MÖVZU 11. TƏHSİLİN İDARƏ OLUNMASINDA PEDAQOJİ ÜNSİYYƏT,
PEDAQOJİ MÜNAQİŞƏLƏR VƏ ONLARIN HƏLLİ
Əhatə olunacaq məsələlər
1. Pedaqoji ünsiyyət və idarəetmədə onun rolu.
2. Pedaqoji əməkdaşlı və onun əlamətləri.
3. Pedaqoji ustalıq və fakt.
4. Pedaqoji münaqişələr və onların həlli.
Pedaqoji ünsiyyət və idarəetmədə onun rolu. Məktəbin idarə edilməsində
pedaqoji ünsiyyət mühüm rol oynayır: idarəetmə fəaliyyəti pedaqoji ünsiyyətin
düzgün təşkili vasitəsilə həyata keçirilir. Təlim – tərbiyə və idarəetmə işi öz
mahiyyəti etibarilə ünsiyyət prosesidir: müəllim və şagirdlərin davranış və
fəaliyyəti, işə münasibəti, emosional vəziyyəti ünsiyyətin necə qurulmasından
asılıdır. Ünsiyyətsiz hec bir fəaliyyət, o cümlədən pedaqoji fəaliyyət mümkün
deyildir. Buna görə də məktəbdə səmərəli ünsiyyətin qurulmasına xüsusi diqqət
yetirilməlidir.
Ünsiyyət nədir? O, quruluş etibarilə hansı ünsürlərdən ibarətdir? Səmərəli
ünsiyyəti necə təmin etmək olar? Ünsiyyətin düzgün təşkili onun mahiyyətini,
mexanizmini və şərtlərini dərk etməklə sıx bağlıdır.
Ünsiyyət – insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir – birini
qavraması prosesidir. O, əsas sosial tələbatlardan biri, tərbiyənin başlıca
vasitəsidir. Müasir psixoloji – pedaqoji ədəbiyyatda ünsiyyətin 3 tərəfi
fərqləndirilir:
- informasiya mübadiləsi (kommunikativ tərəf);
- insanların qarşılıqlı təsiri (interaktiv tərəf);
- insanların bir birini qavraması (perseptiv tərəf);
Ünsiyyətin qeyd edilən tərəflərinə müvafiq olaraq onun 3 funksiyası özünü
göstərir: informasiya vermək, təsir göstərmək, insanı duymaq funksiyalar.
Ünsiyyətin kommunikativ funksiyası – informasiya mübadiləsi pedaqoji
fəaliyyətin əsasını təşkil edir. Bu yolla insanlar təsəvvürləri, fikirləri, ideyaları,
hissələri ilə bölüşür, başqa adamları dinləməyə və başa düşməyə çalışırlar.
İnformasiya həm təsbitedici (məlumat formasında), həm də təhrikedici (məsləhət,
əmr, xahiş formasında) ola bilər.
Ünsiyyətin interaktiv funksiyası – insanların qarşılıqlı təsiri ünsiyyətin
nüvəsini təşkil edir. Bu zaman onlar bir – birlərinə təsir göstərirlər (məsələn,
tələbkarlıq, mədənilik, takt, qətiyyətlilik, intizamlılıq və s).
Ünsiyyətin persptiv funksiyası insanların bir – birini qavraması, anlaması və
öz şəxsiyyətini ifadə etməsi ilə bağlıdır. Bu zaman insan başqalarının özünü
düzgün anlamasına,inam qazanmağa, mədəni nitqə yiyələnməyə çalışır. O, eyni
zamanda başqalarının hissi aləmini duymağa, dərdinə şərik olmağa, mövqeyini
başa düşməyə səy göstərir.
Ünsiyyətin qeyd edilən, funksiyaları bir – birilə sıx bağlıdır və vəhdətdə
həyata keçirilməlidir. Bəzən məktəbdə ünsiyyətin ancaq bir funksiyasına –
informasiya vermək funksiyasına daha çox yetirilir, digər iki funksiya diqqətdən
yayınır. Bu da təlim – tərbiyə prosesini çətinləşdirir. Bu halda müəyyən
informasiya (bilik) verilsə də, müəllim – şagird münasibətləri, onların qarşılıqlı
təsiri, bir – birini anlaması təmin edilmir. Nəticədə dərslərdə, münasibətlərdə
çətinliklər, gərginlik baş verir. Ünsiyyətin hər üç funksiyası vəhdətdə həyata
keçirildikdə isə (işgüzar mühit, sağlam mənəvi – psixoloji iqlim yaradıldıqda) belə
hallar müşahidə olunur. Buna görə də hər bir müəllim (xüsusən gənc müəllimlər)
tədris etdikləri fənni mükəmməl bilməklə yanaşı, pedaqoji ünsiyyət qabiliyyətinə
də yaxşı yiyələnməlidirlər. Şagirdlər də müəllimə məhz bu qabiliyyətinə görə daha
çox qiymət verirlər.
Ünsiyyət qabiliyyətinin inkişafı insanların qarşılıqlı münasibətləri ilə
şərtlənir. Pedaqoji kollektivdə qarşılıqlı münasibətlərin xarakteri ünsiyyətin
xarakterinə mühüm təsir göstərir. Qarşılıqlı münasibətlər müxtəlifdir. Psixoloji
ədəbiyyatda (Ə.Bayramov, Ə.Əlizadə və b.) onların iki əsas tipi fərqləndirilir: a)
rəsmi (və ya formal); b) qeyri – rəsmi (və ya qeyri - formal) qarşılıqlı münasibətlər.
Rəsmi qarşılıqlı münasibətlər ictimai funksiyalarla bağlı olub, işgüzar
münasibətlərdə ifadə olunur. Məktəbdə “direktor – müəllim”, “müəllim –
müəllim”, “müəllim - şagird” tipli münasibətlər buna misal ola bilər. Belə
münasibətlər rəsmi xarakter daşıyır və müvafiq inzibati – hüquqi qaydalarla tənzim
olunur. Qeyri – rəsmi qarşılıqlı münasibətlər simpatiya vı antipatiyaya əsaslanaraq
kollektivin həyatana müəyyən təsir göstərir və müvafiq psixoloji iqlim yaradır.
İnsanlar arasındakı qarşılıqlı münasibətlərin tiplərinə müvafiq olaraq
pedaqoji ünsiyyətin də iki forması özünə göstərir: formal və qeyri – formal
ünsiyyət. Pedaqoji kollektivlərdə bu ünsiyyət formalarından birinə (formal və ya
qeyri - formal) meylli olan məktəb rəhbərləri və müəllimlər az deyildir. Həmkarları
və şagirdlərlə, bir qayda olaraq, formal (rəsmi) ünsiyyət quran məktəb rəhbərləri və
müəllimlər həmişə təlimat və əmrlər əsasında hərəkət edir, rəsmiyyətçilik göstərir,
qarşı tərəfdən ancaq rəsmi qaydalara, təlimata uyğun fəaliyyət göstərməyi tələb
edirlər. Bu cur rəsmi ünsiyyət münasibətlərində gərginlik, soyuqluq və müəyyən
sədd yaradır, adamlarda tabeçilik, mütilik, kor – koranə fəaliyyətə meyl aşılayır. O,
habelə təşəbbüsü məhdudlaşdırır, pedaqoji yeniliklərə biganəlik yaradır.
Qeyri – formal ünsiyyətə meylli olanlar da vardır. Belələri həmkarlara və
şagirdlərlə çox yaxınlıq edir, aralarındakı pedaqoji pərdəni görürür, lazımi
tələbkarlıq göstərmirlər. Nəzərdən keçirilən ünsiyyət formalarından heç birini
universallaşdırmaq olmaz: birinci hal münasibətlərdə rəsmiyyətçiliyə,
konservatizmə gətirib çıxardığı kimi, ikinci hal anarxiyaya, özbaşınalığa, pedaqoji
“pərdənin” götürülməsinə səbəb ola bilər. Pedaqoji fəaliyyətdə konkret vəziyyəti
nəzərə almadan hər hansı ünsiyyət formasına aludə olmaq məktəbdə təlim – tərbiyə
işinə ciddi ziyan vurur.
Buna görədə ünsiyyət formalarını düzgün əlaaələndirmək, konkret
situasiyadan, insanların yaş və fərdi xüsusiyyətlərindən asılı olaraq yerinə görə
onları tətbiq etmək lazımdır. Məktəb rəhbəri, müəllim bilməlidir ki, kiminlə, hansı
məqsədlə ünsiyyət qurur və buna müvafiq olaraq ünsiyyət tərzində müəyyən
korrektə işi aparmalıdır. Belə bir dəyişiklik edərkən unutmaq olmaz ki, ünsiyyət
həmişə, hər yerdə və hər kəslə dialoji və demokratik şəkildə qurulmalıdır. Bu halda
ünsiyyətin məzmunu, üslubu, vasitə və təsirləri şəraitə görə tənzim ediləcəkdir.
Məktəbdə pedaqoji ünsiyyətə və qarşılıqlı münasibətlərin tənzimlənməsinə
bir çox amillər təsir göstərir. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir: a)
təlim – tərbiyə və idarərtmənin demokratikləşdirilməsi; b) məktəb həyatının
humanistləşdirilməsi; c) kollektivdə pedaqoji əməkdaşlığın formalaşdırılması; ç)
kollektivdə müsbət mənəvi – psixoloji iqlimin və emosional övqatın yaradılması;
d) məktəbə rəhbərliyin xarakteri; e) məktəb rəhbərliyinin şəxsi keyfiyyətləri; f)
məktəbdə özünüidarənin inkişafı və s.
Pedaqoji kollektivdə səmimi ünsiyyətin yaradılması, bütövlükdə təlim –
tərbiyənin
keyfiyyəti
məktəbin
demokratikləşdirilməsi
və
humanistləşdirilməsindən başlayır. Bu isə bir sıra cəhətlərdə özünü göstərir:
pedaqoji və şagird kollektivlərinin hüquq və müstəqilliyinin, özünüidarənin
genişləndirilməsi; təlim – tərbiyə prosesinin demokratikləşdirilməsi; “məktəb
rəhbərləri – müəllim”, “müəllim – şagird” münasibətlərinin
demokratikləşdirilməsi; qərarların qəbulunda kollegiallıq; aşkarlıq, plizalizm; söz
və tənqid azadlığı; əməyin qiymətləndirilməsində ədalətlilik və obyektivlik;
məktəbdə vəzifələrin seçkili əsasda tutulması; kollektivin ictimai rəyinə geniş
istinad edilməsi; neqativ hallara qarşı ictimai tənbehin genişləndirilməsi və s.
Bütün bunlar məktəbdə demokratikmühitin yaradılmasına imkan verir.
Demokratiya humanizmdən ayrılmazdır. Məktəb rəhbərləri və müəllimlər
uşağa insan kimi, qiymətli dəyər kimi yanaşmalı, onun şəxsiyyətinin inkişafı üçün
hər cür qayğı göstərməlidir. Rəhbərlik və idarəetmə tabeçiliyə yox, pedaqoji
əməkdaşlığa əsaslandıqda şagirdlərin inkişafı üçün daha əlverişli şərait yaranır.
“Məktəb rəhbərləri – müəllim – şagird” münasibətləri məktəbdə yaradılan
şəraitdən – tabeçilik (avtoritar) və əməkdaşlıq (demokratik) rəhbərlik üslubundan
asılı olaraq müxtəlif xarakter kəsb edir. İki rəhbərlik tipində pedaqoji
münasibətlərin xarakterini müqayisəli şəkildə nəzərdən keçirək.
Pedaqoji əməkdaşlığın əsas əlamətləri
Birgə fəaliyyətin parametrləri Avtoritar rəhbərlik (tabeçilik münasibətləri)
Demokratik rəhbərlik (əməkdaşlıq münasibətləri)
1.
Motivasiya Şagirdlərin fəaliyyəti qorxuya əsaslanır
Fəaliyyət könüllüyə
əsaslanır.
2.
Təsir vasitələri
Əmr, qadağan cəza
İnandırma, xahiş, məsləhət
3.
Qarşılıqlı münasibətlərin xarakteri
Şagirdə passiv obyekt kimi baxılır,
daim ona nəzarət edilir. Dialoq, təşəbbüs və özünənəzarətə əsaslanır. Şagirdə həm
obyekt, həm də subyekt kimi baxılır.
4.
Şəxsiyyətlərarası münasibətlərin xarakteri Qarşılıqlı inamsızlıq və
emosional qapalılığa əsaslanır Qarşılıqlı inama və emosional açıqlığa əsaslanır.
Göründüyü kimi, demokratik rəhbərlik üslubu bütün göstəricilər baxımından
pedaqoji əməkdaşlıq üçün əlverişli şərait yaradır. Buna görə də hər bir məktəbdə
avtoritar rəhbərlik tipini demokratik rəhbərliklə əvəz etmək lazımdır.
Pedaqoji əməkdaşlıq məktəbin bütün fəaliyyətinə - təlim – tərbiyə işinə,
idarərtməyə, xüsusən müəllim – şagird münasibətlərinə güclü üsbət təsir göstərir.
Əməkdaşlıq müəllimlə şagird arasındakı səddi götürməyə, inam, hörmət və
tələbkarlığa əsaslanan ünsiyyət qurmağa imkan verir. O, eyni zamanda yaşlılarla
uşaqlar arasında müşahidə olunan inamsızlıq, qorxu, qərəzçilik, qeyri – səmimiliyi
aradan qaldırır, şəxsiyyətlərarası münasibətlərə bir saflıq, səmimilik gətirir.
Müəllim və şagirdlərin birliyinə əsaslanan vahid ümumməktəb kollektivinində yeni
ünsiyyət mühiti yaranır. Belə mühitdə hər kəsin daxili azadlığı, şəxsi ləyaqəti,
hörmət və etimad hüququ bərqərar olur.
Kollektivdə humanist, əməkdaşlıq mühitinin yaranması üçün hər kəs –
məktəb rəhbərləri, müəllim və şagirdlər pedaqoji ünsiyyət mədəniyyətinə
yiyələnməlidir.
Bunun üçün pedaqoji və psixoloji ədəbiyyatda qeyd edilən bəzi şərtlərə əməl
etmək tələb olunur:
- ünsiyyətdə peşə etikasına ciddi əməl lazımdır;
- ünsiyyət insandan böyük səbr, dözümlülük tələb edir; müəllim daim bu
keyfiyyəti özünə inkişaf etdirməlidir;
- hər cür vəziyyətdə düzlük, alicənablıq və peşə borcunu daim yadda
saxlamaq lazımdır;
- ünsiyyətdə başqalarına qarşı həssas olmaq lazımdır;
- istənilən ünsiyyət şəraitində özünü itirməmək üçün cəsarətli olmaq
lazımdır;
- insanın ləyaqətini etiraf etməkdə onda olan ən yaxşı cəhətləri inkişaf
etdirmək mümkündür. Qiymət verməkdə ürəyiaçıq, tərifləməkdə səxavətli olmaq
lazımdır;
- xeyirxahlıq, diqqətlilik, insanı anlamaq – onun fikrini və mövqeyini
dəyişməyə ən qızğın qəzəbdən daha tez qadirdir;
- müsahibin fikrinə hörmətlə yanaşmaq, məsələlərə onun mövqeyindən
baxmaq daha səmərəlidir;
- tənqid təhlükəlidir, çünki o, adamın qururuna zərbə vurur, inciklik yaradır,
insanı müdafiəyə keçməyə məcbur edir;
- vəziyyəti ayıq qiymətləndirmək lazımdır; bu hal uğurdan lovğalanmağa,
uyğunsuzluqdan isə ruhdan düşməyə imkan vermir;
- anlaşılmazlığı mübahisə ilə deyil, yalnız nəzakət, diplomatiya və
mehribanlıqla aradan götürmək olar.
Ünsiyyət mədəniyyəti müəllimin ümumi mədəniyyətindən,
dünyagörüşündən, sərvət meylləri və dəyərlərindən, şəxsi keyfiyyətlərindən
asılıdır. Buna görə də müəllim daim öz inkişafı, o cümlədən ünsiyyət
mədəniyyətinin yüksəlməsi üzərində daim çalışmalı, pedaqoji ustalığa
yiyələnməlidir.
Pedaqoji ustalıq və takt. Məktəbə, təlim – tərbiyə prosesinə səmərəli
rəhbərliyin vacib şərtlərindən biri məktəb rəhbərlərinin pedaqoji ustalığa
yiyələnməsindən ibarətdir. Pedaqoji ustalıq dedikdə, pedaqoji peşə fəaliyyətinin
yüksək səviyyədə təşkilini təmin edən şəxsiyyətin kompleks keyfiyyətləri başa
düşülür. Ustalıq tərbiyə prosesinə dair mükəmməl biliyə və mükəmməl bacarıqlara
əsaslanır. O, hər şeydən əvvəl, təşkilatçılıq işidir: məktəb həyatını, təlim – tərbiyə
prosesini ustalıqla təşkil etməkdə özünü göstərir. Tərbiyə işinin ustası
A.S.Makarenkonun sözləri ilə desək, ustalıq – şagirdlərin səmərəli inkişafını
stimullaşdıran pedaqoji situasiyalar təşkil etmək bacarığıdır. Başqa sözlə, pedaqoji
ustalıq kollektivə və hər bir fərdə tərbiyəvi təsir göstərmək üçün əlverişlı şərait
yaratmaq və bu məqsədlə yaradıcı kollektiv fəaliyyəti təşkil etmək deməkdir. Belə
ustalığa hər bir müəllim və məktəb rəhbəri yiyələnməlidir.
Müəllimin pedaqoji ustalığı. Müəllimin pedaqoji ustalığı – az qüvvə və vaxt
sərf etməklə səmərəli nəticələrə nail olmaq bacarığıdır. Bu bacarığa yiyələnən
müəllim təlim – tərbiyə işini düzgün qurmaqla yüksək nəticələr qazanır, şagirdlərlə
yaxşı ünsiyyət yaradır, böyük hörmət və nüfuz sahibi olur. Pedaqoji ustalıq
müəllimin fəaliyyətinin humanist istiqamətliyinin, pedaqoji bilik və qabiliyyətinin,
habelə pedaqoji texnikasının məcmusudur. Pedaqoji ustalığın bu ünsürlərini
ayrılıqda nəzərdən keçirək.
1) Müəllim şəxsiyyətinin humanist istiqaməti – pedaqoji fəaliyyətin və
ustalığın əsasını təşkil edir. Buraya müəllimin idealları, maraqları, sərvət meylləri,
dünyagörüşü, pedaqoji fəaliyyətə və şagirdə baxışları və s.daxildir. Humanist
istiqamət gündəlik konkret vəzifələrin həllində müəllimin düzgün mövqe
tutmasına, məqsədəuyğun şəkildə fəaliyyət göstərməsinə, şagirdlərlə normal
ünsiyyət qurmasına, pedaqoji fəaliyyətin strategiya və taktikasını düzgün
müəyyənıəşdirməsinə kömək göstərir.
2) Pedaqoji peşə bilikləri – müəllimin ustalığının vacib şərtidir. Elmi –
pedaqoji biliklərə mükəmməl yiyələnmədən, nəzəri bilikləri təcrübəyə tətbiq
etmədən ustad müəllim olmaq mümkün deyildir. Eyni pedaqoji təhsilə və staja
malik olan iki müəllimin pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk
növbədə, onların nəzəri hazırlığı və pedaqoji ustalığı ilə izah olunur.
Müəllim psixoloji biliklərə də yiyələnməli, yaxşı psixoloq olmalıdır.
Pedaqogika və psixologiyanı yaxşı bilməyən müəllim, K.D.Uşinskinin sözləri ilə
desək, lazımi tibbi hazırlığı olmayan ara həkiminə bənzəyir. Təbiidir ki, bu cür
“həkimin” “müalicəsi” heç bir nəticə vermir. Müəllim – tərbiyəçi də belədir:
pedaqogika və psixologiyanı bilməyən müəllim də pedaqoji fəaliyyətdə kortəbii
hərəkət edir, şagirdlərə lazımi təsir göstərə bilmir, tədris – tərbiyə işini səmərəli
qurmaqda çətinlik çəkir.
3) Pedaqoji ustalığın mühüm bir ünsürünü pedaqoji peşə qabiliyyətləri təşkil
edir. Müəllim pedaqoji peşə qabiliyyətlərinə - akademik, didaktik, konstruktiv,
ünsiyyət, təşkilatçılıq, persptiv və b. qabiliyyətlərə mükəmməl yiyələndiyi zaman
ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər ayrılıqda yox, qarşılıqlı vəhdətdə,
kompleks halında tətbiq olunduqda yüksək nəticələr əldə etmək mümkündür.
Bəzi pedaqoji – psixoloji ədəbiyyatda (N.V.Kuzmina, İ.A.Zyazyun)
müəllimin peşə qabiliyyətləri içərisində mərkəzi yer tutan, digərlərini özündə
birləşdirən qabiliyyət kimi insana – formalaşmaqda olan şagird şəxsiyyətinə
emosionol münasibət, həssaslıq yüksək qiymətləndirilir. Həssas müəllim
şagirdlərin daxili mənəvi aləmini ürəkdən duyur, onları başa düşür, dərdlərinə və
sevinclərinə şərik olur, onların da həssas, dolğun şəxsiyyətlər kimi formalaşmasına
çalışır.
4) Müəllim pedaqoji ustalığının daha vacib bir ünsürünü pedaqoji texnika
təşkil edir. Pedaqoji texnika müəllimin davranışının zahiri forması olub, bir sıra
bacarıqlarda ifadə olunur: müəllimin xarici görünüşü, özünü idarə etməsi
emosional vəziyyəti, nitq texnikası və s.
Müəllimin zahiri görkəmi estetik və pedaqoji tələblərə cavab verməlidir:
onun geyimi, saçı səliqəli, qadın müəllimlərin istifadə etdikləri bəzək əşyalar və
kosmetik vasitələr müəyyən hədd çərçivəsində olmalıdır. Müəllimin zahiri
görkəminin estetik təsiri onun sifət ifadəsində, yerişində, oturuşu və duruşunda,
baxışında, jestlərində, yəni davranışın hər bir xırdalığında öz əksini tapmalıdır.
Pedaqoji texnika müəllimin öz emosiyalarını, əhvalını idarə etmək
bacarığında da istidafə olunur. Müəllim şən və nikbin olmalı, yeri gəldikcə zarafat
etməyi bacarmalı, yumor hissinə malik olmalıdır.
Pedaqoji ustalığa təsir göstərən amillər içərisində məktəb rəhbərinin,
müəllimin şəxsiyyətinin vətəndaşlıq istiqaməti, onun humanist mövqeyi, idealları,
mənəvi dəyərləri aparıcı yer tutur.
Unsiyyət qabiliyyətləri içərisində pedaqoji takt mühüm yer tutur. Pedaqoji
takt – müəllimin şagirdə səmərəli təsir vasitələrini tapıb tətbiq etməsi, bu zaman
müəyyən ölçü hissi gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt
ünsiyyətdə müəyyən hədd gözləməkdə, həddi aşmamaqda, “qızıl orta xətt”
tapmaqda ifadə olunur.
Pedaqoji fəliyyətin bütün sahələrində - təlimdə, tərbiyə işində, ünsiyyət və
rəftarda, təsir metod və vasitələrində, hissi emosional sahhədə, müəllimin danışıq
və davranışığında ölçü hissi gözlənilməlidir. Ünsiyyət prosesində həddi aşmaq,
israfçılıq əks nəticələrə gətirib çıxarır: hədsiz tələbkarlıq itaətsizlik doğurur, hədsiz
yumşaqlılıq saymazyanalığa səbəb olur, hədsiz tənqid insanın heysiyyatına
toxunur, onlarda özünümüdafiə meyli və etiraz doğurur.
Pedaqoji takt yaranmış çətin situasiyadan ustalıqla çıxmaq bacarığında da
özünü göstərir.
Bəzən yaranmış vəziyyətdən çıxmaq üçün müəllim neqativ – mənfi
yönəlişliyi (ustanovkanı) pezitiv – müsbət yönəlişliklə əvəz etməyə çalışır.
Pedaqoji takta malik müəllim tənqidə çox yer vermir, çünki tərif və
mehribanlıq şəraitində insan tənqid şəraitində olduğundan daha yaxşı çalışır.
Pedaqoji münaqişələr və onların həlli. Məktəbin idarə edilməsinin mühüm
şərti kollektivdə münasibətlərin düzgün qurulmasından və münaqişələrə yol
verməyən sağlam sosial – mənəvi mühitin yaradılmasından ibarətdir. Doğrudur,
münaqişəsiz kollektiv tapmaq çətindir. Lakin sağlam mühitdə narazılıqları
vaxtında həll etmək və onların münaqişələrə çevrilməsinin qarşısını almaq
mümkündür; münaqişə olduqda belə onu həll etmək asan olur. Başqa sözlə desək,
pedaqoji prosesin düzgün qurulduğu məktəblərdə münaqişələrin profilaktikasına
daha çox diqqət yetirilir.
Psixoloji mənada münaqişə - insanlar arasındakı ziddiyyətlərə və bu
ziddiyyətlərin kəskin emosinal vəziyyətdə həlli cəhdinə əsaslanan ünsiyyət
növrüdür.
Münaqişələr quruluşuna görə də fərqləndirilir. Hər bir münaqişədə münaqişə
tərəfləri (haqlı və haqsız tərəf), münaqişə obyekti, münaqişə şəraiti və bir çox
halda isə əlavə iştirakçılar olur. Münaqişə obyekti dedikdə, münaqişə predmeti
başa düşülür. Münaqişə şəraiti isə münaqişənin bütün səbəbləri və şətlərini əhatə
edir.
Tərəflərin və iştirakçıların sayından asılı olaraq sadə və mürəkkəb
münaqişələr fərqləndirilir. Yalnız münaqişə tərəflərinin iştirak etdiyi münaqişə
sadə münaqişə adlanır. Tərəflərdən əlavə çoxlu iştirakçı olduqda bu, mürəkkəb
münaqişə sayılır.
