1. Təhsili idarəetmənin ümumi əsaslari



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
tehsilin-idare-olunmasl

Pedaqoji proqnozlaşdırma – xarakterizə edilən pedaqoji hadisə və proseslərin
inkişaf dinamikasını nəzərə almaqla gələcəkdə gözlənilən mümkün nəticələri
qabaqcadan görmək, təsəvvür etmək deməkdirş o, pedaqoji prosesin az səmərə
verəcəyini və real nəticələrini gözləmədən onu planlaşdırmağa və heyata
keçirməyə imkan verir.
İdarəetmədə məqsəd qoyuluşu və planlaşdırma. Pedaqoji sistemin idarə
olunması məqsədin düzgün qoyuluşundan başlayır. Çünki hər bir fəaliyyət
məqsədyönlüdür; məqsədsiz fəaliyyət yoxdur. Düzgün məqsəd səmərəli nəticəyə,
yanlış və yaxşı düşünülməmiş məqsəd isə yanlış nəticəyə gətirib çıxarır. İdarəetmə
fəaliyyəti həmişə müəyyən məsədlərin həyata keçirilməsinə istiqamətlənir.
Pedaqoji işin məqsədi təlim – tərbiyə prosesinin bütün kompanentlərini bir tam
halında birləşdirən başlıca pedaqoji kateqoriya kimi çıxış edir. Məqsəd bütövlükdə
pedaqoji prosesin ümumi istiqamətini müəyyən edir. Buna görə də idarəetmə
məqsədlərinin düzgün müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir.
Məktəbin idarə edilməsi ilə bağlı qarşıya qoyulan məqsədlər müxtəlif və
rəngarəngdir. Pedaqoji işin məqsədini müəyyən əsaslara görə təsnif etmək olar: a)
funksiyalarına görə: təhsil, tərbiyə və inkişafetdirici məqsədlər; b) miqyasına görə:


ümumi konkret məqsədlər; d) əhəmiyyətlilik dərəcəsinə görə: əsas və əlavə
məqsədlər; c) müddətinə görə: uzaq, orta və yaxın məqsədlər və s.
Təhsil məqsədlərinə şagirdlərdə bilik və bacarıqların formalaşdırılması,
onların fəallıq və müstəqilliyinin artırılması, ümumtəhsil bacarıq və vərdişlərinin
aşılanması (“öyrənməyi öyrətmək”), biliklərin müxtəlif sahələrə tətbiqi və s.
məqsədlər daxildir.
Tərbiyə məqsədlərinə şagirdlərdə dünyagörüşün, mənəvi – estetik,
vətəndaşlıq, məsuliyyət, xeyirxahlıq və s. kimi keyfiyyətlərin formalaşdırılması
daxildir. 
Şəxsiyyətin inkişafı məqsədlərinə mənəvi tələbatların, intellektin, idarə və
qabiliyyətlərin, habelə digər keyfiyyətlərin inkişaf etdirilməsi aid edilə bilər.
Ümumi məqsədlər kimi cəmiyyətin məktəb qarşısında qoyduğu sosial
məqsədləri, müəyyən dövr üçün aktual məqsədləri göstərmək olar. 
Konkret məqsədlər dedikdə, ümumi məqsədlərdən irəli gələn və ona xidmət
edən məqsədlər başa düşülür. Məsələn, təlimdə hər hansı fənnin məqsədi ilə
yanaşı, bölmələrin və mövzuların da məqsədləri müəyyənləşdirilir.
Əhəmiyyətlilik dərəcəsinə görə əsas və əlavə (müşayiətedici) məqsədlər
fərqləndirilir. Məktəbin əsas məqsədi ahəngdar inkişaf etmiş, milli və bəşəri
dəyərlərə yiyələnmiş, müstəqil və yaradıcı düşünən şəxsiyyət – vətəndaş
yetişdirməkdir. Bu əsas məqsədə uyğun olaraq təlim və tərbiyə ilə bağlı əlavə -
müşayiətedici məqsədlər də qoyulur. Sonuncu növ məqsədlər əsas məqsədlərə görə
seçilməli və ona xidmət etməlidir.
Müddətinə görə məqsədlərə A.S.Makarenkonun tətbiq etdiyi yaxın, orta və
uzaq perspektiv xətlər sistemini misal göstərmək olar. İnsanı yaşadan onun sabahkı
fərəhli günüdür. Kollektiv də belə fərəhli məqsədlər uğrunda birgə çalışdıqda
inkişaf edib möhkəmlənir. Yaxın perspektiv məqsəd yaxın vaxt (7 – 10 gün) üçün
qoyulan fərəhli məqsədlərdir. Şəhid ailələrinə, tənha adamlara kömək etmək,
idman yarışı keçirmək, ad gününü qeyd etmək və s. Orta perspektiv nisbətən çox
(2 – 3 ay) vaxt tələb edən fərəhli məqsədlərdir. Siniflərarası idman və ŞHK – nın
yarışını təşkil etmək, tarixi bayramı qeyd etmək, məzunlarla kollektiv


məktublaşma, məktəbin ildönümünü keçirmək və s. Uzaq perspektiv uzun müddət
(1 – 2 il) üçün qarşıya qoyulmuş fərəhli məqsədlərdir: məzunların görüşü, qabaqcıl
adamlarla görüşlər, fənn olimpiadaları, idman spartakiadaları keçirmək, məktəb
sexi və ya emalatxanası yaratmaq, məhsul istehsal etmək və s.
Pedaqoji məqsədlərin təsirini gücləndirmək üçün bəzi şərtləri gözləmək
lazımdır: məqsədlər ictimai – faydalı səciyyə daşımalı, aydın, dəqiq və real
olmalıdır. Perspektiv məqsədlərin reallaşmasına çox əvvəldən kollektiv şəkildə
yaxşı hazırlıq görülməlidir. Qoyulmuş məqsədə nail olmağın layihəsi (yaxşı olan
iki layihəsi) hazırlanmalı, kollektiv şəkildə müzakirə olunaraq qəbul edilməli, iş
bölgüsü aparılmalı, bütün kollektiv qarşıda duran məqsədin reallaşması üçün
səfərbər edilməlidir. 
İdarəetmə fəaliyyətində məqsəd qoyuluşu mürəkkəb proses olub, müəyyən

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin