Şagird komitəsi məktəbin
təlim-tərbiyə işlərində,
növbətçiliyin təşkilində,
şagirdlərin ictimai fəallığında, onların müxtəlif tapşırıqlara cəlb olunmasında
məktəb pedaqoji kollektivinə yaxından kömək göstərir, ildə iki dəfə şagirdlərin
ümumi yığıncağını keçirir. Komitə il ərzində göstərdiyi işlər haqqında ümumi
yığıncaqda hesabat verir.
Şagird özünüidarəsinə pedaqoji rəhbərlik düşünülmüş şəkildə,
seçkili
orqanlarla əməkdaşlıq şəraitində həyata keçirilir.Bu məsələdə məktəb təcrübəsində
müəyyən nöqsanlara yol verilir: ya özünüidarə orqanlarına
yersiz qəyyumluq
göstərilir, ya da onlar tam özbaşına buraxılır. Hər iki mövqe yanlışdır. Pedaqoji
kollektiv seçkili orqanların təşəbbüs və müstəqilliyini məhdudlaşdırmadan onlara
istiqamət verməyə, təşkilatçılıq bacarığı aşılamağa, çətin vəziyyətdən düzgün çıxış
yolu tapmağa, yeni təşəbbüslərə həvəsləndirməyə çalışmalıdır.
Düzgün pedaqoji rəhbərlik sayəsində həyata
keçirilən şagird özünüidarə
sistemi çox səmərəli tərbiyə vasitəsi ola bilər.