Pedaqoji münaqişələrin özünəməxsus xüsusiyyətləri vardır. Onların
içərisində aşağıdakıları qeyd etmək olar:
- pedaqoji kollektiv qarşısında ümumi məqsəd durur, lakin məqsədin
reallaşması ilə bağlı baxışlarda, vasitə və metodlarda fikir ayrılıqları müşahidə
olunur;
- pedaqoji prosesdə məktəb rəhbərləri və müəllimlərdə müəyyən yönəlişlik
(ustanovka) əsasında şagirdlərin davranış tərzi ilə bağlı müəyyən gözləmələr
formalaşır;
- pedaqoji fəaliyyətdə qarşılıqlı münasibətlər başqalarının – müəllim və
şagirdlərin iştirakı ilə baş verir;
- pedaqoji prosesdəki əsəbilik, yoğunluq, gözlənilməz vəziyyətlər məktəb
rəhbərləri və müəllimlərdə müəyyən gərginliyə, ünsiyyətdə səhvlərə,
hövsələsizliyə, şagirdlərin ünvanına əsassız iradlara gətirib çıxarır, şagirdlərdə
inciklik yaradır;
- pedaqoji münaqişə iştirakçılarının müxtəlif sosial statusu (direktor –
müəllim - şagird) onların münaqişədəki müxtəlif davranış və münasibətini
şərtləndirir;
- məktəb rəhbərinin, müəllimin peşə mövqeyi münaqişənin həllində
təşəbbüsü ələ almağı və formalaşan şəxsiyyət kimi şagirdin marağını əsas
götürməyi tələb edir;
- məktəb rəhbəri və müəllimin münaqişənin həllindəki hər cür səhvləri digər
şagirdləri əhatə edən yeni münaqişə şəraiti yarada bilər;
- pedaqoji fəaliyyətdə münaqişələrin qarşısını almaq onları həll etməkdən
asandır.
Pedaqoji münaqişələrdə bu xüsusiyyətləri nəzərə almaq və onların
profilaktikasına nail olmaq lazımdır.
Pedaqoji münaqişələr çoxcəhətlidir. Onlarıdan “rəhbərlik – müəllim”,
“müəllim – müəllim”, “müəllim - şagird”, “ailə - məktəb” və b. münaqişələri
nəzərdən keçirək.
Rəhbərlik – müəllim münaqişələri. Belə münaqişələr məktəb həyatını çox
ciddi mənfi təsir göstərir: kollektivdə şəxsi və işgüzar münasibətlər və mənəvi –
psixoloji iqlim korlanır, iş keyfiyyəti aşağı düşür, intizam və məsuliyyət azalır.
Pedaqoji münaqişələrin əsas mənbəyi direktorun rəhbərlik üslubu ilə,
xüsusən avtoritar rəhbərlik metodu ilə bağlıdır. O, hər şeyi özü istədiyi kimi həll
etməyə çalışır, hamıya göstəriş verir, heç bir məsələhəti və təşəbbüsü qəbul etmir.
Rəhbərlik üslubu məktəb direktorunun liderlik mövqeyinə də güclü təsir
göstərir. Direktorun real lider olması üçün o, rəhbər kimi bir sıra idarəçilik
keyfiyyətlərinə yiyələnməlidir: o həm tələbkar, həm də ədalətli olmalı, ünsiyyətdə
demokratik və həssas olmalı, eyni zamanda rəhbər kimi müəyyən məsafə
saxlamalıdır.
Məktəb direktorunun şəxsi keyfiyyətləri də rəhbərlik üslubuna, kollektivin
mənəvi – psixoloji iqliminə güclü təsir edir. Direktor, bir şəxsiyyət kimi, müəllim
və şagirdlərə nümunə olmalıdır.
Müəllim – şagird münasibətləri. Məktəb həyatında müşahidə olunan
münaqişələr içərisində müəllim – şagird münaqişələri nisbətən geniş yer tutur.
Xüsusən yeniyetmələrlə münasibətdə belə hallar daha qabarıq şəkildə özünü
göstərir.
Müəllim – şagird münaqişələri müəyyən pedaqoji vəziyyətlərlə bağlıdır.
Məktəbdə özünü göstərən xarakterik münaqişə vəziyyətlərini müəyyən qruplara
bölmək olar;
1) Təlim fəaliyyəti ilə bağlı münaqişə vəziyyətləri; 2) şagirdlərin davranışı
(hərəkətləri) ilə bağlı münaqişə vəziyyətləri; 3) müəllim – şagird münasibətləri ilə
bağlı münaqişə vəziyyətləri.
