. Kollektiv də belə fərəhli məqsədlər uğrunda birgə çalışdıqda
inkişaf edib möhkəmlənir.
Yaxın perspektiv məqsəd yaxın vaxt (7 – 10 gün) üçün
qoyulan fərəhli məqsədlərdir. Şəhid ailələrinə, tənha adamlara kömək etmək,
idman yarışı keçirmək, ad gününü qeyd etmək və s.
Orta perspektiv nisbətən çox
(2 – 3 ay) vaxt tələb edən fərəhli məqsədlərdir. Siniflərarası idman və ŞHK – nın
yarışını
təşkil etmək, tarixi bayramı qeyd etmək, məzunlarla kollektiv
məktublaşma, məktəbin ildönümünü keçirmək və s.
Uzaq perspektiv uzun müddət
(1 – 2 il) üçün qarşıya qoyulmuş fərəhli məqsədlərdir: məzunların görüşü, qabaqcıl
adamlarla görüşlər, fənn olimpiadaları, idman spartakiadaları keçirmək, məktəb
sexi və ya emalatxanası yaratmaq, məhsul istehsal etmək və s.
Pedaqoji məqsədlərin təsirini
gücləndirmək üçün bəzi şərtləri gözləmək
lazımdır: məqsədlər ictimai – faydalı səciyyə daşımalı, aydın, dəqiq və real
olmalıdır. Perspektiv məqsədlərin reallaşmasına çox əvvəldən kollektiv şəkildə
yaxşı hazırlıq görülməlidir. Qoyulmuş məqsədə nail olmağın layihəsi (yaxşı olan
iki layihəsi) hazırlanmalı, kollektiv şəkildə müzakirə olunaraq qəbul edilməli, iş
bölgüsü aparılmalı, bütün kollektiv qarşıda duran məqsədin reallaşması üçün
səfərbər edilməlidir.
İdarəetmə fəaliyyətində
məqsəd qoyuluşu mürəkkəb proses olub,
müəyyən
Dostları ilə paylaş: