MÖVZU 12. MƏKTƏB KOLLEKTİVİ VƏ ONA RƏHBƏRLİK.
Əhatə olunacaq məsələlər
1. Kollektiv anlayışı, onun əlamətləri və təşəkkülü.
2. Kollektivin sosial – psixoloji səciyyəsi.
3. Kollektivin dəyərləri.
4. Məktəb kollektivi, onun formalaşdırılması prinsipləri.
5. Pedaqoji kollektiv və şagird kollektivi.
Təhsil sisteminin demokratik, humanist və varislik əsasında idarə olunması
üçün ilk növbədə bu sahədə dövlət siyasətinin mahiyyətinin reallaşdırılmasına
xidmət etməlidir. Ulu öndər Heydər Əliyev deyirdi: “Layiqli hazırlanması üçün ən
böyük məsuliyyət daşıyan təhsil işçiləridir”. Bu konseptual ideyanın həllində
müəllimin peşəkarlığı, onun mənəvi keyfiyyəti mühüm əhəmiyyət kəsb edir.
Pedaqoji prosesin idarə olunmasında təhsil sahəsində dövlət siyasətinin əsas
prinsipləri (humanistlik, demokratiklik, bərabərlik, millilik və dünyəvilik,
keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, daimilik, varislik, liberallaşma,
inteqrasiya) tam təmin olunmalıdır. Təhsil sahəsində uğurla həyata keçirilən islahat
işləri artıq üçüncü mərhələ üzrə davam edir. Bu baxımdan kurikulumun son beş
ildə tətbiqinin təhsilin dövlət siyasəti prinsiplərinin reallaşdırılmasında mühüm
rolu vardır.
Hər bir pedaqoji işçi Azərbaycan Respublikasında təhsilin əsas məqsədini
mükəmməl bilməlidir. Təhsi qanununda deyilir: “Azərbaycan dövləti qarşısında öz
məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə,
insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət
yetişdirmək”. Tədris etdiyi fənnin xüsusiyyətindən asılı olmayaraq müəllim
pedaqoji fəaliyyətini qanunda təsbit olunan məqsədlərin reallaşdırılmasına
yönəltməlidir. Aparılan müşahidələr göstərir ki, müəllimlərin təhsilin inkişafında
göstərdikləri bacarıqlar onların müasir təlim texnologiyalarından necə
faydalanmaları ilə bağlıdır. Bu işdə məktəb direktoru şəxsi nümunəsi ilə
fərqlənməlidir.Təhsilin idarə edilməsi ilə əlaqədar müvafiq dövlət sənədləri
Azərbaycan Respublikasının Konstitusiyası, təhsil qanunu, həmin qanuna uyğun
olaraq qəbul edilmiş təhsil qanunvericiliyi aktları (təhsil müəssisəsinin
nizamnaməsi, müxtəlif sahələr üzrə əsasnamələr) barədə zəruri biliklərin
qazanılması istiqamətində səylərimizi artırırıq.Təhsildə demokratik idarəetmə
qeyri-xətti proses olub, ümumi prinsiplər əsasında idarə olunaraq sistemli xarakter
daşıyır. Müasir təlimin başlıca vəzifələrindən biri şagirdlərə bilikləri, bacarıqları
müstəqil əldə etməyə yiyələndirməkdir, yəni öyrənməyi öyrətməkdir. Müşahidələr
göstərir ki, müasir təlimin prinsiplərini reallaşdırmaq, şagirdlərin müstəqil təlim
fəaliyyətini təmin etmək mümkündür.Şəxsiyyətə yönəlmiş təlim prinsipinə görə
şagirdin fəallaşması üçün şəxsiyyət olaraq pedaqoji prosesin mərkəzində çıxış
etməlidir. Bunun üçün müəllim tədris etdiyi təlim materialını şagirdin maraq və
tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətinə yönəltməlidir.
Müəllim şagirdə şəxsiyyət kimi yanaşmalı, onun fərdi cəhətlərini nəzərə almalı və
xoş münasibət göstərməlidir. Şəxsiyyətə yönəlmiş təlim prinsipinin mahiyyətini
əməli fəaliyyətində gerçəkləşdirmək müəllimin qabaqcadan apardığı planlaşmaya
hazırlıq səviyyəsindən çox asılıdır. Gündəlik apardığım müşahidələrdən,
sorğulardan məlum olur ki, şagirdlərin şəxsiyyət kimi formalaşmasında sağlam
ünsiyyətin mühüm rolu vardır. Müəllim-şagird, şagird-müəllim, şagird-şagird
münasibətlərinin formalaşması təhsildə demokratik idarəetmənin keyfiyyət
göstəricisidir. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Fəal idrak prinsipi tətbiq
etməklə şagirdlərin pedaqoji prosesdə şəxsiyyət kimi bərabərhüquqlu subyekt
olmalarını təmin etmiş olarıq. Pedaqoji prosesdə müəllim yeni biliklərin
qazanılmasında bələdçilik edirsə, şagird isə idrak fəallığı göstərərək tədqiqatçılıq
nümayiş etdirmiş olur.
«Bilik hər gün artmırsa, günbəgün azalır»
(Çin atalar sözü)
Pedaqoji fəaliyyət təlim və tərbiyə proseslərini təkmilləĢdirmək üçün
fasiləsiz yollar axtarışıdır. Bunun üçün əlverişli şəraiti olan təhsil müəssisələrində
pedaqoji proses əsl yaradıcılıq işinə çevrilir. Pedaqoji kollektivdə çalışan ayrı-ayrı
müəllimlər işə yenilik gətirir, elmi nəzəriyyəyə və təcrübədə yaranan ideyalara
həssaslıqla öz münasibətlərini bildirirlər. Onlar həm də müəllim fəaliyyətinin
metodika və texnikasında yeni qiymətli tapıntılara qabil olduqlarını göstərirlər.
Xalq təhsili rəhbər işçilərinin vəzifəsi əsl yenilikləri hər vasitə ilə müdaxilə etmək
və onun təbliğinə diqqət yetirməkdən ibarətdir. Çünki təhsilin səviyyəsini
yüksəltməkdə özünü doğruldan forma, vasitə və metodlardan istifadə olunmazsa,
özlüyündə sosial sərvət olan qabaqcıl təcrübə unudulmamalıdır. Bunun üçün, ilk
növbədə, qabaqcıl təcrübəni öyrənib ümumiləşdirmənin və yaymağın sistemi
hazırlanmalıdır. Mövcud pedaqoji ədəbiyyat əsasında həmin sistemi
ümumiləşdirməyə çalışaq. Müəllimlərin və digər pedaqoji işçilərin yaradıcılıq
axtarışlarını öyrənməyin və qabaqcıl təcrübəni yaymağın formaları aşağıdakılardan
idarətdir: açıq dərslərin təşkili; tərbiyə prosesini müşahidə edib təhlil aparmaq;
metodbirləşmələrdə və pedaqoji şuralarda məlumat və məruzələr dinləmək;
problemli seminarlarda, pedaqoji müzakirələrdə iştirak etmək; mətbuatda çıxış
etmək. Qabaqcıl pedaqoji təcrübə geniş müəllim kütləsinin malı olduqda həqiqi
qiymət kəsb edir. Bunun üçün onun öyrənilib yayılması vacibdir. Həm də bu,
məktəbdə əməyin elmi təşkilinin mühüm yollarından biridir. Qabaqcıl pedaqoji
təcrübə müəllim fəaliyyətini və şagirdlərin təlim işinin səmərələdirilməsini əhatə
edir, bütövlükdə təlim-tərbiyə prosesinin təşəkkülünə mühüm təsir göstərir.
Qabaqcıl təcrübə ilə bağlı iş aşağıdakı kimi planlaşdırılır: Təcrübəsi öyrəniləcək
müəllim müəyyənləşdirilir və onun hansı problem üzərində işlədiyi aydınlaşdırılır.
Sonra təcrübəsini ümumiləşdirilib yayılacaq müəllimin problem üzrə işi öyrənilir,
ümumiləşdirmə və yayılma forması dəqiqləşdirilir. Bu iki istiqamətdə fəaliyyət
planlaşdırılandan sonra problem üzrə yaradıcılıq hesabatı dinləniləcək müəllim
müəyyənləĢdirilir və proses başlanır, davam etdirilir. Planlaşdırma məsələ ilə
bağlı ilkin mərhələdir. Bu, bir növ işin səmərəliliyi üçün başlanğıcdır. Bundan
sonra əsas diqqət işin metodikasına yönəldilməlidir. Qabaqcıl pedaqoji təcrübənin
ümumilədirilməsinin belə bir metodikası mümkündür. Müəllimin pedaqoji işi uzun
müddət müşahidə edilir, aşkara çıxarılan qabaqcıl pedaqoji təcrübə
öyrənilir,sinifdənxaric işlər müşahidə edilib nəticə təhlil olunur. Ortaya belə bir
sual çıxır: pedaqoji təcrübənin təhlilinə nədən başlamalı: çoxillik müşahidə və
axtarışlar əsasında belə qərara gəlmişik ki, qabaqcıl pedaqoji təcrübənin təhlilinə
şagirdlərin bilik keyfyyətinin, ümumi inkişafının müəyyənləşdirilməsindən
başlamaq lazımdır. Proqramm materiallarının mənimsənilməsi, mənimsəmə
səviyyəsi, biliyin təcrübəyə tətbiqi, ideyalılığı, mədəni davranışa yiyələnməsi və s.
məsələlər bircə-bircə öyrənilib araşdırılmalı, dəyərli tərəflər aşkarlanmalıdır.
Qabaqcıl pedaqoji təcrübənin təhlili aşağıdakı tərəfləri əhatə edir: Qabaqcıl
təcrübədə istifadə olunan metodları aydınlaşdırmaq; şagirdlərin həddindən artıq
yüklənmədiyini müəyyənləşdirmək; qabaqcıl pedaqoji təcrübədə yeniliyi aşkar
etmək; tətbiq olunan yeni metodun elmiliyini müəyyənləşdirmək. Bu metodlar
pedaqogika və psixologiyanın tələblərinə uyğun gəlirmi? şagirdlərin fərdi və
inkişaf xüsusiyyətləri nəzərə alınırmı?
Müəllimin qabaqcıl təcrübəsini dəqiqləşdirdikdən sonra qabaqcıl təcrübəni
pedaqoji şurada, metodbirləşmə iclaslarında müzakirə etmək, onun təbliği
haqqında qərar çıxarmaq vacibdir. Qabaqcıl təcrübəyə aid toplanmış materiallar
tərtib edilməli, sistemləşdirilib məktəb metodkabinetinə təhvil verilməlidir.
Qabaqcıl təcrübənin öyrənilib yayılmasında əsas diqqət müəllimin iş sisteminin
qabarıq şərhinə yönəldilməlidir. Çünki təcrübənin məzmununu təşkil edən tədris
sisteminin açılması ondan istifadəni çətinləşdirir, onun dəyərini azaldır.
Ümumiyyətlə, qabarıq təcrübə ilə bağlı bəzi problemlər ortaya çıxır ki, bunlardan
biri onun yayılması forması ilə bağlıdır. Qabaqcıl təcrübə yayılarkən aşağıdakı iş
formalarından istifadə etmək məqsədəuyğundur: Müəllimlər qabaqcıl təcrübə ilə
tanış edilməli, tətbiq olunmuş metodların üstünlükləri aydınlaşdırılmalı, dərsi
müşahidə etməklə yeniliyin mahiyyəti müəllimlərə göstərilməlidir. Bu zaman
müəllimin öz iş təcrübəsi haqqında ətraflı çıxışı dəqiqləşməli, metodkabinetdə
qabaqcıl təcrübəyə aid sərgi düzəldilməlidir. Həmin sərgidə məruzələrin tezisləri,
dərslərə aid icmal nümunələri nümayiş etdirilməli, imkan olduqca qabaqcıl təcrübə
məktəblərdə və pedaqoji mətbuatda təbliğ olunmalıdır. Bu prosesdə xüsusi
əhəmiyyət kəsb edən motivlərdən biri qabaqcıl təcrübənin nəticələrinin
öyrənilməsidir.
Avtoritar mühit olan ənənəvi pedaqoji prosesi təsvir etdikdə lövhənin
qarşısında duran müəllimi və onun yaradıcı olmayan, sakit dinləyiciləri olan
şagirdləri görürük. Birtərəfli passiv yanaşmada müəllim bilikləri çatdırmaq və şərh
etmək, nümunə göstərməklə işini bitmiş hesab edir. Həmkarlarım mənimlə
razılaşırlar ki, son 70 ildə ənənəvi təlimdə demokratik idarəetməni reallaşdıra
bilməmişdik. Həmişə təlim nəticəni müəllim özü çıxararaq bilikləri hazır şəkildə
şagirdlərə çatdırır. Məhz buna görə ənənəvi təlimin bu xüsusiyyəti reproduktiv
(təkraredici) adlanır.
Təhsildə demokratik idarəetmə pedaqoji prosesdə müasir təlimin
prnsiplərinin düzgün tətbiqinə xüsusi diqqət göstərir. Biz gözlənilən nəticələri
dərsdinləmələr zamanı müşahidələr aparmaqla müəyyənləşdirə bilirik. Uzun
illərdir ki, fəal təlimin tətbiqi həyata keçirilir. Bu məqsədlə respublikanın bütün
təhsil müəssisələrində çalışan müəllimlər müvafiq treninqlərə cəlb olunaraq yeni
təlim texnologiyalarını mənimsədilər. Həmin treninqlərin iştirakçılarından biri
kimi qeyd etmək istəyirəm ki, müasir təlim prinsipləri müəllimin bələdçilik
funksiyasını təmin edir. Təhsildə demokratik idarəetməni optimallaşdırır. Müasir
təlim prinsiplərinin mahiyyətini müəllim dərindən bilmədən ondan səmərəli
faydalana bilməz.Təhsildə demokratik idarəetmə həyata keçirilən islahat işlərinin
prinsipləri ilə şərtlənir. Bura daxildir: demokratikləşdirmə, humanistləşdirmə,
humanitarlaşdırma, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirmə. Peşəkarlıq
nümayiş etdirmək istəyən müəllim məhz qeyd olunan prinsiplərdən pedaqoji
prosesdə bacarıqla istifadə etməklə şagird şəxsiyyətinin formalaşmasına nail
olmalıdır. Dünya praktikası sübut etmişdir ki, pis şagird yoxdur, düzgün olmayan
yanaşma vardır. Müşahidələr göstərir ki, ali məktəbi əla qiymətlə başa vuran
mütəxəssis pedaqoji psixoloji prinsiplərdən faydalana bilmədikdə tədrisdə uğur
qazanmağa müvəffəq olmur. Təhsil qeyri – xətti olduğu üçün burada bütün maraqlı
tərəflərin iştirakı vacibdir. Demokratikləşdirmə prinsipini əhatə edən təhsilə
ictimaiyyətin geniş marağının təmin olunmasını biz rayon rəhbərliyinin, əlaqədar
təşkilatların, valideynlərin və bir çox insanların reallaşdıqları diqqət və qayğılarda
görürük.
Müəllim-şagird münasibətlərində humanist dəyərlərin inkişafına çox böyük
ehtiyac vardır. Müəllim öyrənənin marağını həmişə önə çəkməlidir. Şagirdlərin
əqli və fiziki imkanlarından, qabiliyyətlərindən asılı olmayaraq şəxsiyyətinə
hörmətlə yanaşmalı, istedad və bacarığının aşkar edilməsinə şərait yaratmamaqla
müəllim humanistləşdirmə prinsipini reallaşdırmış olur. Açıq etiraf etməliyik ki,
bu sahədə həmişə problemlərlə qarşılaşırıq.Kurikulum islahatında
humanitarlaşdırma istiqamətində geniş iş görülmüşdür. Təhsilin məzmununa yeni
baxış, tədris edilən fənlərdə milli və bəşəri dəyərlərə üstünlük verilməsi, fikrimizin
məntiqi təsdiqidir.İnformasiyanın sürətlə artması fənlərin tədrisində inteqrasiyanın
tətbiqini zəruri etmişdir. Müəllim tədris etdiyi fənni elmi-nəzəri və praktik
cəhətdən yüksək səviyyədə bilməklə yanaşı ümumtəhsilin əsaslarına
yiyələnməlidir. “Təhsilin demokratik idarəetmənin keyfiyyət tərəflərindən biri də
öyrənənin fərdi xüsusiyyətləri və imkanlarının nəzərə alınmasıdır. Belə
differensiallaşdırma aparmaqla təhsilin inkişafını məktəbdə kəmiyyət və keyfiyyət
baxımından tənzimləmək mümkündür. Mövzu ilə əlaqədar verilən elmi-pedaqoji
şərhin şübhəsiz ki, geniş tədqiqata ehtiyacı vardır. Təhsildə demokratik
idarəetmənin mütəşəkkilliyi müəllim əməyi ilə şərtlənir. Bu barədə tarixi şəxsiyyət
Heydər Əliyev müdrik kəlamlarının birində demişdir: “Mən Azərbaycanın sadə
vətəndaşıyam. Bu addan da yüksək ad müəllimlikdir.
Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda
vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik
olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi,
vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq,
yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır.Sinif
rəhbəri fəaliyyətində Azərbaycan RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları
haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları
Konvensiyasını, məktəbin nümunəvi Əsasnaməsini rəhbər tutur.Sinif rəhbəri
məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir. Sinif rəhbərlərinin
fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata
keçirilir.Müəyyən səbəb üzündən məktəbdən ayrı düşdükdə, əmək qabiliyyətini
müvəqqəti itirdikdə sinif rəhbərinin vəzifələrinin icrası digər sinif rəhbər və
müəllimə həvalə edilə bilər.Sinif rəhbərinin fəaliyyəti məqsədyönlü, sistemli,
planlaşdırılan prosesdir. O, məktəb nizamnaməsi, tərbiyə işinin planlaşdırılması,
əvvəlki fəaliyyətin, ictimai həyatın müsbət və mənfi tendensiyalarının təhlili
əsasında, pedaqoji kollektiv qarşısında duran aktual vəzifələr nəzərə alınmaqla
şəxsiyyətə yönəldilmiş yanaşma, sinif kollektivində vəziyyət, müxtəlif illətlərin
nümayəndələri arasında etnik və dini münasibətləri tənzimləməklə şagirdlərin
tərbiyəlilik səviyyəsi, onların sosial vəziyyəti, ailə şəraitlərinin özünəməxsusluğu
əsasında qurulur.Sinif rəhbərinin fəaliyyətində aşağıdakılar yolverilməzdir:
- uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir
etmək;
- şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim
müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq;
- uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu
düşünülmüş şəkildə aldatmaq;
- şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu
pisləmək, nüfuzunu aşağı salmaq.
- şagirdlər qarşısında öz həmkarlarını u1086 onların iştirakı olmadan müzakirə
etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl
gətirmək.
Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir:
Təlim prosesinin təşkili:
- sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin
müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
- şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
- şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
- hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və
səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
- valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək
göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);
- eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni
texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
- Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil
etmək, mərasimləri qeyd etmək.
Təşkilati-koordinasiya işi:
- ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin
maarifləndirilməsi işinin təşkili;
- uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və
pedaqoji məsləhətlərin təşkili;
- fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri,
psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma
ehtiyacı olan uşaqlara köməyinin təşkili;
- şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil olmaqla
nəzərə alınması və stimullaşdırılması;
- təhsil fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif
kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili;
- sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri,
sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu
şagirdlərilə, yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda
qeydiyyatda olan şagirdlərlə iş planları);
- şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və
möhkəmləndirilməsi;
- məktəbin tibb işçisi u1080 ilə əməkdaşlıq;
- fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması;
- əməyin mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə
təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili;
- məzunların peşə seçmələrinə köməklik göstərilməsi;
- həftəlik sinif saatları keçirmək;
- hər tətildən sonra bir dəfə valideyn iclası keçirmək;
- sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;
- təhkim olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
- hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması,
ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
Kommunikativ iş:
- şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi;
- müəllim və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin
yaradılması.
- müəllim və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi;
- sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ
münasibətlərin tənzimlənməsi;
Təhlil-proqnozlaşdırma işi:
- uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun
tərtib edilməsi;
- şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının öyrənilməsi,
xüsusi diqqət kəsb edən uşaqlarla iş;
- sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi.
|