Məktəbdə şagirdlərin fəaliyyət və davranışı ilə bağlı münaqişələr də tez – tez
müşahidə olunur. Belə hallar dərslərdə dərsdənkənar vaxtlarda şagirdlərin intizam
və davranış qaydalarını pozmalarında özünü göstərir. Pedaqoji vəziyyət o zaman
münaqişə xarakteri kəsb edir ki, müəllim şagirdin hərəkətinin (əməlinin) təhlilində
səhvə yol vermiş olsun; hərəkətin motivini aydınlaşdırmadan səhv nəticə çıxarsın.
Müəllim və şagird münasibətləri və ünsiyyətlə bağlı münaqişələr çox vaxt
yaranmış vəziyyətin müəllim tərəfindən yanlış həlli nəticəsində baş verir və
adətən, uzun çəkir. Bu halda ünsiyyət münaqişələri şəxsi məna kəsb edir, şagirddə
müəllimə qarşı kin, ədavət yaradır və qarşılıqlı münasibətlərə uzun müddət xələl
gətirir.
Hər bir pedaqoji kollektivdə “münaqişəli” şagirdlər olduğu kimi, həmişə
münaqişədə olan müəllimlər də vardır. Başqa sözlə, münaqişələrin müəllimdən
asılı olan səbəbləri də az deyildir. Onlardan nisbətən xarakterik olanları
aşağıdakılardan ibarətdir:
- müəllimin yanlış ünsiyyət üslubu; - şəxsi keyfiyyətləri; - ünsiyyət mədəniyyətinin
məhdudluğu; - pedaqoji etikanın pozulması; - müəllim uşaq haqqında ədalətsiz
fikri; - bəzi şagirdlər haqqında əvvəldən neqativ stereotipin formalaşması; -
müəllimin həsdiz tələbkarliği; - onun emosional gərginliyi, hövsələsizliyi,
maksimalizmi; xırda şeyləri şişirtməsi; - yaranmış vəziyyəti təhlil edib düzgün
qiymətləndirə bilməməsi; - uşaqlar yannda nüfuzunun aşağı olması; onlara qarşı
ədalətsizliyi və s. bu və ya digər səbəblər, əlbətə, bütün müəllimlər üçün səciyyəvi
deyildir.
Münaqişələrin həlli üçün onların inkişaf dinamikası və mərhələləri haqda
təsəvvürə malik olmaq vacibdir. Mövcud ədəbiyyatda münaqişələrin 4 mərhələsi
nəzərdə keçirilir: 1) münaqişəqabağı mərhələ (bu mərhələdə münaqişə tərəfləri
arasında ziddiyyətlər meydana gəlir və tədricən gərginlikartır); 2) münaqişə
mərhələsi (münaqişə başlayır, qarşıdurma güclənir); 3) münaqişənin həlli
mərhələsi (bu mərhələdə münaqişə tərəflərin razılığa gəlməsi, birinin məlub olması
ilə bitir, yaxud sonu görünməyən ixtilafa çevrilir); 4) münaqişədən sonrakı mərhələ
(tərəflərin normal münasibəti bərpa olunur, yaxud əlverişsiz şəraitdə
münaqişəyenidən davam edir). Sonuncu mərhələyə diqqət yetirmək lazımdır ki,
münaqişə üçün heç bir şərait yaranmasın, tərəflər bir birilə yaxınlaşsınlar.
Münaqişələrin göstərilən həlli yolarından əməkdaşlıq ən məqsədəuyğun
(konstruktiv) variantdır: çünki o, münaqişədə iştirak edən bütün tərəflərin
maraqlarını nəzərə almağı təmin edir və hər iki tərəfə fayda gətirir.
Bütün hallarda pedaqoji münaqişənin həllinin başlıca şərti münasibətləri
humanizm, qarşı tərəfə hörmət və inam, şəxsiyyətinə maraq əsasında qurmaqdan,
tələsik qərar çıxarmaqdan çəkinməklə səbrli, təmkinli, xeyirxah və ədalətli mövqe
tutmaqdan ibarətdir. Məktəbdə belə keyfiyyətlərə malik olan adamlarla – direktor,
müəllim və valideynlərlə heç kəs münaqişəyə girmir: uşaqlar da onları, bir qayda
olaraq, qoruyurlar.
|