1. Təhsili idarəetmənin ümumi əsaslari


MÖVZU 9. MƏKTƏBDAXİLİ NƏZARƏTİN İDARƏETMƏDƏ ROLU



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
tehsilin-idare-olunmasl

MÖVZU 9. MƏKTƏBDAXİLİ NƏZARƏTİN İDARƏETMƏDƏ ROLU,
FUNKSİYALARI, MƏZMUNU VƏ NÖVLƏRİ.
Əhatə olunacaq məsələlər
1. Məktəbə rəhbərlikdə məktəbdaxili nəzarətin əhəmiyyəti.
2. Məktəbdaxili nəzarəti məzmunu və vəzifələri.
3. Məktəbdaxili nəzarətə verilən tələblər.
4. Məktəbdaxili nəzarətin formaları. 
5. Məktəbdaxili nəzarətin aparici sahələri.
1. İdarəetmə işinə elmi yanaşma mövcud vəziyyəti obyektiv
qiymətləndirməyi təmin edir, məktəb kollektivinin fəaliyyətinə təkanverici təsir
etməyə imkan yaradır. Əldə edilən nailiyyətəri elmi mövqedən ümumiləşdirmək
bacarığı, real perspektiv planlar işləməyə, pedaqoji kollektivin qüvvəsini onun
(planın) yerinə yetirilməsinə istiqamətləndirməyə kömək edir, məktəblilərin təlim-
tərbiyəsinin səviyyəsini daha da yüksəltmək üçün yeni yollar açır.
İdarəetmə və rəhbərliyin prinsiplərindən biri də planlaşdırma və nəzarətdir.
Planlaşdırma idarəetmənin mərkəzi həlqəsidir. İdarəetmə sistemində
planlaşdırmanın mühüm rol oynadığı sübuta ehtiyacı olmayan bir həqiqətdir. Hər
bir iş planlaşdırmadan başlanır. Plan ölçüdür, meyardır, mayakdır, kompasdır.
Planlaşdırma - şagirdlərin təlim-tərbiyəsini daha da yaxşılaşdırmaq üçün nəzərdə
tutulan kompleks tədbirlərin müəyyənləşdirilməsi və sistemləşdirilməsidir. Bəs
nəzarət nədir? Nəzarət idarəetmənin əsas tərkib hissələrindəndir. O, öz ifadəsini
qəbul edilmiş qanunların, qərarların, sərəncamların, əsasnamələrin, qaydaların,
təlimatların, əmrlərin və s. icrasının tələbə uyğunluğunu yoxlamaq
deməkdir.Məktəb rəhbərləri, ilk növbədə, direktor əvvəlcədən ciddi götür-qoy edib
planlaşdırdığı və icra üçün kiməsə, yaxud kimlərəsə tapşırdığı işin, qərarın, əmrin,
sərəncamın və s. necə yerinə yetirildiyini, mövcud tələblərə uyğun görülüb-
görülmədiyini müntəzəm surətdə müşahidə etməli, müvəffəqiyyət və nöqsanları
vaxtında aşkara çıxarmalı, müvəffəqiyyətləri möhkəmlətmək, nöqsanları isə aradan
qaldırmaq üçün tədbirlər müəyyənləşdirməlidir.
"Nəzarət-obyektin fəaliyyətinin qəbul edilmiş qərarların, planların, normaların,


standartların, qaydaların, əmrlərin və s. tələblərinə müvafiqliyini
müəyyənləşdirmək üçün aparılan müşahidələr və yoxlamalar sistemidir".
(V.Q.Afanasyev).Mövcud reallığı nəzərə almaqla görüləcək işlərin düzgün
planlaşdırılması, icrasına operativ nəzarət edilməsi və nəticəsinin nəzərə alınması
müvəffəqiyyətin rəhnidir. Pedaqoji rəhbərlik və idarəetmədə məktəbdaxili nəzarət
mühüm yer tutduğundan, həm də o, çoxsahəli və mürəkkəb iş olduğundan bu işin
məqsədini, məzmununu, forma və metodlarını dəqiq müəyyənləşdirmək, yaxşı
dərk etmək lazımdır.
Məktəbdaxili nəzarətin məqsədi - direktiv və normativ-hüquqi sənədlərdə
irəli sürülən, məktəbin qarşısında qoyulan vəzifələrin icrasını maksimum təmin
etməkdən ibarətdir. Nəzarətin qarşısında həmçinin pedaqoji prosesin
yaxşılaşdırılmasına nail olmaq, təcrübəsiz müəllimlərə kömək göstərmək, işin
vəziyyətini ətraflı öyrənməklə vaxtında təshih etmək kimi məqsədlər durur. Bu
məqsədlərə əməl edildikdə işdəki səhvlərin qarşısını vaxtında almaq, təlim-
tərbiyənin səmərəsini artırmaq daha asan mümkün olur.Məktəbdaxili nəzarət
mürəkkəb məzmuna malik olmaqla geniş sahələri əhatə edir. Həmin sahələr daim
bir-biri ilə qarşılıqlı əlaqədədır.Məktəbdaxili nəzarətin strukturuna daxil olan
sahələr çox və rəngarəng olduğu kimi, həmin sahələr üzrə aparılan işin (nəzarətin)
forma və metodları da müxtəlifdir.
2. Müasir dövr yüksək ixtisaslı, elmi-nəzəri və metodiki cəhətdən yetkin və
səriştəli müəllim kadrları tələb edir. Belə kadrlar olmasa, məktəbin fəaliyyətini
pedaqoji cəhətdən məqsədəuyğun şəkildə təşkil etmək, təlim-tərbiyənin
keyfiyyətini günün tələbləri səviyyəsinə qaldırmaq mümkün deyil. Müəllimlərin
elmi-nəzəri və praktik səviyyəsinin yüksəldilməsinə kömək edən amillərdən biri də
məktəbdə müəllimlərlə aparılan metodik işlərdir.Aparılmış müşahidələrin və
tədqiqatların nəticəsi göstərir ki, məktəbdaxili nəzarətin məzmununa aşağıdakı
əsas istiqamətləri daxil etmək olar: 
ümumtəhsilin təşkilati-pedaqoji məsələlərinin öyrənilməsi; 

dövlət təhsil standartlarının və ümumtəhsil proqramlarının keyfiyyəti və yerinə

yetirilməsinin gedişini; 


 şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini; 

təhsil, tərbiyə və təlimin inkişafetdirici funksiyalarını həyata keçirən fənlərin

tədrisinin vəziyyətini; 
dərsdənkənar tərbiyə işlərinin təşkilini; 

pedaqoji işçilərlə işin qoyuluşu və icra vəziyyətini; 

şagirdlərin tərbiyəsi işinin təşkilində məktəbin, ailələrin və ictimaiyyətin birgə

işinin effektivliyini; 
normativ sənədlərin və qəbul olunmuş qərarların yerinə yetirilməsini.

Hazırda məktəbdə metodik işlərin iki forması - fərdi və kollektiv formaları
geniş yayılmışdır.Fərdi iş formasına-müəllimin öz planı əsasında qabaqcıl pedaqoji
təcrübəni öyrənməsi, səriştəli həmkarlarının dərslərini, yaxud pedaqoji və metodik
mövzulara həsr olunmuş radio və televiziya verilişlərini müntəzəm surətdə
dinləyib özü üçün nəticə çıxarması, İKT-nin imkanlarından istifadə etməklə
İnternet vasitəsilə lazımi informasiyaları əldə etməsi, özünütəhsil yolu ilə pedaqoji,
psixoloji və metodik ədəbiyyatı mütaliə etməsi, elmi-praktik konfranslarda,
ixtisasartırma kurslarında, treninqlərdə vaxtaşırı iştirakı, pedaqoji və metodiki
mövzularda layihə hazırlaması, məruzə ilə çıxış etməsi, məqalə yazması və s.
daxildir. Metodiki işin kollektiv forması isə ibtidai sinif müəllimlərinin, sinif
rəhbərlərinin, günüuzadılmış qrup tərbiyəçilərinin, fənlər üzrə müəllimlərin
metodbirləşmələrində həmkarlıq birləşməsidir. Metodik işin fənlər üzrə kollektiv
formalarında müxtəlif xarakterli işlər aparılır. Nümunə üçün aşağıdakıları
göstərmək olar: müvafiq fənlər üzrə tədris proqramları materiallarının
məqsədəuyğun şəkildə planlaşdırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib
ümumiləşdirilməsi, "açıq dərs"lərin planlaşdırılması, təşkili və təhlili (kollektiv
müzakirəsi), psixologiya, pedaqogika və metodikaya aid elmi yenilikləri
müəllimlər arasında yaymaq, müvafiq mövzunun və ya fənnin tədrisi zamanı
özünü göstərə biləcək çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər
görülməsi, yeni çıxmış dərslik və ya metodik vəsaitin müzakirəsi, metodbirləşmə
üzvlərinin öz qüvvəsi ilə müəyyən vəsait hazırlamaq, təlimin səmərəli vasitə və
yollarını müəyyənləşdirib tövsiyə etmək, müəllimlərin fəaliyyətindəki nailiyyətləri


əks etdirən sərgilər düzəltmək, rəhbər orqanların təlimati və metodik
məktublarının, tövsiyələrinin öyrənilməsi və həyata keçirilməsi, metodbirləşmə
üzvlərinin tematik planlarının nəzərdən keçirilməsi, fakültativlərin işinin
istiqamətləndirilməsi və s.Məktəb apardığı təlim-tərbiyə işlərini dövrün tələbləri
səviyyəsində təşkil etmək üçün zəngin maddi-texniki bazaya malik olmalıdır. Bu
anlayışa nələrin daxil olduğunu yuxarıda qeyd etmişik, ona görə də maddi-texniki
bazaya daxil olan parametrləri bir daha təkrar sadalamağı məqsədəuyğun hesab
etmədik. Ölkədə təhsil sahəsində aparılan islahatlar "ümumi icbari orta təhsilin
təkmilləşdirilməsi və inkişafı, hər şeydən əvvəl, onun tədris-maddi bazasının
lazımi şəraitlə - təlim-tərbiyə işlərinin aparılması üçün zəruri olan müvafiq baza
ilə, təmin olunmasını qətiyyətlə tələb edir" 
3. Mövcud pedaqoji ədəbiyyatda məktəbdaxili nəzarətin məqsədi məktəb
strukturuna aid olan sahələrin işinin məzmunu ilə bağlanır, hər bir konkret şərait
üçün
müəyyənləşdirildiyi
qeyd
olunur.Təhsilin
humanistləşdirilməsi,demokratikləşdirilməsi,dünyəviləşdirilməsi istiqa-mətlərində
axtarışların genişləndirildiyi bir zamanda məktəbə nəzarətin sisteminə daxil olan
tərəflərin də dəyişdirilməsinə ehtiyac duyulur. Belə ki, pedaqoji ədəbiyyatda
nəzarət ediləcək sahələrə icbari təhsil; ayrı-ayrı fənlərin tədrisi; dövlət
proqramlarının yerinə yetirilməsi; şagirdlərin bilik, bacarıq və vərdişlərinin
səviyyəsi; sinifdənxaric və məktəbdənkənar tədbirlər; ailə və ictimaiyyətlə iş;
məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və s. daxil edilir. Həmin mənbədə
sahələrdən biri "metodik iş, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilib
yayılması" kimi formula edilmişdir. İllik nəzarət məsələləri planlaşdırılarkən məhz
pedaqoji təcrübənin başlanılmasından başa çatdırılana qədərki dövrünün nəzarəti
də nəzərə alınmalıdır. Məktəb işlərinə nəzarətin bir sıra tələbləri vardır. Professor
N.Əhmədovun "Məktəbdaxili nəzarətin forma və metodları" (Bakı, 1988)
kitabında nəzarətə verilən tələblər kimi aşağıdakılar qeyd və şərh olunmuşdur:
səmərəlilik, işin keyfiyyət və səmərəsinin yüksəldilməsi üçün stimul olması,
təsirlilik, elmilik, faktların doğruluğu və mötəbərliliyi, planauyğunluq,
məqsədyönümlülük, sistematiklik, əhatəlilik, perspektivlik, prinsipiallıq, aşkarlıq


və s.
Müşahidələrimizdən aydın olur ki, heç də bütün məktəblərdə məktəbdaxili
nəzarətin sistemi dərs ilinin lap əvvəlindən planlaşdırılmır. Bu problemin bir
tərəfidirsə, başqa bir tərəf pedaqoji təcrübəyə gələnlərin fəaliyyəti ilə bağlı
məsələlərin məcmusudur. Metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin
məktəbə gəlişi, əslində, tədris müəssisəsində məsuliyyət və yaradıcılıq əhvali-
ruhiyyəsi doğurmalıdır. Məktəb rəhbərliyi, pedaqoji kollektiv bunu ali məktəb
(orta ixtisas) rektorluğunun (direktorluğunun), tədris hissəsinin, fakültə
dekanlığının orta məktəb kollektivinə inamı, etibarı kimi qəbul etməlidirlər.
Deməli, orta və ali (orta ixtisas) məktəbi arasında birgə fəaliyyət imkanı yaranır.
Bu imkandan istifadə etməklə ümumilikdə təhsil sistemi qarşısında duran
vəzifələrdən bir neçəsini reallaşdırmaq olar. Əsasnamə və nizamnaməyə görə,
direktor təcrübəyə gələnləri şəxsən qarşılamalı, pedaqoji rəhbər və metodist
müəllimi dinləyib təcrübə vaxtını dəqiqləşdirməli, sınaq və zaçot dərslərinin
təşkilini bilavasitə direktor müavininə həvalə etməklə özü nəzarət
etməlidir.Məktəb direktorluğu təcrübəçi tələbələrin normal çalışmaları, müşahidə
aparmaları üçün, ilk növbədə, sinif üçün əlverişli şərait yaratmalıdır.
4. Məktəb rəhbərliyinin məktəbdaxili nəzarət formaları pedaqoji ədəbiyyatda
ümumiləşdirilmişdir. Buraya tematik, frontal, xəbərdarlıqlı, şəxsi, ardıcıl, icmal,
sinif-ümumiləşdirici, iki-üç müəllimin eyni ixtisas üzrə eyni mövzuda dərsini
öyrənmək, qarşılıqlı dərs dinləmə kimi formalar daxildir.Pedaqoji ədəbiyyatda
nəzarətin ümumi, xüsusi və spesifik formalarını qeyd edirlər.Məktəbdaxili
nəzarətdə fəaliyyət göstərən ümumi formalara - tematik (məsələn, məktəb işinin bu
və ya digər sahəsinin müəyyən mövzu çərçıvəsində müşahidə edilməsi,
yoxlanılması, öyrənilməsi), frontal (məsələn, məktəb işinin bütöv bir sahəsinin
öyrənilməsi, yaxud eyni vaxtda sinif şagirdlərinin hamısının təlim-tərbiyə
fəaliyyətinin nəzarətdə saxlanması və s.), kompleks (misal üçün məktəbin, yaxud
bütöv bir pedaqoji kollektivin fəaliyyətinin hərtərəfli yoxlanması) və qrup halında
nəzarət formaları daxildir (məsələn, məktəbdə eyni fəndən dərs deyən müəllimlərin
dərslərinin yoxlanılması, yaxud bir qrup şagirdin bilik və tərbiyəlilik səviyyəsinin


nə dərəcədə olmasını müəyyənləşdirmək və s.).
Xüsusi formalara - fərdi nəzarət (məsələn, tək bir müəllimin fəaliyyətinin
öyrənilməsi), icmal nəzarəti (təlimin metodlarını təkmilləşdirmək sahəsində
kollektivin gördüyü işlərə dair müəyyən təsəvvür əldə etmək məqsədilə aparılan
yoxlama, yaxud rüblərin, dərs ilinin sonunda yekun xarakteri daşıyan yoxlamalar
və s.), izləyici nəzarət (misal üçün bir neçə müəllimin bu və ya digər sahədəki
fəaliyyətini uzun müddət ərzində müəyyən ardıcıllıqla müşahidə edib öyrənmək),
müqayisəli nəzarət (məsələn, bir sinfin təlim müvəffəqiyyətini başqa bir paralel
sinfin təlim müvəffəqiyyəti ilə müqayisəli şəkildə öyrənmək), ümumiləşdirici
nəzarət (məsələn, hər hansı sinif çərçivəsində müəyyən sahə üzrə aparılan bir neçə
günlük yoxlamanın nəticəsinin ümumiləşdirilməsini) və s. formaları aid etmək
olar.
Məktəbdaxili nəzarətin spesifik formaları da vardır.Məktəbdaxili nəzarətin
növ, forma və metodlarının nəzəri və təcrübi işlərdə aktuallığını və hazırda
bunların mübahisəli xarakter daşıdığını nəzərə alaraq bu işlərin optimal həllinin
tapılmasına dair qabaqcıl ölkələrdə aparılan işlərin təhlilinə və alınmış nəticələrin
Azərbaycan təhsil sistemində tətbiqi yollarının işlənilməsinə böyük ehtiyac vardır.
Bir çox pedaqoji ədəbiyyatda nəzarətin növlərinin təsnifatı – ilkin, icbari, yekun;
digərlərində ilkin-icbal, şəxsi, tematik, frontal və sinif-ümumiləşdirmə kimi
verilmişdir. Müasir pedaqoqlar tərəfindən verilmiş məktəbdaxili nəzarətin növləri
və formalarına dair təsnifat hazırda daha geniş tətbiq sahəsi tapmışdır. Bu təsnifat
məntiqi quruluşuna görə digərlərindən seçilir, ən başlıcası isə nəzarətin növləri və
formaları pedaqoji prosesin prinsiplərinə uyğun gəlir və məktəbdaxili nəzarətin iki
növünə – tematik və hərtərəfli- üstünlük verilir. Tematik nəzarət pedaqoji
kollektivin, ayrı-ayrı müəllimlərin və ya müəllimlər qrupunun fəaliyyətində,
məktəbin müxtəlif pillələrində, şagirdlərin mənəvi və estetik tərbiyə sistemində
konkret məsələnin dərindən öyrənilməsinə istiqamətləndirilir. Deməli, tematik
nəzarətin mahiyyətinin məqsədyönlü öyrənilməsi tələb olunan pedaqoji prosesin
müxtəlif istiqamətləri, xüsusi məsələlər, məktəbdə tətbiq olunan innovasiyalar və
qabaqcıl pedaqoji təcrübənin nəticələrinin tətbiqini müəyyən edir. Hərtərəfli


nəzarət pedaqoji kollektivin, metodik birliklərin və ya ayrı-ayrı müəllimlərin
fəaliyyətinin tamlıqla öyrənilməsinə yönəldilir. Qeyd etmək lazımdır ki, hərtərəfli
nəzarət metodundan müəllimlərin attestasiyası zamanı, məktəbin fəaliyyətində
ümumtəhsilin vəziyyəti, tədris prosesinin təşkili, valideynlərlə iş, maliyyə-
təsərrüfat fəaliyyəti və s. araşdırılarkən də istifadə etmək olar. Bunlar məktəbdaxili
nəzarətin strukturuna daxil olan sahələrin özləri qədər müxtəlifdir. Belə ki, spesifik
nəzarət formaları hər sahənin ancaq özünəməxsus olan, ancaq onun üçün
səciyyəvi olan yoxlamalardır. Dərsin müşahidəsi, sinif rəhbərinin tərbiyəvi işinin,
dərs cədvəlinin tərtibinin pedaqoji tələblərə uyğunluğunun yoxlanması, məktəbin
təsərrüfat fəaliyyətinə nəzarət və sair belə yoxlamalar spesifik yoxlamalardır.




Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin